CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neftsiz də bacarırmışıq

© AFP 2023 / INA FASSBENDERГрузовик с контейнером, фото из архива
Грузовик с контейнером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci, qızıl ikinci və pomidor üçüncü olub

BAKI, 2 aprel — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin mart sayı hazırlanıb.

Mərkəzdən Sputnik Azərbaycan-a məlumat verilib ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində ölkəmizin ixracı 3,2 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 97 milyon ABŞ dolları və ya 3,1 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 296 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 14,2 milyon ABŞ dolları və ya 5 faiz artıb.

Продажа апельсинов, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Adı Çinin, qiyməti imkan versə, dadı bizim - portağal da "sürət yığır"

Bu ilin yanvar-fevral ayları ərzində Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon, İsveçrəyə 28,8 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin iki ayında Rusiyaya qeyri-neft ixracı 7,4 faiz, Türkiyəyə 18,5 faiz, İsveçrəyə 40 faiz və Çinə 19,9 faiz artıb.

2020-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (29,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 27,3 milyon ABŞ dolları) ikinci və pomidor (24,7 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin 2 ayı ərzində meyvə-tərəvəz ixracı 75,6 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 29,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,5 milyon, pambıq lifi ixracı 30,4 milyon, kimya sənayesi məhsullarının ixracı 13,9 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 8,3 milyon, pambıq ipliyi ixracı 6,3 milyon, şəkər ixracı 2,1 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,9 milyon ABŞ dolları təşkil edib.

Нефтяной станок-качалка  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Yaxşı söhbət": Neftin qiymətinin qaldırılması planlaşdırılır

2020-ci ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 155 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin fevral ayı ilə müqayisədə 2020-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 11 milyon ABŞ dolları və ya 8 faiz artıb. Bu ilin fevral ayında qeyri neft-qaz məhsulları ən çox mal Türkiyəyə (42,2 milyon ABŞ dolları), Rusiyaya (39,8 milyon ABŞ dolları), Gürcüstana (26,4 milyon ABŞ dolları), İsveçrəyə (11,8 milyon ABŞ dolları) və İrana (4,2 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (19,5 milyon ABŞ dolları) birinci, hesablayıcı maşınlar və onların blokları üçün hissələr (11,5 milyon ABŞ dolları) ikinci, tomat (pomidor - 11,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

"İxrac İcmalı"nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Socar Polymer" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "STDC" MMC, "Land Lojistic" MMC, "P-Aqro" MMC, "Baku Steel Company", "Natural Fruit" MMC," "Mingəçevir Tekstil" MMC, "Sun Food" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və 100 min ABŞ dollarında çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, "ASK şüşə" MMC.

"İxrac İcmalı"nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-fevral aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 22 ölkəsinə 8,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. "Azərkosmos" ASC-nin 2020-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

В здании фондовой биржи в Сиднее, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dünya iqtisadiyyatında ciddi böhran gözlənilir: səbəb koronavirusdan da dərindir

Eyni zamanda "İxrac İcmalı"nda məlumat verilib ki, 2019-cu ilin fevral ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 72,9 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 158,1 milyon manat təşkil edib.

"İxrac İcmalı"nda 2020-cu ilin yanvar-fevral ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 102,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2019-cu ilin fevral ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 12,8 faiz artıb.

Bu ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, toyuq yumurtası, sarımsaq, kartof, tütün, toyuq əti, şərab, qənnadı məhsulu, çay, nar konsentratı və şərabı, mebel dəsti, tikinti materialı, fındıq ləpəsi, kosmetik vasitə, alma, soğan, boya, göbələk və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 29 fevral tarixinə kimi (38 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 687,7 milyon ABŞ dolları təşkil edib.

Həmçinin "İxrac İcmalı"nda göstərilib ki, bu ilin mart ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,3 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-mart ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 37 milyon ABŞ dollarından artıq dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, "İxrac İcmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Xəbər lenti
0