CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İri ticarət mərkəzlərinin sahibkarlarına şad xəbər

© Sputnik / Murad OrujovТорговый центр Ganjlik Mall
Торговый центр Ganjlik Mall - Sputnik Azərbaycan
Abunə olmaq
Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir

BAKI, 30 mart — Sputnik. Xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədi ilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, buna baxmayaraq həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur.

Xəbər lenti
0