İş adamları, arxiv şəkli

Biznesmenlərə nömrə qoydular: koronavirusa görə

19
(Yenilənib 21:59 19.03.2020)
Tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olub

BAKI, 19 mart — Sputnik. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin ölkəmizdə qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun iş adamlarına müraciətində bildirilir:

"İnsan həyatı və sağlamlığının qorunması ilə əlaqədar tətbiq edilən bu tədbirlərin hər kəs üçün icrası vacibdir:

Azərbaycan biznes ictimaiyyəti də cəmiyyətin və əməkdaşlarının sağlamlığının qorunması ilə əlaqədar ən mütərəqqi, humanist davranış nümayiş etdirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq işəgötürənlər tərəfindən insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülür.

Təbii ki, Azərbaycan vətəndaşının sağlamlığı bütün məqsədlərin əsasında dayanır. Bununla yanaşı, qeyd edə bilərik ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olmuşdur. Xüsusilə qeyd etmək istərdik ki, məhdudiyyətlərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hiss ediləndir. Ona görə də bu qəbildən olan sahibkarların fəaliyyətini davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı vardır.

Artıq bir neçə gündür ki, ASK üzvü olan bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyətini monitorinq edir. Bu məqsədlə sahibkarlara yazılı sorğu ünvanlanmış və bir neçə qaynar xətt təqdim edilib. Hazırda daxil olan sorğular toplanaraq təhlil olunur.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühit formalaşmışdır. Hazırda koronavirus pandemiyasının dünya və ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin öhdəsindən dövlət-özəl əməkdaşlığı formasında gələ biləcəyimizə inanırıq. Bu məqsədlə də Sahibkarlar Konfederasiyası dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəlmək üçün birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır.

Konfederasiyanın üzvü olan bütün sahibkarlara Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın bütün tapşırıqlarına dəqiq əməl etmələrini tövsiyə edirik", - deyə ASK bəyan edib.

Sahibkarların müraciətləri üçün əlaqə vasitələri:

E-mail: office@ask.org.az

Sahibkarlarla iş və kommunikasiya şöbəsi: Mob: +994 51 229 97 22

Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi: Mob: +994 51 229 97 28

Hüquq və sosial tərəfdaşlıq şöbəsi: Mob: +994 51 229 97 24

19
Əlaqədar
Kreditlərə bağlı güzəştlər ola bilər – Dövlət yenə yardım əlini uzadacaq
Baranova koronavirusla bağlı gerçəkləri açıqladı: planetin 70 faizi yoluxsa...
İlk qaranquş: Koronavirus təxribatına görə Baş Prokurorluğa çağırıldı
Ən gəlirli sahədə narahatlıqlar: yüksək ixtisaslı kadrların itkisinə yol verə bilmərik
Valyutadəyişmə məntəqəsində dollarlar sayılır, arxiv şəkli

Azərbaycan xalqının dollara tələbi azalıb

20
(Yenilənib 22:47 29.10.2020)
Azərbaycanda keçirilən bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

BAKI, 29 oktyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

Qeyd edək ki, oktyabrın 27-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda tələb 64,1 mln. ABŞ dolları təşkil edib.

20
Neft buruğu, arxiv şəkli

"Brent" nefti kədərli vəziyyətə düşdü

31
Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir. "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 15:40-da "Brent" markalı neft 3,7 faiz ucuzlaşma ilə 37,65 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 3,8 faiz ucuzlaşma ilə 35,95 dollara düşüb.

Qeyd edək ki, neftin qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

31
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0