Pulun sayması, arxiv şəkli

Banklara daxil olan nağd pullar təkrar tədavülə buraxılmayacaq

108
(Yenilənib 18:38 19.03.2020)
Kommersiya banklarına daxil olan nağd pul nişanlarının təkrar tədavülə buraxılmaması və müvafiq standartlara uyğun emaldan keçirilməsi üçün Mərkəzi Banka təhvil verilməsi tapşırılıb

BAKI, 19 mart — Sputnik. Son günlər bir sıra media orqanlarında koronavirus infeksiyasının pul nişanları vasitəsi ilə də yayılması barədə məlumatlara Mərkəzi Bank aydınlıq gətirib. 

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən tədavüldə təmiz pul siyasətinə uyğun olaraq kommersiya banklarına qarşı xüsusi tələblər müəyyən edilib, onlara daxil olan nağd pul nişanlarının təkrar tədavülə buraxılmaması və müvafiq standartlara uyğun emaldan keçirilməsi üçün Mərkəzi Banka təhvil verilməsi tapşırılıb.

Bu qaydalara uyğun olaraq kommersiya bankları tərəfindən Mərkəzi Banka təhvil verilən pul nişanları, eləcə də kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanları yığılaraq Mərkəzi Bankın xəzinələrində xüsusi ayrılmış yerlərdə saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilmişdir və sanitar-epidemik normalara uyğun dövri olaraq dezinfeksiya olunur.

Dövriyyəyə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılmamışdan əvvəl Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə müxtəlif tozlardan təmizlənərək, eləcə də xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan və yüksək temperatur rejiminə malik sistemlərdən keçməklə çirklərdən sterilizasiya olunur.

Bununla belə, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları da koronavirus infeksiyası baxımından potensial risk mənbəyi ola bilər. Bununla əlaqədar infeksiyaya yoluxma risklərinin minimallaşdırılması məqsədilə Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir.

108
Əlaqədar
Pula əl vurmaq qorxuludur
Çirkli pulları "yuyurlar" - rəsmi icazə verildi
Koronavirus pandemiyası ilə mübarizədə yeni yanaşma: Pul paylanılacaq
Cibimizdəki pullar da koronavirus yayırmı - Mərkəzi Bank izahat verdi
Dünyanın ən çirkli pulları bu ölkədədir
Məmur, arxiv şəkli

Uçot məlumatlarının dəyişdirilməsi ilə bağlı sahibkarlar üçün təlimlər keçirilib

45
(Yenilənib 15:43 27.10.2020)
Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlaxdan olan mikro və kiçik sahibkarlar üçün onlayn təlimlər təşkil edilib

BAKI, 27 oktyabr — Sputnik. Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlaxdan olan mikro və kiçik sahibkarlar üçün "Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi" mövzusunda onlayn treyninq keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) "Sahibkarlar arasında Könüllü və İntizamlı Vergi Ödəyicisi olmağın təbliği" layihəsi çərçivəsində reallaşdırılıb.

Tədbirləri giriş sözü ilə Dövlət Vergi Xidmətinin baş dövlət vergi müfəttişi Bəxtiyar Abdurəhmanov açaraq sahibkarlığın inkişafında vergi inzibatçılığının və xidmətinin rolundan bəhs edib.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, layihənin rəhbəri Ruslan Atakişiyev COVID-19 üzrə sahibkarın məsuliyyəti, könüllü vergi ödəmə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlər, uçota alınmanın və uçot məlumatlarının dəyişdirilməsinin qanunvericilik əsasları, yayınmalar və biznesin vergi riskləri, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri, fərdi sahibkarların elektron kabinetlərində şəxsi məlumatlarının dəyişdirilməsi istiqamətlərində mühazirə oxuyub.

Sonra İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı isə elektron məlumat bazasında sahibkarlıq subyektlərinə mənsub məlumatların yenilənməsi və dolğunluğunun təmin olunması, elektron kabinet və kargüzarlıqdan istifadə, məktubların nəzərdən keçirilməsi qaydaları mövzularında çıxış edərək sahibkarların elektron kabinetlərində uçot məlumatlarının dəyişdirilməsini praktiki yöndən izah edib.

Təlimlər 15 sentyabr – 24 oktyabr tarixləri arasında baş tutub.

45
Mərkəzi Bank

Mərkəzi Banka yeni səlahiyyət verilir

37
(Yenilənib 15:34 27.10.2020)
Təklif olunan dəyişikliyə əsasən sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.

Mövcud qanunda deyilir ki, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.

Təklif olunan dəyişikliyə görə isə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

37
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov

Lavrov Rusiyanın AŞ-nin sanksiyalarını cavabsız qoymayacağını bəyan etdi

0
(Yenilənib 18:42 27.10.2020)
Lavrovun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq

BAKI, 27 oktyabr — Sputnik. Avropa Şurasının (AŞ) Almaniya və Fransanın təhriki ilə Aleksey Navalnı məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etməsi bu qurumun baş verənləri adekvat qiymətləndirə bilməməsindən xəbər verir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, bu fikri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Qeyd edək ki, oktyabrın 15-də Brüsselin altı Rusiya vətəndaşı və elmi-tədqiqat institutuna qarşı məhdudiyyət tətbiqinə Moskvadan cavab reaksiyası gözlənilirdi.

Berlin Baş Prokurorluğunun Navalnı ilə bağlı çoxsaylı müraciətlərə cavab verməkdən "təkəbbürlü şəkildə imtina etdiyini" xatırladan diplomatın sözlərinə görə, bununla da Almaniya Cinayət Məsələlərində Qarşılıqlı Hüquqi Yardım haqqında Avropa Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməyib.

"Almaniya və Fransa nümayəndələri bu beynəlxalq hüquqi sənədə hörmət etmək əvəzinə, AŞ-ni Rusiya vətəndaşlarına qarşı daha bir qanunsuz sanksiyanın tətbiqinə təhrik edirlər. Bütün bunlar təəssüf doğurur və açıq şəkildə Brüsselin özünü qanundan kənarda qoymaq istəyini nümayiş etdirir", – deyə Lavrov Xorvatiyanın "Veçerni List" qəzetinə verdiyi müsahibədə vurğulayıb.

Onun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq.

Diplomat onu da qeyd edib ki, Rusiyanın inkişafına mane olmaq məqsədilə səylərini ikiqat artıran Vaşinqton və Brüssel Moskvaya qarşı irəli sürdükləri ittihamlarla bağlı heç bir dəlil göstərməyiblər.

Lavrov avropalı tərəfdaşlarının dialoqu bərpa etmək üçün kifayət qədər sağlam düşüncəyə və uzaqgörənliyə sahib olduğuna ümid etdiyini bildirib.

0
Əlaqədar
Amerika Senatı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini tələb edib
Olimpiada və Navalnı skandalı
Toksikoloq: Navalnının "zəhərlənmə" diaqnozu təsdiqlənməyib
Navalnı Rusiyaya qayıtmağı planlaşdırır
Tramp Navalnı məsələsinə qoşulmaq istəmir