Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avtomobil almaq istəyənlər indidən düşünsünlər – Sonra gec ola bilər

© REUTERS / CARLO ALLEGRIЧеловек в маске внутри машины. фото из архива
Человек в маске внутри  машины. фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiya avtomobil şirkətlərinin seysmik zonalardan köçürülməsi, eləcə də dünyada tüğyan edən pandemiyanın yaratdığı iqtisadi böhran avtomobil sektorunu vura bilər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Özünə yeni avtomobil almaq istəyənlər artıq bu barədə indidən düşünməlidir. Çünki dünyada təhlükəli şəkildə yayılmaqda olan koronavirusa görə Yaponiya avtomobil istehsalı bazarında durğunluq müşahidə ediləcək. Bu məcburi sakitlik də qiymətlərin fantastik şəkildə artması ilə nəticələnə bilər.

İnfoqrafika: Dünyada nə qədər avtomobil hərəkət edir - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Harada avtomobildən nə qədər istifadə edirlər

Digər tərəfdən, Yaponiyada seysmik zonada yerləşən bir neçə zavod başqa yerlərə köçürülür. Artıq bununla bağlı açıqlama da verilib. Bu səbəbdən də istehsalda azalma olacaq. Yaponiya istehsalı olan avtomobillərin qıtlığı yarana bilər. Artıq bununla bağlı qiymətlərin 5-10 faiz arta biləcəyi ilə bağlı proqnoz da verilib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Avropa ölkələri artıq hibrid modellərə keçdiyi üçün istehsalçılar indi hibrid modellərin böyük əksəriyyətini həmin qitəyə daşıyır: “Bilirsiniz ki, benzin və dizel Avropada qadağan edilir. Zavodlar həm də model çeşidlərini hibridə uyğunlaşdırırlar. Bu, müəyyən vaxt aparacaq və ən azı 2022-ci ilə qədər davam edəcək”.

Bakıda üç avtomobilin toqquşması üç nəfərin ölümünə səbəb oldu

Ekspert həmçinin vurğulayıb ki, eyni zamanda "COVİD-19" pandemiyası da  bütün dünya iqtisadiyyatına mənfi təsir edib. Avtomobil istehsalı da iqtisadiyyatın aparıcı sahələrindən biridir.

“Düzdür, nəqliyyat vasitəsinə hər zaman ehtiyac var. Bu səbəbdən də deyə bilmərik ki, virus problemi avtomobil sektoruna böyük ziyan vuraraq məhv edəcək. Avtomobil sektoru milli miqyasda baş verən maliyyə və ya iqtisadi böhran zamanı zərər görə bilər”. – deyə E.Cəfər bildirib.

Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan
SƏHİYYƏ
Virus təhlükəsi bizə çatdı – İranla sərhəd avtomobillər yoxlanılır

Onun sözlərinə görə, Azərbaycanın yerli istehsalı çox zəif olduğuna görə, biz 99 faiz xarici istehsaldan asılıyıq. Dünyada avtomobil sektorunda baş verən proseslər, qiymət artımı bizi də vurur. Digər tərəfdən, avtomobil sektoru xarici valyuta əsasında qurulduğuna görə, devalvasiya zamanı ilk olaraq zərər çəkən sektorlardan biri də avtomobil sektoru olur.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da bildirir ki, dünyada baş verən fəlakətlər dünya iqtisadiyyatına təsirsiz ötüşmür.

“Yaponiyada avtomobil istehsalı ilə məşğul olan şirkətlərin seysmik zonalardan çıxarılması əslində avtomobil qiymətlərinə təsir göstərməməlidir. Çünki bu alıcıların günahı deyil. Amma qiymət artımı barədə anons verilir. Eyni zamanda, bu gün Yaponiya avtomobilləri dünyanın bir çox yerlərində istehsal edilir. Türkiyədə, Fransada istehsal edilən yapon avtomobilləri var. Hər hansı bir problem yaranan kimi qiymətləri artıraraq, bunu alıcıların büdcəsinə yükləmək düzgün addım deyil”, – deyə o qeyd edir.

Ekspert əlavə edib ki, avtomobillərin sayında azalma müşahidə edilə bilər, sifarişlər vaxtında yetişdirilməyə bilər. Ancaq bu, qiymət artımına gətirib çıxarmamalıdır. 

“Amma qeyd etməliyəm ki, son illər avtomobillərin qiymətində müəyyən bahalaşmalar müşahidə edilir. Nəhəng şirkətlər tez-tez kampaniyalar keçirərək, endirimlər də edir. Zavodların başqa yerlərə köçürülməsi bu zavodda istehsal edilən avtomobillərin qiymətinə təsir göstərməməlidir. Bu, düzgün yanaşma da deyil. Amma edir. Digər tərəfdən, günümüzün koronavirus adlı bəlası var. Bu reallıqdan qaçmaq olmaz. Ona görə də, hazır olmalıyıq”, – deyə Muradlı əlavə edib.

Xəbər lenti
0