Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Fitch": Koronavirus ölkələrin maliyyə vəziyyətlərini zəiflədəcək

© © Spencer Platt/Getty Images/AFPБиржа, фото из архива
Биржа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
eynəlxalq kredit reytinqi agentliyi koronavirus epidemiyasının ölkələrin maliyyə vəziyyətlərini zəiflədəcəyini açıqlayıb

BAKI, 18 mart — Sputnik. Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" koronavirus epidemiyasının ölkələrin maliyyə vəziyyətlərini zəiflədəcəyini açıqlayıb.

Müslüm İbrahimov - Sputnik Azərbaycan
Neftin hazırkı qiyməti dünya iqtisadiyyatına nə vəd edir – ekspert şərhi

Sputnik Türkiyə xəbər verir ki, açıqlamada koronavirusa qarşı mübarizə çərçivəsində inkişaf etməkdə olan ölkələrdə əmtəə qiymətlərinin, valyuta məzənnələrinin dəyişikliklərə məruz qaldığı deyilib.

Vurğulanıb ki, sözügedən faktorlar inkişaf etməkdə olan ölkələrin maliyyə vəziyyətlərini gəlir və xərc baxımından oynaq hala gətirib və gələcək dövrdə bu oynaqlıq gözlənilir.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxmuşların sayı 182407-yə çatıb. Koronavirus dünya üzrə ümumilikdə 7154 nəfərin ölümünə səbəb olub, 79433 nəfər sağalıb. Koronavirusun ilk qeydə alındığı Çində xəstələrin ümumi sayı 81051 nəfərə çatıb, 3230 xəstə dünyasını dəyişib, 68777 nəfər sağalıb. İtaliya hələ də Avropada koronavirus pandemiyasından ən çox zərər görmüş ölkə olaraq qalır. Belə ki, bu ölkədə xəstəliyə yoluxmuş 27980 nəfərdən 2158-i dünyasını dəyişib, 2749 xəstə sağalıb. Digər bir Avropa ölkəsi Fransada isə 6652 nəfər xəstəliyə yoluxub. Onlardan 148-i vəfat edib, 12-si sağalıb.

Xəbər lenti
0