Manat, arxiv şəkli

Azərbaycanda bəzi işçilərin maaşı artıb

28
(Yenilənib 23:53 16.03.2020)
2020-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artıb

 

BAKI, 17 mart — Sputnik. 2020-ci il fevralın 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 117,2 min nəfər və ya 7,7 faiz artaraq 1641,0 min nəfər olub.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

28
Əlaqədar
Bu hələ son deyil: Minimum əməkhaqqı mərhələlərlə artırılacaq, amma ehtiyatla
Nazir müəllimlərin əməkhaqqı məsələsindən danışdı
"Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir" - Prezident İlham Əliyev
Kim və harada daha çox qazanır: həkimlər, polislər və ya müəllimlər
Nazirlik "qaraları" ağardır, yaxşısı budur, gizlətməyin
Fransada

Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya

77
Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. ", – deyib.

BAKI, 27 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun müsəlmanları təhqir etməsindən sonra fransız məhsullarını boykot etməyə çağırması xəbəri dünya mediasının manşetində yer alıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq Fransa tərəfi məsələyə reaksiya verib və bu ölkənin ticarət sahəsinə məsul şəxsləri geri addım atmağa başlayıblar.

Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. Nazir "Hələlik yalnız yaxın günlərdə hadisələrin necə inkişaf edəcəyini izləməklə kifayətlənəcəyik", – deyib.

Rayster RTL radiosuna verdiyi açıqlamada Türkiyənin boykot çağırışına eyni üsulla cavab verməyəcəklərini, yəni, Fransada türk mallarının boykot olunması üçün xalqa müraciət etməyəcəklərini də qeyd edib. Nazir, həmçinin Türkiyə və Erdoğanla danışıqları davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, fransız məhsullarının boykot olunmasına çağırış edən ölkələrin sırasında Türkiyə ilə yanaşı, İordaniya, Yəmən, Küveyt və Qətər də var.

Xatırladaq ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqına müraciət edərək fransız məhsullarını boykot etməyə çağırmışdı.

77
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

14
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2 dollar ucuzlaşaraq 40,47 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,34 dollar artaraq 40,80 dollar, "Light" markalı neftin qiyməti isə 0,30 dollar bahalaşaraq 38,86 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

14
(2:07 / 16.42Mb / просмотров видео: 1)

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə arzulamaq istədilər video

0
Artıq düz bir aydır ki, əsgərlərimiz ön cəbhədə əks-hücum əməliyyatlarını davam edir, torpaqlarımızı qarış-qarış qan-tərlə azad edirlər. Bakılıların cəbhədə vuruşan əsgərlərimizə nə arzu etmək istədiklərini videomuzda izləyin.

Artıq bir aydır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qızğın döyüşlər gedir. Əsgərlərimizin bizə yaşatdığı hər qələbə bizi sevindirir. Hal-hazırda bütün Azərbaycan xalqının duaları onların yanındadır.

Sputnik Azərbaycan bakılılara əsgərlərimizə öz ürək-dirək sözlərini çatdırmaq imkanı yaratmaq istəyib. Daha ətraflı – videomuzda izləyin.

Qeyd edək ki, 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə