CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Benzin ucuzlaşdı, amma nəsə sürücülərin üzlərində sevinc ifadəsi yoxdur

© Sputnik / Murad OrujovАвтомобильная заправочная станция в Баку
Автомобильная заправочная станция в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Və o endirimlərin nəticəsində Azərbaycana bu marka benzini gətirən SOCAR-ın törəmə şirkəti qiyməti endirdi.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Martın 13-də gecə saatlarında Azərbaycanda "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiyməti ucuzlaşıb.

Belə ki, "Aİ-95" marka yanacağın qiyməti 1 manat 20 qəpik, "Aİ-98" markalı yanacağın qiyməti isə 1 manat 40 qəpik olub. "Aİ-92" və dizel yanacağının qiymətində dəyişiklik olmayıb.

Xatırladaq ki, son qiymət dəyişikliyinədək "Aİ-95" markalı yanacağın qiyməti 1 manat 50 qəpik, "Aİ-98" markalı yanacağın qiyməti isə 1 manat 60 qəpik olub.

© Sputnik / Irade JELILYDM ərazisi
Benzin ucuzlaşdı, amma nəsə sürücülərin üzlərində sevinc ifadəsi yoxdur - Sputnik Azərbaycan
YDM ərazisi

Sputnik Azərbaycan yanacağın qiymətinin ucuzlaşması ilə bağlı Bakı sakinlərinin fikrini öyrənib.

55 yaşlı taksi sürücüsü Samir Kərimovun sözlərinə görə, o avtomobili "Aİ-92" yanacaq növündən istifadə etdiyi üçün ucuzlaşmanın onun büdcəsinə heç bir faydası olmayacaq.

"Qiyməti ucuzlaşdırılan yanacaq növündən daha çox son model avtomobillər üçün istifadə edilir. Taksi sürücülərinin əksəriyyəti isə hibrid və ya "Aİ-92" yanacaq növü ilə çalışan avtomobillərdən istifadə edir. Yəni, ucuzlaşmanın sürücülərin büdcəsinə heç bir faydası yoxdur" - deyə o bildirib.

Yanacaqdoldurma məntəqəsində operator işləyən Bəxtiyar İmanovun sözlərinə görə, qiymətin ucuzlaşmasının alıcılıq qabiliyyətinə heç bir təsiri olmayıb: "Adətən bahalaşma olanda alıcılıq qabiliyyəti yüksəlir. Ucuzlaşma heç nəyə təsir etmir. Həm də bu yanacaq növü lüks avtomobillər üçün nəzərədə tutulub. Lüks avtomobil idarə edənlər isə bahalaşma və ya ucuzlşama barədə düşünmürlər".

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, "Aİ-95" və "Aİ-98" marka benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi bir neçə il əvvəl ləğv edilib. Qiymətləri isə bazarın özü tənzimlənməlidir. Dünya bazarında gedən proseslər və bazar iştirkaçılarının rəqabətin nəticəsində qiymət formalaşmalıdır: "Amma təəssüf ki, ciddi rəqabətli vəziyyət yaranmadı. Cəmi bir şirkət ölkəyə həmin növ benzinləri gətirir. Sözügedən marka benzin əsasən Rumıniyadan alınır. Dünya bazarlarında qiymətlərin kəskin enməsi neftayırma zavodlarını böyük həcmli güzəştlərə, endirimlərə getməyə sövq etdi. Və o endirimlərin nəticəsində Azərbaycana bu marka benzini gətirən SOCAR-ın törəmə şirkəti qiyməti endirdi".

N. Cəfərlinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatlnda bu marka benzinlərin rolu çox kiçikdir. Ümumiyyətlə, iqtisadi proseslərdə demək olar ki, heç bir rolu yoxdur. Nəqliyyat və daşımalarda istifadə olunmur.

"98 markalı benzinin illik istifadəsi ümumi istifadənin heç bir faizini də təşkil etmir. 95 markalı benzinin istifadəsi isə ümumi istifadənin 10-12 faizini təşkil edirdi. Bu benzin marakası daha çox bahalı və yeni avtomobilılərdə istifadə edilirdi. Çünki onların elektron sistemi keyfiyyətli benzinə hesablanıb" - deyə Cəfərli vurğulayıb.

Onun sözlərinə görə, "Aİ-92" və dizel markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimlənir: "Bununla bağlı heç bir qərar olmadı. Bu qərar dövlət tərəfindən verilməli və Tarif Şurası tərəfindən təsdiq edilməli idi. Bununla bağlı heç müzakirə də yoxdur".

İqtisadçı vurğulayıb ki, "Aİ-95" və "Aİ-98" markalı yanacağın qiymətinin ucuzlaşmasından yanacağın qiymətinə fikri verməyən, lüks seqmentə aid avtomobillər idarə edən vətəndaşlar qazanacaq:

"Bunun iqtisadi səmərəsi və faydası yoxdur. Bu benzin növləri bir qrup vətəndaşların istifadəsi üçün nəzərdə tutulub. 2015-ci ildən sonra istehsal edilən və lüks seqmentə aid olan avtomobillərdə istifadə edilir".

© Sputnik / Irade JELILYDM ərazisi
Benzin ucuzlaşdı, amma nəsə sürücülərin üzlərində sevinc ifadəsi yoxdur - Sputnik Azərbaycan
YDM ərazisi

N. Cəfərli vurğulayıb ki, digər yanacaq növlərinin də ucuzlaşması mümkündür.

"Dünya bazarında neftin qiymətinin kəskin enməsi daxili istehlakda da yanacağın qiymətinə təsir etməlidir. Ən azından qonşu dövlətlərdə bu proseslərin getdiyini görürük. İndiki şəraitdə tezliklə belə bir qərarın veriləcəyini düşünmürəm. Çünki ölkədaxili benzinin qiyməti ən azı Dövlət Neft Şirkətinin xarici bazarlarda itirdiyi itkilərini az da olsa sığortalayır. Yaxın həftələrdə digər yanacaq növlərinin ucuzlaşacağını düşünmürəm. Ancaq ucuzlaşma 6-7 ay davam etsə, yəqin ki, digər yanacaq növlərinin ucuzlaşacağı da gözlənilir" - Cəfərli əlavə edib.

İqtisadçı həmçinin vurğulayıb ki, proqnozlara görə, neftin qiyməti daha da ucuzlaşa bilər.

Xəbər lenti
0