Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Heç olmasa bir sahədə ürəyimizi buz kimi saxlaya bilərik – Qıtlıq olmayacaq

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidЗерно пшеницы, фото из архива
Зерно пшеницы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada quraqlığa görə taxıl istehsalında problem var. Buna baxmayaraq, biz taxıl ehtiyatlarımızı tam olaraq formalaşdırmışıq, ehtiyatlarımız kifayət qədərdir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. "2020-ci ilin yanvar ayında Azərbaycanın buğda idxalı ötən ilin yanvar ayı ilə müqayisədə 54 faiz azalıb". Bunu Sputnik Azərbaycan-a açıqlamasında, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə ölkədə taxıl istehsalı və idxalından danışarkən deyib.

© Photo : Facebook / Aqrar Tədqiqatlar MərkəziKənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə
Heç olmasa bir sahədə ürəyimizi buz kimi saxlaya bilərik – Qıtlıq olmayacaq - Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə

F.Fikrətzadə bildirib ki, idxalın azalmasının əsas səbəbi 2019-cu ildə ölkədə taxıl ehtiyatlarının formalaşdırılmasıdır: "Belə ki, respublikamızda yerli taxıl istehsalı 6 faizdən çox artıb. Eyni zamanda, buğda idxalı da 1 milyon tondan 1,5 milyon tonadək artıb. Çünki 2018-ci ildə dünya bazarında taxılın qiyməti bir az baha idi, ona görə də sahibkarlar yerli ehtiyatlardan daha çox istifadə ediblər. 2019-cu il mövsümündə isə dünya bazarında qiymətlər əlverişli olub. Xüsusilə də Rusiyada məhsul yığımı dövründə qiymətlərin əlverişli olmasına görə sahibkarlar öz ehtiyatlarını yenidən idxal mənbələri hesabına, həmçinin yerli istehsal hesabına tam formalaşdırıblar. Ona görə də bu ilin yanvar ayında Azərbaycanın buğda idxalı azalıb".

"Nəzərə alaq ki, qlobal olaraq quraqlığa görə taxıl üzrə əsas ixracatçı ölkələrdə istehsalda problem var. Bizdə də quraqlığa görə məhsuldarlıqda qeyri-müəyyən gözləntilər var. Amma bunun müqabilində bizim taxıl ehtiyatlarının tam olaraq formalaşması müsbət bir məqamdır. Hazırda Azərbaycanın taxıl ehtiyatları kifayət qədərdir", – deyə o qeyd edib.

Azərbaycan növbəti illərdə buğda idxalını dayandıra bilərmi sualına F.Fikrətzadə belə cavab verib: "Region ölkələr arasında taxıl istehsalında bizim müqayisəli üstünlüklərimiz çox yüksək deyil və tələbatımıza uyğun torpaq resurslarımız da kifayət deyil. Yəqin ki, bizim buğda idxalının tam dayandırılmasından yox, minimallaşdırılmasından söhbət gedə bilər. Bizim hesablamalara görə, buğda idxalını illik təxminən 700-800 min tona qədər azaltmaq olar. Yerli istehsalın artan xətt üzrə davam etməsinə baxmayaraq, buğda istehsalını 2,1 milyon tondan hətta 3 milyon tonadək çatdırsaq da, yenə təxminən 700-800 min ton buğda idxalına ehtiyacımız olacaq".

Azərbaycanda taxıl sahələrində başlayan yanğın təbiət qoruğuna adladı

"2019-cu il mövsümündə 2018-ci ilə görə dünyada taxıl qiymətləri əlverişli olub. Amma yaz qabağı məhsul yığımında quraqlığa görə taxıl üzrə əsas ixracatçı ölkələrdə bir az azalmalar gözlənilir. Hazırda dünya bazarında buğdanın qiyməti əlverişlidir, ötən illə eyni səviyyədədir və ya ondan aşağıdır", – deyə Mərkəzin direktoru əlavə edib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin 2020-ci ilin yanvar ayı üzrə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazarı konyunkturasına dair qısa icmalına görə 2016-2018-ci illər ərzində buğdanın dünya bazarı qiymətində artım müşahidə olunub. 2020-ci ilin yanvar ayında buğdanın 1 tonunun dünya bazar qiyməti əvvəlki ay ilə müqayisədə 7.8% artaraq 178.2 dollar səviyyəsində qərarlaşıb.

Taxıl - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Taxıl biçini zamanı kombayn verilməsində yeni qaydalar tətbiq ediləcək

Son 1 il ərzində Rusiyadan ixrac edilən buğdanın qiymətində əsasən azalma trendi müşahidə olunub. 2020-ci ilin yanvar ayında 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 5.16% artaraq 226.4 dollar səviyyəsində qərarlaşıb. 2019-cu ilin yanvar ayından etibarən Rusiyanın daxili bazarında buğdanın qiymətində müşahidə olunan artım 2019-cu ilin aprel ayından azalma ilə əvəz olunsa da, avqust ayından etibarən artım trendi qeydə alınıb. 2020-ci ilin yanvar ayında 1 ton buğdanın qiyməti əvvəlki aya nisbətən 2.84% artaraq 203 dollar olub.

2019/2020-ci məhsul ili üzrə qlobal buğda istehsalı həcminin rekord həddə çataraq 764 milyon ton olacağı proqnozlaşdırılır. Dünya buğda ticarətinin 2019/2020-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.2% artaraq 183 milyon ton olacağı proqnozlaşdırılır. 2018/2019-cu məhsul ilinə nəzərən 2019/2020-ci məhsul ilində dünyada buğda üzrə istehlakın 2.3% artaraq 754 milyon ton olacağı proqnozlaşdırılır.

Xəbər lenti
0