Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Koronavirus OPEC-i lap əldən salıb: Rusiya və kartel arasında fikir ayrılığı yarandı

© © AP Photo/Hasan Jamali, FileНефтяной насос в пустыне в Бахрейне, фото из архива
Нефтяной насос в пустыне в Бахрейне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusun yayılmasına dair xəbərlərdən asılı olaraq neft kotirovkaları gah kəskin şəkildə yüksəlir, gah da çökür. Analitiklər epidemiyanın dünya iqtisadiyyatına nə qədər baha başa gələcəyini qiymətləndirməyə çalışırlar və hələlik onların rəyləri nikbinlik vermir.

BAKI, 17 fevral — Sputnik. Maksim Rubçenko. Moskva OPEC-in koronavirus epidemiyası səbəbindən neft hasilatını kəskin şəkildə azaltmaq təklifi ilə razılaşmayıb. Nəticədə Rusiyanın neft karteli ilə münasibətləri kəskinləşib, xammal bazarı üzərində isə qiymətlərin çökməsi təhlükəsi yaranıb. Bəs OPEC və Səudiyyə Ərəbistanı hasilatı niyə azaltmaq istəyirlər? Hasilatın həcmini azaltmaq Rusiyalı hasilatçılara nə üçün sərfəli deyil? Bu suallara cavab RİA Novosti-nin məqaləsində verilib.

professor Elşad Məmmədov - Sputnik Azərbaycan
Belarusa neft nəqli Azərbaycanın maraqlarına uyğundurmu – porfessor şərhi

Ər-Riyadda vəlvələ

Neft bazarının qızdırması qalxıb: koronavirusun yayılmasına dair xəbərlərdən asılı olaraq kotirovkalar gah kəskin şəkildə yüksəlir, gah da çökür. Analitiklər epidemiyanın dünya iqtisadiyyatına nə qədər baha başa gələcəyini qiymətləndirməyə çalışırlar və hələlik onların rəyləri nikbinlik vermir.

Bir həftə əvvəl OPEC birinci rüb üçün neftə olan qlobal tələbat üzrə proqnozu sutkada 440 min barel həcmində - təxminən üçdə birə qədər aşağı salıb. Bütövlükdə 2020-ci ildə orta gündəlik istehlakın 230 min barel azalacağı gözlənilir.

Lukaşenkodan gözlənilməz mesaj – ABŞ-dan neft ala bilərik

Beynəlxalq Enerji Agentliyi (BEA) daha bədbin əhval-ruhiyyədədir. Fevral hesabatında bu təşkilatın ekspertləri tələbatın 2020-ci ildə sutkada 365 min barel – yəni 825 min barelə düşəcəyini proqnozlaşdırıblar. Bu, 2011-ci ildən etibarən, yəni qlobal böhrandan sonra ən aşağı göstəricidir.

Bütün bunların fonunda aparıcı neft istehsalçısı və OPEC-in faktiki lideri olan Səudiyyə Ərəbistanı kotirovkaları bir barel üçün 60 dollar və ya daha yüksək səviyyədə saxlamaq məqsədilə hasilatın sürətlə azaldılmasına çağırıb.

OPEC+ Texniki Komitəsi fevralın 5-də hasilatı sutkada 600 min barel azaltmağı tövsiyə edib. Müvafiq qərar alyans ölkələrinin nazirlərinin martın əvvəlində keçiriləcək görüşündə təsdiq edilməlidir. Lakin Ər-Riyad kartel üzrə tərəfdaşlarından vaxtından əvvəl görüşməyi və hər şey barədə mümkün qədər tez razılığa gəlməyi xahiş edir.

Штаб-квартира ОРЕС в Вене - Sputnik Azərbaycan
TƏHLİL
OPEC üçün bomba: dünya neft bazarında yenidən bölüşdürmə başlayır

Vəlvələ üçün Səudiyyə Ərəbistanının bütün əsasları var. Pekin artıq fors-major elan edib və bir sıra ölkələrdən sıxılmış qazı almaqdan imtina edib. "Karantin səbəbi ilə maye qaz terminallarımızda kifayət qədər işçi yoxdur", - Çinin "CNOOC" şirkətində izah ediblər.

Pekin eyni qərarı neftlə bağlı da verə bilər, çünki epidemiya fonunda tələbat 20 faiz azalıb. Ötən il Çinə rekord həcmdə - 83,32 milyon ton (sutkada 1,67 milyon barel) ixrac etmiş Səudiyyə Ərəbistanı üçün bu, böyük itkilərə səbəb olacaq.

Prezident: "Neft-qaz sektoru onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaq"

Buna görə də Ər-Riyad OPEC üzrə bütün tərəfdaşlarından hasilatın azaldılmasına razılıq əldə edib. Lakin kartelə daxil olmayan ən böyük istehsalçı Rusiya yeni məhdudiyyətləri dəstəkləməyib. Rusiyalı neftçilərin fikrincə, koronavirus epidemiyası tələb və təklif balansını pozmayacaq. Onlar fevralın əvvəlində kotirovkaların aşağı düşməsinin medianın təlaş dolu məlumatları ilə bağlı olduğu və bunun qısamüddətli olacağı qənaətinə gəliblər.

Həqiqətən də ötən həftə "Brent" neft markasının qiyməti 53,11 dollardan 56,5 dollara yüksəlib.

Bazarlarda vəlvələnin uzun sürməyəcəyi ilə bir çox xarici ekspertlər də razıdırlar. "Yeni virus, ehtimal ki, aktivlərin qiymətləndirilməsinə bir qədər şişirdilmiş təsir göstərib", - dünyanın ən böyük hedcinq fondu, "Bridgewater Associates" şirkətinin rəhbəri, milyarder Rey Dalio bildirib.

Binəqədidə neftlə çirklənmiş ərazilər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Neft ərazisində tikilən evlər: Sənəd verilə də bilər, verilməyə də

"Epidemiya qlobal iqtisadi artıma elə də ciddi bir təsir göstərməyəcək", - Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva deyib. Onun sözlərinə görə, BVF "V-şəkilli zərbə" gözləyir: yəni Çində iqtisadi fəaliyyətin kəskin azalması və onun sonradan kəskin bərpası.

Çinin Rusiyadakı səfiri Çjan Xanxuey isə koronavirus üzərində qələbəyə zəmanət verib.

"Ümumiyyətlə epidemiya ilə bağlı vəziyyətin qəliz qalmasına baxmayaraq, yaxın gələcəkdə şübhəsiz ki, dönüş anı baş verəcək və tezliklə epidemiya tam nəzarət altına alınacaq, o, mütləq aradan qaldırılacaq", - Çjan Xanxuey Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyinə məktubunda bildirib.

Odur ki, rusiyalı neftçilərin hasilatda növbəti ixtisara tələsməməsi tamamilə məntiqlidir.

OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşdi

Fevralın 12-də Rusiyanın Energetika Nazirliyində keçirilmiş müşavirədə aparıcı neft-qaz şirkətlərinin nümayəndələri ikinci rübün sonunadək hasilatın hazırkı həcminin qorunub-saxlanılmasına tərəfdar çıxıblсar.

Bu müddətdən sonra epidemiyanın nəticələrini daha adekvat qiymətləndirmək mümkün olacaq.

Amerikanın fəthi

Təəssüf ki, hazırda Rusiyanın və OPEC-in maraqları bir-birindən fərqlənir.

Kartel üzvlərinə, xüsusilə də Səudiyyə Ərəbistanına neftin bahalaşması lazımdır. OPEC-in bir çox digər üzvləri isə iqtisadiyyatlarını dayanıqlı saxlamaq üçün bir barelə 60 dollardan aşağı olmayan qiymət tələb edirlər.

Журналисты ждут начала встречи ОПЕК в Вене, Австрия - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan OPEC-ə "hə" dedi - neftin qiyməti necə olacaq?

Rusiyanın neft şirkətləri isə hasilatın azalması ilə kotirovkaların artımından o qədər də çox faydalanmayacaqlar, çünki büdcə onsuz da əlavə gəlirlərin böyük bir hissəsini vergi şəklində onlardan alacaq.

Lakin, əvəzində, yerli istehsalçılar Amerika bazarını fəth etmək imkanı qazanıblar.

Məsələ ondan ibarətdir ki, ABŞ-ın bir çox neftayırma zavodları ağır Venesuela neftinin emalına uyğunlaşdırılıb. Trampın Karakasa qarşı sanksiyalar tətbiq etməsindən sonra isə onların xammalla bağlı ciddi problemləri yaranıb. Yeganə alternativ "Urals" neftidir.

İlham Əliyev OPEC baş katibi və krallığın nazirini qəbul etdi

Odur ki, Beynəlxalq Energetika Agentliyinin (BEA) hesablamalarına görə, artıq keçən ilin aprelinədək Rusiyadan tədarük sutkada 150 min barelə çatıb ki, belə bir hal 2011-2012-ci illərdə şist inqilabının baş verdiyi dövrdən bəri müşahidə olunmayıb.

Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ilin birinci yarısında amerikalılar Rusiyadan təxminən üç milyard dollar dəyərində (2018-ci ilin eyni dövründə 1,6 milyard dollar) neft alıblar.

Dekabr ayınadək okeanın o biri tayına ixrac 3,1 dəfə - yəni 4,28 milyon tona yüksəlib.

ABŞ-ın Energetika Nazirliyi xəbər verir ki, Rusiya Meksika və Səudiyyə Ərəbistanını geridə qoyaraq, ABŞ-a neft təchiz edən ölkələr arasında Kanadadan sonra ikinci yeri tutub. Müqayisə üçün – 2017-ci ildə Moskva bu siyahıda yalnız altıncı idi.

İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - Sputnik Azərbaycan
SİYASƏT
Prezident: "Neft-qaz sektorunun inkişafının davamlılığı bundan sonra da prioritet olacaq"

Lakin bu genişlənməni davam etdirmək üçün Rusiyaya müvafiq istehsal həcmləri lazımdır, buna görə də OPEC-in təklif etdiyi yeni məhdudiyyətlər biznesə ciddi zərər vura bilər.

Bu arada vəlvələ yavaş-yavaş azalır.

Əlcəzairin Energetika naziri Məhəmməd Ərkabın sözlərinə görə, OPEC+ Texniki Komitəsi artıq 600 min barel həcmində ixtisar haqqında tövsiyəni ləğv edib.

Əslində, komitə Rusiyanın (kvotaları dəyişdirmədən) OPEC+ razılaşmasını 2020-ci ilin sonuna qədər uzatmaq təklifi ilə razılaşıb.

Yekun qərarı OPEC+ energetika nazirləri martın 6-da keçiriləcək görüşdə qəbul etməlidirlər.

Xəbər lenti
0