Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident vergi işçilərini təltif etdi

24
(Yenilənib 15:38 11.02.2020)
Vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçiləri orden və medallarla təltif ediliblər

BAKI, 11 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Bayramov Mənaf Bayram oğlu, Ələkbərov Sahib Nurəddin oğlu, Məmmədxanov Sahir Polad oğlu,

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə:

Fətizadə Zaur İntiqam oğlu, Məmmədov Elçin Fərrux oğlu,

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə:

Bəylərov Elçin Bəylər oğlu, Hüseynov İlham Qulamhüseyn oğlu,

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə:

Ağammədov Yaqub Sabir oğlu, Alcanov Fuad Oktay oğlu, Alimova Nigar Əyyub qızı, Balakişiyev Natiq Halay oğlu, Bayramlı Nurlan Famil oğlu, Bayramov Bayram Afər oğlu, Bədəlov Eldar Mülküm oğlu, Əhmədov Eldəniz Yunis oğlu, Hacıyev Elnur Sabir oğlu, Hüseyinov Fəxri İxtiyar oğlu, İsmayılov Pərviz Həmid oğlu, İsmayılova Zibeydə Rafiq qızı, Quliyev Mehrəli Gülməmməd oğlu, Quliyev Səxavət Gülbaba oğlu, Quliyev Toğrul Fəxrəddin oğlu, Qurbanov Vüqar Əlyar oğlu, Mansurov Elnur Məhəmməd oğlu, Məmmədov Sarxan Murad oğlu, Mustafayev Fateh Fazil oğlu, Paşayev İlqar Mirzə oğlu, Səfərov Şahin Sabir oğlu, Şabanov Əli Hacı oğlu, Şəkərov Ramil Fikrət oğlu, Tağıyeva Təranə Mehmandar qızı, Təhməzov Qərib Dadaş oğlu,

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Əkbərli Zaur Fəxrəddin oğlu, Əliyev Azər Rəsul oğlu, İmanov Nicat Şükür oğlu, Quliyev Zaur Zakir oğlu, Seyidov Nuri Söyünqulu oğlu, Yusubov Elçin Mustafa oğlu, Zinatov Ruslan Viktoroviç,

“Tərəqqi” medalı ilə:

Ağakişiyev Elçin Nadir oğlu, Balakişiyeva Yeganə Nəsir qızı, Kazımov Mirəli Sahib oğlu, Şirinov Natiq Telman oğlu.

24
Fransada

Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya

27
Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. ", – deyib.

BAKI, 27 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun müsəlmanları təhqir etməsindən sonra fransız məhsullarını boykot etməyə çağırması xəbəri dünya mediasının manşetində yer alıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq Fransa tərəfi məsələyə reaksiya verib və bu ölkənin ticarət sahəsinə məsul şəxsləri geri addım atmağa başlayıblar.

Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. Nazir "Hələlik yalnız yaxın günlərdə hadisələrin necə inkişaf edəcəyini izləməklə kifayətlənəcəyik", – deyib.

Rayster RTL radiosuna verdiyi açıqlamada Türkiyənin boykot çağırışına eyni üsulla cavab verməyəcəklərini, yəni, Fransada türk mallarının boykot olunması üçün xalqa müraciət etməyəcəklərini də qeyd edib. Nazir, həmçinin Türkiyə və Erdoğanla danışıqları davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, fransız məhsullarının boykot olunmasına çağırış edən ölkələrin sırasında Türkiyə ilə yanaşı, İordaniya, Yəmən, Küveyt və Qətər də var.

Xatırladaq ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqına müraciət edərək fransız məhsullarını boykot etməyə çağırmışdı.

27
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

10
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2 dollar ucuzlaşaraq 40,47 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,34 dollar artaraq 40,80 dollar, "Light" markalı neftin qiyməti isə 0,30 dollar bahalaşaraq 38,86 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusla bağlı rekord: Bir gündə 25-dən çox adam öldü

0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 80410-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1600 nəfər artıb.

Ermənistanda son gündə daha 26 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1222-ə çatıb. Xəstəlikdən sağalanların sayı 51814 nəfər olub. Hazırda bu ölkədə 27027 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0