Tərəvəzlər, arxiv şəkli

Fürsətə qəfil yaxalandıq - cibimiz dolub, mədəmiz boşala bilər

1194
(Yenilənib 19:17 09.02.2020)
Çinlə ticarət sərhədinin bağlanması səbəbindən Rusiyada Azərbaycan istehsalı olan xiyarın qiyməti 11 manata, pomidorun qiyməti isə 19 manatadək qalxıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Rusiyada Uzaq Şərqdə Çinlə sərhədin bağlanması səbəbindən tərəvəzlərin qiyməti iki dəfə bahalaşıb. Rusiya mətbuatının yazdığına görə, Primoryedə xiyarın kiloqramı 400 rubla (10 manat 74 qəpik) qalxıb. Koronavirus pomidorların da qiymətinin astronomik həddə çatmasına səbəb olub. Belə ki, Azərbaycandan gətirilmiş pomidorun 1 kq-nın qiyməti 700 (18 manat 79 qəp) rübladək qalxıb.

Daha əvvəl yayılan məlumatlara görə, "Maqnit" pərakəndə satış şəbəkəsi Çindən meyvə və tərəvəz tədarükünü dayandırıb. Riteylerlər ("Pyateroçka", "Perekryostok" supermarketlərini və "Karusel" hipermarketlərini idarə edən "Maqnit" və "X5" pərakəndə satış şəbəkələrinin alqı-satqı menecerləri) koronavirusun yayılması fonunda tədarükçüləri dəyişmək niyyətindədir. Bununla yanaşı, pərakəndə satış şəbəkələri dəyişikliklərin qiymətlərə müəyyən dərəcədə təsir göstərə biləcəyini qeyd ediblər.

Bəs Azərbaycan Çin məhsullarının Rusiya bazarından geri çəkilməsindən istifadə edə bilərmi? Əgər Rusiyaya tərəvəz məhsullarının ixracı artsa, bu, daxili tələbatımızın təmin edilməsinə təsir edəcəkmi?

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkədən 1 kq baş soğan, ağbaş, qırmızıbaş kələmin ixracına 2 ABŞ dolları gömruk rüsumu tətbiq edilib. Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib. Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edib. Ötən il mart ayının sonunda və aprel ayının əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunurdu.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, bu, bazarda ölkəmiz üçün əlverişli şərait yaradır: "Son 4-5 ildə Rusiya bazarında kifayət qədər ciddi rəqabət mühiti var. Əvvəlki kimi hər məhsulu bu gün Rusiyaya göndərə bilmirik, artıq o bazar ixtisaslaşıb. Bu gün təxminən 4-5 adda məhsulumuz Rusiyaya gedir. Amma koronavirus ilə bağlı karantin tədbirlərinin xeyli vaxt çəkməsi bizim üçün bazarda əlverişli mühit yaradır. Keçən il 189,3 milyon dollar dəyərində pomidor ixrac etmişik ki, bunun da təxminən 90 faizi Rusiyaya gedib".

Onun sözlərinə görə, amma bizim birdən-birə istehsalı dəfələrlə artırmağımız bir az çətindir: "Bu, qəfildən ortaya çıxmış vəziyyətdir, yəni birdən-birə istehsalı dəfələrlə artırmaq üçün resurslarımız yoxdur. Amma növbəti dövr üçün istixana məhsullarının istehsal potensialı müəyyən edilməlidir. Yenidən istixanalar qurmaq, təkrar əkinə keçmək bir az vaxt aparan məsələdir. Fikrimcə, mövcud vəziyyət bizim üçün bazarda əlverişli mühit yaradır, amma qısa zamanda istehsalı dəfələrlə artırıb bazarı təmin etməyə hazır deyilik. Mart ayının sonunda bizdə faraş məhsullar yetişir. Əsasən kartof və digər məhsullar üçün əlverişli mühit yaranır".

"İxracın artması daxili tələbatımızın təmin edilməsinə təsir edirmi?" sualına ekspert deyib ki, məsələnin bu tərəfi də var. Məsələn, keçən il 7 min ton soğan ixrac etdik, amma daxildə istehlak qiymətinə ciddi təsir göstərdi. İxrac zamanı daxili bazar nəzərə alınmalıdır. Keçən il hökumət məcbur qalaraq kartofa ƏDV tətbiq etdi ki, bütün kartof Rusiyaya daşınmasın. Daxili bazar da qorunmalıdır. Düzdür, ixrac strateji məsələdir, amma daxili bazarın, əhalinin qida ilə təminatı ondan da strateji məsələdir", - deyə ekspert bildirib.

O qeyd edib ki, hazırda ölkəmizdə istixanaların sahəsi 3500 hektardır: "İstixanaları regionlar üzrə böləndə daha çox (1000 hektarı) Şəmkirdədir. İstixanaları daha da artırmaq üçün təhlillər aparılmalı, yeni bazarlar tapılmalıdır. Məsələn, ərəb ölkələri bizim üçün çox maraqlıdır, hazırda istixana məhsullarımız həmin yerlərə çox az gedir. Ölkədə istixanalar da daxil olmaqla açıq sahə tərəvəzçiliyi üzrə istehsal ildə 450 min tondan çoxdur və bunun təxminən 300 min tonu daxili tələbatı təmin edir. Ümumiyyətlə, Azərbaycan daxili istehsal hesabına meyvə-tərəvəz məhsulları ilə özünü təmin edir".

Koronavirusun Azərbaycan iqtisadiyyatına müsbət təsiri aşkarlanıb>>

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda göstərilir ki, 2019-cu ildə ölkəmizdə meyvə-tərəvəz ixracı 605,8 milyon ABŞ dolları təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə meyvə-tərəvəzin ixracı 8 faiz artıb. 2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə sahələrdən 1714,7 min ton və ya əvvəlki ilə nisbətən 12,7 faiz çox tərəvəz məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı tərəvəz üzrə 14 sentner artaraq 176 sentner olub.

1194
Əlaqədar
Koronavirus Azərbaycan iqtisadiyyatına necə təsir edəcək – ekspert şərhi
Bu həftə koronavirus qovdu, biz isə qaçdıq, amma ona tərəf...
Neftin qiyməti rekord həddə düşdü
"Neftin pulundan mənə nə?" fikirləşməyin, bir aya bazar çökə bilər
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

11
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Манаты и рубли разных номиналов, фото из архива

Rusiya rublu manat qarşısında geriləyib

11
Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci ilin noyabrın 30-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0344 manata yüksəlib, 1 Rusiya rublunun məzənnəsi 0,0224 manata enib, 1 türk lirəsi isə 0,2164 manata yüksəlib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

11
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, dollar, avro, valyuta, Rəsmi məzənnə, manat, rubl
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə