CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Alagözün identifikasiyası": bundan sonra heyvanlara 100 gün ömür bağışlayacaqlar

© AFP 2023 / MARIO LAPORTAHeyvandarlıq təsərrüfatı, arxiv şəkli
Heyvandarlıq təsərrüfatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Heyvanların hansı xəstəliklər keçirdiyi sistemdə bilinəcək. Ölkədə mövcud olan bütün naxırı, sürünü identifikasiya vasitəsilə idarə edə, görə bilirik. Bu, qida təhlükəsizliyi həlqəsində çox vacibdir. Əksər inkişaf etmiş ölkələrdə bu sistem var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil. Bizim birinci məqsədimiz Azərbaycanda zoonoz - heyvan mənşəli xəstəliklərin qarşısını almaq, heyvanların identifikasiyasını həyata keçirməkdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2020-ci ildən başlayaraq əvvəl Abşeron, sonra rayonlarda heyvanların identifikasiyası həyata keçiriləcək.

Heyvanların xəstəliklərə qarşı profilaktik tədbirləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mal-qaranın sırasına itləri də qatıb iynələdilər

Qeyd edək ki, bütün istehsal zənciri boyunca heyvan və heyvan məhsullarının izlənilə bilinməsi istehlakçılar üçün vacib məsələdir. İzlənilmə "Fermadan süfrəyədək" prinsipinə uyğun olaraq, qida təhlükəsizliyini təmin etməklə qidaların çirklənməsinin, xəstəliklərin yayılması kimi faktorların qarşısının alınmasına kömək edir.

Heyvanların identifikasiya məsələsini kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a şərh edib.

O deyib ki, heyvanların birkalanması (nişanlanması) identifikasiyadır: "Heyvandarlıqda mövsümi vaksinasiyalar var. Xəstəliklərin qarşısını almaq üçün vurulan bu vaksinlər ağır preparatlardır. Bu vaksinlər vurulan zaman heyvan 90-100 gün ərzində kəsimə, istehlaka getməməlidir. Çünki bunların heyvan bədənindən sovrulub çıxması 90-100 gün çəkir. İdentifikasiya aparılan zaman heyvanın nə vaxt vaksinasiya olunduğu bilinir. Qida təhlükəsizliyi, əhalinin sağlamlığı baxımından bu, çox vacib məsələdir".

Öldükdən sonra belə, dərdlərə dərman olan canlı>>

Ekspert bildirib ki, ikinci vacib istiqamət zoonoz - heyvan mənşəli xəstəliklərin qarşısını almaqdır: "Bu gün dünyada insanların keçirdiyi xəstəliyin 75 faizi heyvan mənşəlidir, heyvandan keçir. Bu, ya heyvan ilə birbaşa təmasdan keçir, ya da müxtəlif vasitələrlə insanlara yoluxur. İdentifikasiyanın əhəmiyyəti odur ki, insanları mühafizə edə bilək. İdentifikasiya sistemində heyvanın bütün göstəriciləri yazılacaq. Heyvanların hansı xəstəlikləri keçirdiyi sistemdə bilinəcək. Ölkədə mövcud olan bütün naxırı, sürünü identifikasiya vasitəsilə idarə edə, görə bilirik. Bu, qida təhlükəsizliyi həlqəsində çox vacibdir. Əksər inkişaf etmiş ölkələrdə bu sistem var".

"İdentifikasiya xəbərdarlıq sistemidir. Hər bir heyvanın qulağına mikroçip yerləşdirilir və heyvan xəstəliyə yoluxan kimi çip siqnal verir. Məsələn, Bərdədə 3 heyvan qarayara xəstəliyinə tutulursa, bu, sistemdə görünəcək və buna qarşı tədbirlər görüləcək. Xaricdən gətirilən heyvanlar da izləniləcək. Ölkədə bütün heyvanlar nömrələnəcək, qeydiyyata salınacaq və sistemə daxil ediləcək. Beləliklə, bütün heyvanların hərəkətini izləyə biləcəyik", - deyə o qeyd edib.

Ekspert bildirib ki, 2018-ci ildə Azərbaycanda təxminən 500 minə yaxın arı ailəsi birkalanıb: "Bu gün həmin arı ailələrinin hərəkətlərini görə bilirik. Məsələn, bu arı ailələrinin qışda və yayda harada olması görünür. İri və xırdabuynuzlu heyvanlarda da bu sistem olacaq. Buzov doğulan kimi bir qulağına çip yerləşdirilir, digər qulağına isə birka vurulur. Buzovun doğulduğu tarix, sağlamlıq vəziyyəti, genetik informasiyaları sistemə daxil edilir. Sonra isə o buzovun böyüməsi, hərəkətləri sistemdə görünür. Bu informasiyalar hər bir heyvandar üçün açıq olacaq. Belə bir informasiya sistemi qurulacaq".

Qeyd edək ki, identifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və s. barədə məlumatlar da yer alır.

Xəbər lenti
0