CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank hesablarından pullar niyə silinir?

© AFP 2023 / FABRICE COFFRINIНадпись «Банк» на каменных плитах, фото из архива
Надпись «Банк» на каменных плитах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bank sistemində yenilənmənin edilməsi doğrudur. Lakin gərək ki, bu iş də peşəkarcasına həyata keçirilsin" - Osman Gündüz

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Ötən gün axşam saatlarında "Unibank" Açıq Səhmdar Cəmiyyətinin debet kartlarının balansından pul silinib. Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib.

Bankdan isə bu problemin bayram günlərində aparılan profilaktik işlərlə əlaqədar olduğu bildirilib. Artıq problem həllini tapıb, kartların balansı bərpa olunub.

Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Leriklilərin bank hesabından pul oğurlayan şəxs ələ keçdi

Bu hadisə isə banklarla bağlı baş verən ilk belə hadisə deyil. Maraqlıdır, bu cür problemlərin yaranmasının əsası nədən qaynaqlanır? 

İnformasiya və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Belə bir olayın baş verməsi heç də xoşagələn hal deyil. Bunun üçün gərək ki, bank öncədən sınaq həyata keçirərdi. Ehtimal ki, bu baş verənlər innovativ həllin işə salınması, yeniləmə işlərinin başlaması ilə əlaqədar olub. Lakin bu həll özünü doğrultmayıb, qüsurlar ortaya çıxıb. Bank sistemində yenilənmənin edilməsi doğrudur. Lakin gərək ki, bu iş də peşəkarcasına həyata keçirilsin. Bunun üçün sınaq mərhələsi üçün əlavə resurslar, vəsaitlər ayrılmalıdır. Aidiyyəti qurumlar da bu nüanslara diqqətli yanaşmalıdır. Vəsaitlərin bank müştərilərinin xəbəri olmadan hesablarından silinməsi çox ciddi problemdir".

Ekspert bildirir ki, digər banklar bu cür halların gələcəkdə təkrarlanmaması üçün bir nəticə çıxartmalıdırlar. O.Gündüz bank sistemində olan digər problemdən də söz açıb:

"Avropada bütün banklar özlərinin APİ xidmətlərini müştərilərə təqdim edirlər. Hansısa şirkət bankın təqdim etdiyi APİ-lərdən istifadə etməklə əlavə dəyər yaratmış olur. Bizdə isə bunlar yoxdur, bankların 99 faizi APİ-ləri bağlayıblar. Belə olanda isə gərək ki, bankların təhlükəsizliyi daha da yüksək olardı".

"Bizim banklarda İT-nin, innovasiyaların tətbiqini və açıq bank prinsiplərinin həyata keçirildiyini düşünmürəm. Bizdə bank sistemi kifayət qədər konservativ və mühafizəkardır. Yəni açıq bank prinsipləri həyata keçirilmir", - deyə o əlavə edib.

O.Gündüz elektron ödənişlərlə bağlı qanun layihəsi haqda da danışıb: "Bu qanun layihəsi 4 ildir ki, hələ də qəbul olunmur. Bu qanunun da qəbulunu sürətləndirmək lazımdır".

Xəbər lenti
0