Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın strateji valyuta ehtiyatları on dörd faizə yaxın artıb

© sputnik.azMilli bank
Milli bank - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6.2 milyard dolları üstələyib

BAKI, 30 dekabr — Sputnik. Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 13.7% artaraq 50.9 milyard dollara çatıb ki, bu da ümumi daxili məhsulu üstələyir.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 milyard dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6.2 milyard dolları üstələyib.

Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri (111 milyard dollar) öhdəlikləri (54 milyard dollar) 2 dəfədən çox üstələyir. Bu Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir.

Xəbər lenti
0