Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank manatın məzənnəsi barədə açıqlama yaydı

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaq

BAKI, 30 dekabr — Sputnik. Manatın məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. Hesablamalara görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının artırıcı təsiri daha yüksəkdir.

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb

Sputnik Azərbaycan xəbər verir ki, bu, Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaq. Manatın məzənnəsinin uzunmüddətli dinamikasını müəyyənləşdirən başlıca amil tədiyyə balansının vəziyyəti olacaqdır ki, bu da xarici şokların və kapital axınlarının təsiri ilə dəyişə bilər. Ona görə də başlıca ixrac məhsulları üzrə qiymətlərin dəyişimi və kapital axınları, eləcə də nominal və real effektiv məzənnələrin dinamikası daim monitorinq olunacaq, onların iqtisadiyyata və maliyyə bazarlarına təsirləri diqqətdə saxlanacaqdır. Xarici valyuta təklifi mənbələrinin diversifikasiyası, habelə dövlət tərəfindən valyuta təklifi və tələbinin effektiv tənzimlənməsi qarşıdakı dövrdə də valyuta bazarında uzunmüddətli tarazlığın əsas təminatçısı kimi çıxış edəcək.

Xəbəriniz olsun, yanvardan on manat artıq ödəyəcəksiniz

"Mərkəzi Bank tələb-təklif nisbətini hamarlamaq üçün valyuta bazarına müdaxilə hüququnu özündə saxlayır. Növbəti ildə də Mərkəzi Bank valyuta bazarına müdaxilələri məhdud həcmdə və sayda həyata keçirilməklə fundamental və konyunktur amillər əsasında formalaşan meylləri nəzərə alacaq. Mərkəzi Bank valyuta bazarının likvid və şəffaf olmasını, onun özünütənzimləmə rejimində çalışmasını təşviq edəcək. Növbəti ildə də müdaxilə əməliyyatlarının həcmi və valyuta ehtiyatları barədə məlumatlar ictimaiyyətlə mütəmadi paylaşılacaq" – deyə bəyanatda bildirilir.

Xəbər lenti
0