CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın "Mir"i Azərbaycana gəlir – İndi daha da mehriban olacağıq

© Sputnik / Anton Denisov / Mediabanka keçidТерминал для оплаты Мир
Терминал для оплаты Мир - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Rusiya ödəmə sisteminin Azərbaycanda tətbiqi ikitərəfli münasibətlərin xeyli dərəcədə intensivləşməsinə və ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə xidmət edə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Rusiyanın "Mir" ödəmə sistemi Azərbaycanda tətbiq edilə bilər. 

Онлайн покупка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qəpik-quruşunuzu da, milyonunuzu da itirə bilərsiniz – Bank kartı təhlükəsi yaşanır
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkini qəbulu zamanı söhbət açılıb.

Qəbulda Maksim Oreşkin bu məsələyə toxunub: "Rusiyada "Mir" adlanan bir ödəmə sistemi var. Bizim türkiyəli həmkarlarımız bu sistemi öz bazarlarında tətbiq edirlər. Bu, Türkiyəyə gedən rusiyalı turistlər üçün çox münasibdir. Siz bizim qarşımızda turist mübadiləsini inkişaf etdirmək vəzifəsini qoymusunuz. Biz bu göstəricini milyona çatdırmağa çalışırıq. Həqiqətən, turistlərin ölkələrimiz arasında gediş-gəlişi nə qədər sadə, rahat olsa, turist axını bir o qədər çox olacaq. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu məsələni araşdıraq, həmin sistemin Azərbaycanda tətbiq edilməsinin nə dərəcədə mümkün olmasını aydınlaşdıraq. Buna görə daha fəal işləməyə hazırıq".

Rusiyanın "Mir" ödəmə sisteminin Azərbaycanda tətbiqi ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bank sistemini buna uyğunlaşdırmaq lazımdır: "Rusiyanın ödəniş sistemi Azərbaycanda tətbiq ediləcəksə, rusiyalı turistlər rubl ilə ödəniş edəcəklərsə, məzənnə dəyişikliyindən banklar da əziyyət çəkməməlidir. Bu, banklara da sərf etməlidir, yəni bu sistem banklara inteqrasiya olmalıdır. Azərbaycanda fəaliyyət göstərən bir neçə iri bank Rusiyanın ödəniş sistemi ilə fərdi müqavilələr bağlayaraq POS-terminallarda və bankomatlarda həmin ödəniş sistemindən istifadə edilməsini mümkün edə bilərlər. Burada banklara da sərf edən məzənnə sisteminin olması vacibdir. Çünki rubl manatdan fərqli olaraq dəyişkəndir, yəni birjalara bağlıdır, gündəlik məzənnə dəyişikliyi olur. Azərbaycanda isə sabit məzənnə rejimi var".

"Rusiyanın ödəniş sistemi ilə Azərbaycan bankları ortaq məxrəcə gələ bilsələr, sistemləri inteqrasiya edə bilsələr, bu, ölkəmizə gələn rus turistlər üçün bir üstünlük olacaq və turistlərin sayında artıma nail olmaq mümkün olar. Rusiyanın turizm bazarı kifayət qədər böyük bazardır",  – deyə ekspert qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan ilə Rusiyanın iqtisadi əlaqələri daha da dərinləşməlidir: "Eyni zamanda Azərbaycanda tətbiq edilən ödəmə sistemlərində şaxələndirməyə nail olmaq lazımdır. Və Rusiya ödəmə sisteminin Azərbaycanda tətbiqi bütövlükdə iki ölkə arasında iqtisadi fəallığın artmasına səbəb olmalıdır. Çünki Azərbaycan üçün Rusiya aparıcı ticarət tərəfdaşıdır. Bu baxımdan Rusiya ödəmə sisteminin Azərbaycanda tətbiqi ikitərəfli münasibətlərin xeyli dərəcədə intensivləşməsinə və ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə xidmət edə bilər".

Банковские карты - Sputnik Azərbaycan
HADİSƏ
Tovuzda oğul bank kartına görə atasını öldürdü

Qeyd edək ki, sözügedən sistem Rusiyanın milli ödəniş sistemidir. Bu sistemdə hesablaşmalar rublla aparılır.

Onu da bildirək ki, bu yaxınlarda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün açılış mərasimində deyib ki, Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün istifadəyə verilməsi Rusiyadan Azərbaycana turist axınını artıracaq: "Turistlərin əksəriyyəti avtonəqliyyat vasitəsindən istifadə edir. Bu baxımdan körpünün istifadəyə verilməsi turistlərin sayının artırılmasına da müsbət təsir edəcək. Bu il artıq 900 minə yaxın turist Rusiyadan Azərbaycana gəlibsə, biz bunu 1 milyona çatdırmaq niyyətindəyik. Körpünün istifadəyə verilməsi də bu istiqamətdə öz müsbət təsirini göstərəcək".

Xəbər lenti
0