Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində

Ərdoğan: “TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur”

7
(Yenilənib 19:13 30.11.2019)
TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib.

BAKI, 30 noyabr - Sputnik. "TANAP hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur".

“Report” xəbər verir ki, bunu Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində keçirilən TANAP-ın II hissəsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, layihə plana uyğun həyata keçirilib: “TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib. Ölkələrimiz və bölgəmiz üçün tarixi bir andır. TANAP regional sülh layihəsidir”.

7