Bərə, arxiv şəkli

Azərbaycan Rusiyadan Transxəzər bərəsi sifariş edə bilər

24
(Yenilənib 15:43 22.11.2019)
Danışıqlar barədə Sputnik Azərbaycan-a "OSK" ASC-nin vitse-prezidenti Vasili Boytsov açıqlama verib.

BAKI, 22 noyabr — Sputnik, Mariya Naumenko. "Birləşmiş Gəmiqayırma Korporasiyası" Xəzər dənizində reyslər həyata keçirilməsi üçün Azərbaycan tərəfi ilə bərə tikilməsi imkanını müzakirə edir. Bu barədə Sputnik Azərbaycan-a X Rusiya – Azərbaycan regionlararası forumu çərçivəsində "OSK" ASC-nin vitse-prezidenti Vasili Boytsov açıqlama verib.

"Hələlik bərə ilə bağlı danışıqlar gedir. Bu danışıqlar artıq uzun müddətdir ki, davam edir. Söhbət Transxəzər bərəsinin tikintisi barədədir. Bizim bu sahədə müəyyən təcrübəmiz var. Mən bilirəm ki, Azərbaycan bu növ gəmi düzəldir. Bizə elə gəlir ki, bu, əməkdaşlıq üçün mümkün istiqamətlərdən biridir", - deyə Vasili Boytsov bildirib.

Bərənin texniki xüsusiyyətləri avtomobil, qatarların, insanların daşınmasına imkan verir.

Rusiya korporasiyasının nümayəndəsinin sözlərinə görə, "OSK" bütün məhsullarını Azərbaycana təklif edə bilər: balıq sənayesi üçün gəmilər, sərnişin gəmiləri və digər ixtisaslaşmış gəmi təklif edə bilər.

Rusiya və Azərbaycanın gəmiqayırma sahəsində zəngin təcrübəsi var. 2002-2009-cu illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçilik idarəsi üçün Nijeqorodda yerləşən "Krasnoe Sormovo" ("OSK" daxildir) zavodu "Volqo" (layihə 19610) tipli yük daşıyan teploxodu, "SFAT" (layihə 19612А) tipli 2 tanker və "Heydər Əliyev" tankeri tipli 7 tanker (layihə 19619) düzəldib. 2016-cı ildə "Krasnoe Sormovo" müəssisəsində Azərbaycan üçün daha iki tankerin tikilməsinə dair müqavilə imzalanıb.

24