Bina tikintisi, arxiv şəkli

Bina tikən sahibkara yeni vergi tətbiq edilir: Leqallaşma olmasa, qiymət uçacaq

592
(Yenilənib 14:01 22.11.2019)
"Tikinti şirkətlərinin sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsinin qarşısının alınması məntiqlidir və şəffaflaşmaya gətirib çıxarda bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. "Azərbaycanda gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə edilən dəyişiklikdən danışarkən deyib.

O bildirib ki, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər.

Bəs, bu dəyişikliyin mənzil bazarında qiymətlərə təsiri olacaqmı?

On yeddi bina söküləcək – Sakinlər hələ vəziyyətdən xəbərsizdirlər>>

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, burada bütün məsələlər tikinti şirkətlərinin öz fəaliyyətlərini hansı formada rəsmiləşdirəcəyindən asılı olacaq: "Mexanizmin dəyişdirilməsi, yəni, yeni vergi rejimi ilə fəaliyyət göstərmək bu sahədə dövriyyənin leqallaşmasına təsir edir. Sadələşdirilmiş vergi ödəyicisi olmaq sabit dəyər üzərindən vergi hesablanmasının həyata keçirilməsi deməkdir və tikinti şirkətləri üçün kvadrat metrə görə hesablanan vergi növü idi. Bu isə o deməkdir ki, tikinti şirkəti gəlir və xərclərini Dövlət Vergi Xidmətinin qarşısında sübut etməkdə maraqlı deyildi. Başqa sözlə, tikinti şirkəti dövriyyə üçün tələb olan sənədləri yığmır, onun istehlak etdiyi bütün mal və xidmətlərin rəsmi və yaxud qeyri-rəsmi olması ciddi əhəmiyyət daşımırdı. Nəticədə şəffaflaşma tələbi pozulurdu".

O bildirib ki, tikinti şirkətlərinin sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsinin qarşısının alınması məntiqlidir və şəffaflaşmaya gətirib çıxarda bilər: "Əgər tikinti şirkətləri gəlir və xərclərini leqallaşdıra bilsələr, onların mənzil bazarında qiymətlərə təsir edəcək qədər əlavə xərc yükü formalaşmayacaq. İndiki halda mənzil bazarında qiymətlərə daha çox diktə edən faktor təklifin həcmi və istehlak gücünün aşağı olmasıdır. Ona görə də düşünmürəm ki, yaxın müddətli dövrdə bu proses mənzil bazarında qiymətlərdə ciddi əks olunsun".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, sadələşdirilmiş vergi xərclər nəzərə alınmadan tikinti şirkətlərinin dövriyyəsindən 2-4 faizlə tutulurdu: "Sadələşdirilmiş vergi kiçik sahibkarlar üçün tətbiq olunur, amma indi tikinti şirkətlərinin dövriyyəsi, əhatə dairəsi böyüyüb. Bəzi fəaliyyət növlərində mənfəət vergisi ödəmək daha sərfəlidir. Burada sahibkarların mənfəət vergisi ilə işləməsi əksinə onlar üçün rahatlıq yaradacaq və daha az vergi ödəyəcəklər. Burada xərclər, maya dəyəri göstərilir və mənfəətdən vergi tutulur. 

Dəyişiklik şəffaflığı, tikinti şirkətlərinin mənfəətini artıracaq. Bu addım mənzil bazarında qiymətlərə təsir etməyəcək".

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə onu da deyib ki, eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək: "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azad ediləcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək".

592
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, arxiv şəkli

Vüsal Qasımlı: "Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya zəmanət verəcək"

4
(Yenilənib 21:40 10.07.2020)
"Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb".

BAKI, 10 iyul — Sputnik. "İndi bank sektorunun qarşısında əsas çağırışlardan biri öz vəsaitlərini daha çox yerləşdirməkdir, başqa sözlə, kredit portfelini böyütməkdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bankların müştərilərə verdikləri kreditlər pandemiya başlayandan - bu ilin fevralından aybaay azalır: "Bu ilin mart-may aylarında kredit portfeli 6,1 faiz azalaraq 14,4 milyard manata enib. Burada bankların lisenziyasının alınması da təsir göstərib. Hansı ki, bankların nağd vəsaitləri, Mərkəzi Bankda və başqa banklarda müxbir hesablardakı vəsaitləri, həmçinin qiymətli kağızlarının həcmi böyüyür. Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb".

Vüsal Qasımlı bildirib ki, manatın sabitliyi, inflyasiyanın təkrəqəmli həddə nəzarətdə olması, əmanətlərin tam sığortalanması, problemli kreditlərin həlli və bəzi bankların sektordan uzaqlaşdırılması bu sahənin sağlamlığını qorumaq üçün baza tədbirləridir: "Sadalananlarla kifayətlənməyən dövlət bankların kredit portfelinin genişlənməsini dəstəkləyir".

Onun sözlərinə görə, pandemiyadan zərər çəkən sahibkarlara bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması problemli kreditlərin yaranmasının qarşısını alacaq: "Belə ki, sahibkarlar tərəfindən alınacaq yeni 500 milyon manatlıq kreditin 60 faizi - 300 milyon manatlıq hissəsi dövlət zəmanəti ilə təmin ediləcək. Yeni veriləcək kreditlərə görə zəmanət - Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına olacaq. Subsidiya yeni kreditlərə illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək".

"Eyni zamanda 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrdə sahibkarların kreditlərinə 10 faiz subsidiya təqdim olunacaq. Faiz dərəcəsi 10-dan aşağı olarsa, subsidiya kreditin faiz dərəcəsi həcmində verilir. Azərbaycanda orta kredit faizi və inflyasiyanı nəzərə alanda, bu yolla sahibkarlar üçün maliyyə vəsaitinin ucuzlaşması təmin olunur", – deyə o davam edib.

V.Qasımlının sözlərinə görə, mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz subsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelinə dəstəkdir: "Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10 faizindən daha çoxdur.

 Bundan başqa, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bankın maliyyə bazarlarına dəstək istiqamətində qəbul etdiyi proqram üzrə – requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, rəqəmsallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, maliyyə dayanıqlılığına dəstək istiqamətində icrası nəzərdə tutulan tədbirlər əks olunub. Maliyyə bazarları üzrə icrası nəzərdə tutulan tədbirlər-bank sektoru, sığorta bazarları və kapital bazarlarını əhatə edir".

Vüsal Qasımlı qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu, İnnovasiyalar Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Gənclər Fondu, Aqrolizinq, İpoteka və Kredit Zəmanət Fondu, "Maarifçi" Tələbə Kredit Fondu, Azərbaycan İnvestisiya Şirkəti və investisya təşviqi sənədi kimi mexanizmlərlə dövlət ucuz maliyyə vəsaitlərinə və aktivlərə çıxışı asanlaşdırır: "Bununla yanaşı, kreditlərin bazar faizi və iqtisadiyyatın məhsuldarlıq səviyyəsi arasında lazımi nisbətin qurulması üçün kompleks fəaliyyətlər davam etdirilir. Ən əsası odur ki, bank kreditləri iqtisadi artımı dəstəkləsin".

4
Bankomatdan pul çıxaran şəxs, arxiv şəkli

Prezidentin köməkçisindən 190 AZN barədə açıqlama

14
(Yenilənib 18:32 10.07.2020)
"Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib" - H.Hacıyev

BAKI, 10 iyul — Sputnik. "190 manatlıq ödənişlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Hikmət Hacıyev qeyd edib ki, yaxın zamanlarda ödənişlərin həyata keçirilməsi ilə bağlı açıqlama veriləcək.

Prezidentin köməkçisi xatırladıb ki, bəzi Azərbaycan vətəndaşları var ki, 2-3 aydır ki, ölkəyə gələ bilmirlər: "Həmin vətəndaşların ölkəyə gətirilməsinə ehtiyac var. Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib. Yükdaşıma ilə bağlı ölkəmizə daxil olan əcnəbi sürücülər testdən keçirilir və ondan sonra hərəkətlərinə icazə verilir".

14
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Hökumət 190 manatla bağlı qərarına dəyişiklik etdi
Yardımla bağlı 16 bölgənin sakinlərinə şad xəbər
Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab
Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

0
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

0
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər