CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müştəri pulunu, bank müştərisini itirir - söhbət isə "qəpik-quruş"dan gedir

© Sputnik / Murad OrujovЛюди у банкоматов в Баку
Люди у банкоматов в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyədə ümumi sayılan bankomatlardan pul çəkərkən heç bir faiz tutulmur. Artıq Gürcüstanda da banklar arasında bu sistemə keçidlə bağlı razılıq əldə olunub"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Nağdlaşdırma əməliyyatı zamanı banklar müştərilərindən komissiya tutur. Nağdlaşdırılan vəsaitin həcmindən asılı olaraq komissiya məbləği də artır. Azərbaycandan fərqli olaraq isə qonşu Türkiyə və Gürcüstan artıq bu "ənənə"dən imtina edib.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mərkəzi Bank valideynlərin məşhur bəhanəsini əllərindən alır

Bu ölkələrdə nağdlaşan vəsaitin məbləği artdıqca komissiya haqqı azalır. Azərbaycanda bu təcrübəni yaratmaq üçün hansı addımların atılmasına ehtiyac var?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında digər ölkələrin təcrübəsi, Azərbaycandakı durum və görülməsi labüd olan işlər haqda danışıb. O bildirib ki, bu gün bir çox ölkələrdə banklar arasında qarşılıqlı anlaşma var: "Bu təcrübəyə əsasən, bankların müştəriləri bir-birlərinin bankomatlarından pul çəkərkən çox cüzi faiz tuturlar ki, bu da yerli valyuta ilə bir neçə qəpik ola bilər. Bu da həmin ölkələrdə ümumi bankomatların yaranmasına səbəb oldu".

Ekspertin sözlərinə görə, Türkiyədə də bütün bankların birgə bankomatları var: "Ümumi sayılan bu bankomatlardan pul çəkərkən isə heç bir faiz tutulmur. Artıq Gürcüstanda da banklar arasında bu sistemə keçidlə bağlı razılıq əldə olunub. Burada müştəri öz bankının bankomatından pul çəkərkən ondan ümumiyyətlə pul çıxılmır. Başqa bank müştərisi pul çəkərkən isə onun vəsaitindən 0,6 faiz tutulurdu. Artıq bu faizi tamamilə ləğv etmək haqda banklar razılığa gəliblər. Yəqin ki, yanvardan bu sistem işə düşəcək".

Vergi borcu olduqda banklar niyə bütün hesaba blok qoyurlar>>

N.Cəfərli Azərbaycanla bağlı vəziyyəti də dəyərləndirib: "Azərbaycanda isə bu mümkün olmur. Bunun səbəbi də, yəqin ki, bankların bir-birlərinə güvənlərinin və ümumiləşdirilmiş sistemlərinin olmaması ilə əlaqədardır.

Banklar daha çox müştəri cəlb etmək istəyirlərsə, tutulacaq cüzi məbləğdən imtina etmələri daha məqsədəuyğun olardı. Lakin təəssüf ki, bank sistemində olan ümumi problemlər, sistemin ümumi bir virtual məkanda birləşdirilməməsi problem olaraq qalır.

Бизнесмен - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bank problemi bitmək bilmir: Bölgələr ac saxlanılır, idxal stimullaşdırılır

Vahid virtual məkanın olması həm də kredit tarixçəsinin öyrənilməsi üçün önəmlidir. Çünki elə müştəri var ki, bir bankdan götürdüyü krediti digər bankdan götürdüyü kreditlə bağlayır".

"Bu istiqamətdə olan problemlərin həlli üçün əsas məsələ isə bank sistemində güvənin yaradılmasıdır. Azərbaycan Mərkəzi Bankının rəhbəri bu yaxınlardakı çıxışında da bu məsələyə toxunaraq bildirmişdi ki, Azərbaycan banklarının bir-birinə güvəni sıfırdır. Bunun üçün Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası da üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Düşünürəm ki, palatanın ləğv olunaraq bütün funksiyalarının bir mərkəzdə cəmləşməsi, yaxud da AMB-nin tərkibində bir departamentə çevrilməsi daha məqsədəuyğun olar. Çünki hazırkı vəziyyət bank sistemində hərc-mərcliyə səbəb olur. Yəni palata ilə AMB-nin mərkəzləşdirilmiş siyasət aparmasına da ehtiyac var", - deyə ekspert əlavə edib.

Xəbər lenti
0