ABŞ dolları və Azərbaycan manatı, arxiv şəkli

Dörd ilə qorxumuza qalib gəldik yenə həmin palçığa giririk

1224
Ümumilikdə qeyd edtmək olar ki, bank sektorunda vəziyyət sabitləşir və əhali öz əmanətlərini kredit müəssisələrinə qaytarır, amma bunu ehtiyatla, pulları qısamüddətli depozitlərdə saxlayaraq edir.

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Milli valyutanın növbəti devalvasiyası və bankların bağlanacağı qorxusu keçmişdə qalıb və azərbaycanlılar yenə də öz əmanətlərini kredit müəssisələrinə aparmağa başlayıblar.

Mərkəzi Bankın məlumatına əsasən, bu ilin üç rübünün yekunlarına görə fiziki şəxslərin bank sektorunda əmanətlərinin həcmi 8,6 milyard manata çatıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 406 milyon manat və ya 5% çoxdur.

Azərbaycanın bank sistemi üçün əhalinin əmanətlərinin keyfiyyətcə artması vacibdir. Yəni, ilk növbədə valyuta yox, manat əmanətləri artmalıdır. Xatırladaq ki, 2015-ci ildəki iki devalvasiya ilə vətəndaşlarda yaranmış pullarını itirmək qorxusu ona gətirib ki, 2014-cü ilin sonunda qeydə alınmış vətəndaşların əmanətlərinin nisbəti (manat 61% - valyuta 39%) sürətlə ABŞ dollarının xeyrinə dəyişməyə başlayıb. 2015-ci ilin sonunda bütün depozitlərin 85%-i dollarda olub.

2018-ci ilin üç rübü ilə müqayisədə 2019-cu ildə fiziki şəxslərin manat depozitləri 740 milyard manat və ya 24,1% artıblar, valyuta depozitləri isə 6,5% azalıblar.

Manat depozitlərinin dollarda analoqlarına nisbətdə sürətli artıımı bank sistemi üçün müsbət xarakter daşıyır - dedollarlaşma prosesi gedir. Lakin fiziki şəxslərin manat depozitləri bütün əmanətlərin 44%-ni təşkil edirlər və bu onu göstərir ki, nisbətin əvvəlki səviyyəyə çatması üçün hələ çox vaxt qət edilməlidir.

Manat əmanətlərinin fiziki şəxslər üçün cəlbediciliyi onunla izah olunur ki, 2019-cu il noyabrın 1-i üçün banklar tərəfindən milli valyutada verilən dividendlər illik 9,57% orta dərəcə ilə həyata keçirilir, xarici valyutada bu rəqəm cəmi 1,98%-dir.

Son üç il ərzində dollarla manatın nisbəti dəyişmir və təxminən 1,7 manat səviyyəsindədir. 

Lkin əhalidə alın təri ilə qazanılmış vəsaitlərin itirilməsi qorxusu qalır. 2019-cu il noyabrın 1-i üçün fiziki şəxslərin bütün depozitlərinin 75%-nin qısamüddətli olmasını yalnız bununla izah etmək olar. 2014-cü ildə bu rəqəm 60% idi. 

Ümumilikdə qeyd edtmək olar ki, bank sektorunda vəziyyət sabitləşir və əhali öz əmanətlərini kredit müəssisələrinə qaytarır, amma bunu ehtiyatla, pulları qısamüddətli depozitlərdə saxlayaraq edir.

Mərkəzi Bankın məlumatına əsasən, son onillik ərzində bank sistemində manat əmanətlərinin maksimal həcmi 2014-cü ildə qeydə alınıb - 4,422 milyard manat. Xarixi valyutada əmanətlərin maksimal həcmi 2015-ci ildə olub – manata çevirəndə 8,052 milyard manat.

1224
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

8
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

8
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti
Azərbaycan manatı, arxiv şəkli

Qonşularımız pullarını "öldürürlər", biz - vergini. Malı kimə satmalı?

356
(Yenilənib 22:02 27.11.2020)
Ekspert: "Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Nazirlər Kabineti "Malların ixrac qeydi ilə satışı Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu Qayda Azərbaycanda istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.

Bəs bu addım Azərbaycanda ixracın və yerli istehsalın artmasına, sahibkarlara dəstək verəcəkmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu addım ixracın stimullaşdırılması üçün atılıb: "Amma bununla yanaşı, bir sıra paralel addımlar da atılmalıdır ki, ixracın stimullaşdırılması üçün qarşıya qoyulan hədəflərə çatmaq mümkün olsun. Burada bir neçə problem mövcuddur.

Problemlərdən biri odur ki, son bir il ərzində qonşu ölkələrin milli valyutalarında kifayət qədər ciddi ucuzlaşma prosesi baş verib. Əsasən də bizim əsas ticarət tərəfdaşımız olan Türkiyə ilə Rusiyada lirə və rubl kifayət qədər ciddi şəkildə dəyərdən düşüb. Gürcüstanda da lari il ərzində 15-18 faiz ucuzlaşıb. Bu da idxalı stimullaşdırır, yerli istehsal və ixracat ilə bağlı müəyyən əngəllər yaradır".

"Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə. Digər bir institusional problem odur ki, bizim qeyri-neft ixracımız hələlik çoxşaxəli modelə keçməyib. Son dövrlərdə qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələrin sırasında Rusiya öndədir. Burada çoxşaxəli modelə keçməliyik, yəni yeni bazarlara çıxış imkanları kifayət qədər məhduddur", - deyə ekspert qeyd edib.

O bildirib ki, həmişə ixracda hədəf kimi biz qonşu ölkələri götürmüşük: "Amma yeni bazarlara çıxış əldə etsək, Azərbaycanın əsasən də aqrar sektorda olan məhsullarını daha baha qiymətə sata bilərik. Bununla bağlı da işlər görülməlidir. Düzdür, müəyyən işlər aparılıb, Azərbaycanın xaricdə ticarət nümayəndəlikləri açılıb, amma yetərli deyil. Nazirlər Kabinetinin bu addımı təqdirəlayiqdir, stimullaşdırıcı addımdır. Lakin paralel olaraq bir çox problemlər də aradan qaldırılmalıdır ki, ixracın stimullaşdırılması ilə bağlı addımlar effekt verə bilsin".

"Bəzi ixracatçılar var idi ki, daxili bazardan topladıqları məhsulları xarici bazara çıxardırdı və daxili bazar amilinə görə şəxs ƏDV ödəməyə məhkum idi. İndi daxili sənədləşmədə 18 faizlik ƏDV ödənilməyəndə bunun ixracat ilə bağlı müəyyən stimullaşdırıcı təsiri olacaq", - deyə ekspert əlavə edib.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Elnur Yusifov bu qərar ilə bağlı şərhində deyib ki, "Malların ixrac qeydi ilə satışı Qaydası"nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır:

"Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydada onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Qaydanın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, Qayda ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə 0 dərəcə ilə cəlb olunur".

Şöbə rəisi qeyd edib ki, bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Qeyd edək ki, bu Qayda Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli qərarı ilə təsdiq edilib. İxrac qeydi ilə satılan mallara Azərbaycan ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

"Malların ixrac qeydi ilə satış qaiməsi"ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur. "Malların ixrac qeydi ilə satış qaiməsi"ndə istehsalçı tərəfindən satılmış malların 3 ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

356
Teqlər:
ekspertlər, Elnur Yusifov, Natiq Cəfərli, stimul, sıfır dərəcə, ƏDV, ixracatçı, ixracat, ixrac
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan ölkədəki hərc-mərcliyi dayandırmaq üçün təklif verdi: “Əsirləri...”

0
(Yenilənib 12:45 29.11.2020)
Paşinyan yazıb ki, daxili fikir ayrılıqları problemin həllini sürətləndirməyəcək. O qeyd edib ki, kimin günahkar olduğu və hansı məsuliyyət daşıdığı hələ gələcəkdə bəlli olacaq

BAKI, 29 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əsirlərin qaytarılması və itkin düşmüşlərin axtarışı məsələlərini tezləşdirmək üçün ölkədəki hərc-mərcliyi dayandırmağa çağırıb.

“Biz ölkədə vəziyyəti tədricən sabitləşdirməliyik, onu daha da qəlizləşdirməməliyik. İndi ən vacib məsələ əsirlərin, itkin düşmüşlərin və potensial olaraq gizlənmiş (hərbçilərin) problemidir və onu tez həll etmək lazımdır”, - Paşinyan Facebook səhifəsində yazıb.

O həmçinin Azərbaycanı nəzərdə tutaraq qeyd edib ki, bizim ölkəmizin nöqteyi-nəzərindən baxanda bu problemin uzanması guya Azərbaycana Ermənistanda qarşıdurmanı dərinləşdirməyə kömək edəcək, bu isə çaxnaşmalara gətirib çıxara bilər.

Paşinyan yazıb ki, daxili fikir ayrılıqları problemin həllini sürətləndirməyəcək. O qeyd edib ki, kimin günahkar olduğu və hansı məsuliyyət daşıdığı hələ gələcəkdə bəlli olacaq. “Ancaq indi biz problemin birgə həllinə kökkənməliyik, bir-birimizlə dava etməyə yox. Buna əminəm”, - Paşinyan yazıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır. 

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

0
Teqlər:
itkin düşənlər, hərbi əsirlər, Nikol Paşinyan, qarşıdurma, Ermənistan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə