Bankir, arxiv şəkli

Bank problemi bitmək bilmir: Bölgələr ac saxlanılır, idxal stimullaşdırılır

741
(Yenilənib 20:43 04.11.2019)
Əhali borc olaraq götürdüyü vəsaitləri avtomobillər, mobil telefonlar, mebel, elektrik cihazları və sair gündəlik tələbat mallarının alınmasına xərcləyir

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Bank sektoru iş adamlarının öz bizneslərini inkişaf etdirmələri üçün borc vəsaitləri vermək əvəzinə, əhaliyə istehlak krediti verməyə üstünlük verir, bununla da malların idxalını və inflyasiya gözləntilərini stimullaşdırır.

Oktyabrın 25-dən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqda qərar qəbul edib. Bu tədbirlər fiziki şəxslərə verilmiş kreditlər üzrə faiz dərəcələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 820 manat təşkil edib. Orta aylıq əməkhaqqı 820 manat olan paytaxt sakinləri üçün borc götürülmüş kreditlər üzrə faiz dərəcələri optimal məqbul vəziyyətə çatıb və demək olar ki, ölkənin regionlarından təxminən 40% çoxdur.

Nəticə etibarilə, bankirlərin kreditlərin 80% -ni paytaxtda qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərə istiqamətləndirməsi təəccüblü deyil.

Ehtiyatlı olun: Mərkəzi Bank saxta pullarla bağlı xəbərdarlıq etdi>>

Daha çox narahatlıq doğuran məsələ götürülmüş borcların 40%-nin istehlak kreditlərinə yönəldilməsidir. Yəni əhali borc olaraq götürdüyü vəsaitləri avtomobillər, mobil telefonlar, mebel, elektrik cihazları və sair gündəlik tələbat mallarının alınmasına xərcləyir.

Azərbaycanda göstərilən bütün mal çeşidləri əsasən idxal olunur və bu da ölkədə inflyasiya gözləntilərini artıra bilər.

Rəsmi statistikaya görə, bu ilin sentyabr ayına olan inflyasiya səviyyəsi 2,5% təşkil edib ki, bu da Mərkəzi Bankın hədəf göstəricisindən 4% aşağıdır.

Bununla bərabər, ölkədə inflyasiya, əhalinin rifah halının yüksəlməsi üçün sosial xarakterli fiskal stimullaşdırma şəraitində daha sürətli templərlə gedə bilər. Maaşların və pensiyaların artması istehlakın artmasına səbəb olan pul kütləsinin çoxalmasına gətirib çıxaracaq. Bu isə ərzağın qiymətlərinin dünya səviyyəsində artımına və inflyasiyaya təkan verəcək.

Əhali üçün nəzərdə tutulmuş istehlak kreditlərinə ayrılan bank-maliyyə vəsaitlərinin iş adamlarına yönəldilməsi daha məqsədəuyğundur. Əks təqdirdə, əldə olan pul kütləsi ilə bazarda olan əmtəənin uyğunsuzluğu məhsul idxalının artımına gətirib çıxaracaq ki, bu da inflyasiyanın yüksəlməsinə səbəb olacaq.

Defisitin idxalın kəskin artırılması hesabına qapadılması cəhdləri valyuta sızmasına, eyni zamanda milli valyutanın - manatın məzənnəsinin sabitləşməsinə səbəb ola bilər.

Bankirlərin iş adamları ilə dialoqunu sürətləndirməyin və son nəticədə ölkədə məhsul istehsalını artırmaq üçün bölgələrdəki sahibkarlıq subyektlərinə kredit verməyə qoyulan əngəlləri aradan qaldırmağın vaxtı gəlib.

Bankirlərin bölgələrdə biznesə yatırım etməsi üçün mövcud problemlərə gəlincə, bura etibarlı müştəri tapmağın müşkül olması (beynəlxalq agentliklərin kredit reytinqinin olmaması), etibarlı girov təminatının olmaması (bölgələrdə daşınmaz əmlakın qiyməti paytaxtla müqayisədə xeyli aşağıdır), sabit kommunikasiya vasitələrinin yaradılmaması (binalar, rabitə) və s. daxildir.

"Əhaliyə istehlak kreditləri verən ayrıca banklar yaradılsın" - TƏKLİF>>

İndiyə qədər mövcud vəziyyəti aradan qaldırmaq üçün bankirlərin oktyabrın 25-də keçirilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bank sektorundakı fəaliyyətin tənzimləyicisi) rəhbərliyi ilə görüşü zamanı bankların strateji planlarına yenidən baxılması qərara alınıb. Yəni bankirlər biznes-kreditlərinin təşviqi üçün banklar tərəfindən kredit yarmarkaları keçirmək məqsədilə təkliflərini ən qısa müddətdə Palataya təqdim etməlidirlər. Bundan əlavə, bölgələrdə bankirlərin problemlərinin həlli istiqamətində Palatanın reqlamentinə bir sıra dəyişikliklər edəcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla əlaqə problemi məsələsində vahid bir yanaşma tətbiq ediləcəyi vurğulanıb.

Hələlik isə bizə yalnız bankirlərin yaxın vaxtlarda bölgələrə gedib-getməyəcəyi və ya iş adamlarının yenidən "ac saxlayan" maliyyə rasionunda qalıb-qalmayacağını gözləmək qalır.

741
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

9
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Fermer taxıl yığır, arxiv şəkli

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə çatır

22
(Yenilənib 23:44 21.10.2020)
2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub

BAKI, 21 oktyabr — Sputnik. Özünüməşğulluq proqramına cəlb olunanlardan 3200-dən çox şəxsə aktivlər verilərək ailə təsərrüfatları yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir. Bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan artıq 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb. 2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.

22

Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz".

0
Rusiya prezidenti Vladimir Putin Valday forumunda onlayn çıxışı zamanı deyib ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz!

BAKI, 22 oktyabr - Sputnik. "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Valday forumunda onlayn çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub. 

“Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır. Bizim üçün orada insanların həlak olması faciədir”, – deyə Rusiya prezidenti vurğulayıb.

0