Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ-ın dövlət borcu rekord rəqəmə çatıb

© AFP 2023 / EVA HAMBACHПроизводство банкнот, фото из архива
Производство банкнот, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırkı Prezident Donald Trampın vəzifələrini yerinə yetirməyə başladığı vaxt borc 19,9 trilyon dollar olub.

BAKI, 3 noyabr — Sputnik. ABŞ-ın dövlət borcu rekord göstəriciyə çataraq 23 trilyon dollar təşkil edib. Sputnik Azərbaycan bildirir ki, bunu Birləşmiş Ştatların Maliyyə Nazirliyi xəbər verib.

Dövlət borcunun artması Prezident Donald Trampın hakimiyyətdə olduğu dövrdə müşahidə olunmağa başlayıb. Belə ki, 2017-ci ildə onun prezident vəzifələrini yerinə yetirməyə başladığı vaxt borcun həcmi 19,9 trilyon dollar olub.

2019-cu ildə büdcə defisiti 3 trilyon dollar səviyyəsində dayanıb. Trampın 2017-ci ildən həyata keçirdiyi vergi siyasəti gələcək on illər ərzində büdcə defisitini 2 trilyon dollar artırmalıdır.

Bir müddət öncə, Amerikanın "AllianceBerstein" investisiya şirkətinin analitikləri də ABŞ-ın dövlət borcunu hesablayıblar. Onlar qeyd edirlər ki, bu il dövlət borcu göstəricisi iqtisadiyyatın ümumi həcminin 1832 faizini təşkil edib. Onların bildirdiyinə görə, 2026-cı ilədək dövlət borcu 30 trilyon dollaradək arta bilər.

Xəbər lenti
0