Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pensiyaçılar sevindirilə bilər, daha hamı 65 il gözləməli olmayacaq

CC0 / sabinevanerp / seniorsPensiyaçı qadın, arxiv şəkli
Pensiyaçı qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert qanundan şikayət etdi: "2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər çox sərt olub"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. "Pensiya islahatları çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər. Pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün təhlillər aparılmalıdır. Bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra məlumat veriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, hazırda əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır.

Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gözünüz aydın - Minimum pensiya artdı

Müəyyən şəxslərin vaxtından əvvəl pensiya ala bilməsi ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, mövcud "Əmək pensiyaları haqqında" qanunda ağır fiziki işlərlə məşğul olanlar və yaxud müxtəlif dövlət qulluğu sahəsində çalışanlar üçün güzəştlər nəzərdə tutulub və onlar üçün pensiya yaşı fərqlidir: "Ola bilsin, burada söhbət nəzərdə tutulmayan kateqoriyalardan və hallardan gedir. Qanunvericilikdə bəzi kateqoriyalar üçün fərqli stajların müqabilində ayrı-ayrı yaşlarda pensiyaya çıxma imkanları yaradan məqamlar var. Ümumiyyətlə, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikdən sonra pensiya yaşının 65-ə çatdırılması əmək pensiyasına əlçatanlığı azaldıb. Çünki Azərbaycanda faktiki olaraq bu gün pensiyaya müraciət edən şəxslər üçün orta ömür müddəti 71 ildir. Bu isə o deməkdir ki, təxminən gözlənilən orta pensiya dövrü 72 ay (6 il) olur. İndiki şərtlər daxilində rəsmi olaraq gözlənilən orta pensiya dövrü isə 144 aydır, yəni 12 ildir. Ola bilsin bu məqamlar nəzərə alınaraq əhalinin müəyyən sosial qrupları üçün daha erkən pensiyaya çıxma imkanlarının yaradılması il bağlı dəyişikliklər edilsin".

Onun sözlərinə görə, məsələn, 2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilərkən dövlət sektoruna aid müxtəlif sahələrdə çalışanların pensiyaya çıxması üçün müəyyən staj artırmaları müşahidə olunub: "Yəni 15 ildən sonra pensiyaya çıxa bilənlərin stajının 25 ilə, 25 ildən sonra pensiyaya çıxa bilənlərin stajının 35 ilə artırılması müşahidə edilib. Amma bu məsələ yenidən müzakirə mövzusuna çevrilib. Pensiyaya çıxmaq üçün tələb olunan stajın artırılması bəzi qurumlarda işçi təminatı ilə bağlı müəyyən problemlər yaradır. Çünki insanlar uzun müddət bu sahələrdə fəaliyyət göstərə bilmir. Ona görə müzakirələr aparılır ki, müəyyən sahələrdə, xüsusilə prokurorluq sahəsində pensiyaya çıxma şərtlərində yenidən əvvəlki qaydalar tətbiq olunsun və s. Bu məqamlar da ola bilər".

"Yaxud da çoxuşaqlı analar ilə bağlı müəyyən düzəlişlərin edilməsinə ehtiyac var, çünki pensiyaya çıxma şərtlərində yeni qaydalar faktiki olaraq bu imkanları məhdudlaşdırıb. Amma əvvəlki qaydalarda isə bunun üçün şərait yaradılırdı. Ola bilsin bu məqamlar da nəzərə alınacaq", – deyə ekspert qeyd edib.

O əlavə edib ki, ümumiyyətlə, 2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər çox sərt olub: "Həmin il qanun layihəsi hazırlanarkən dövlətin azalan gəlirləri fonunda işlər görülürdü. Amma indi isə fiskal gəlirlərdə sabitləşmə gedib, neftin qiyməti normaldır və ola bilsin bu sahədə yumşalmalar olsun".

Bankomatın ekranında çekin bitməsi barədə xəbərdarlıq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Faizsiz pensiya problemi: "Bütün bankomatları prosesə cəlb etmək lazımdır"
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Həmin qanunda "Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər" adlı 9-cu maddə var. Həmin maddədə məsələn, deyilir ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Xəbər lenti
0