Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avtomobil idxalı 2 dəfəyə yaxın artıb

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 89,5% artıb

BAKI, 16 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30 908 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 88,6% çoxdur.

Tuneldə hərəkət edən avtomobillər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Satıcı fəryad edir, alıcı da dad çəkir, amma alan da var, satan da

Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 89,5% artıb.

Bundan başqa, yanvar-sentyabrda ölkəyə 2 597 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 72,3% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 371 ədəd (artım təxminən 3,4 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 115 ədəd (artım 35,3%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Xəbər lenti
0