Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sabah böyük gündür: Pullarınız qaytarılacaq

© AFP 2023 / FABRICE COFFRINIНадпись «Банк» на каменных плитах, фото из архива
Надпись «Банк» на каменных плитах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert vətəndaşlara tövsiyə edib ki, banklarda yalnız qorunan əmanətlər saxlasınlar. Faiz dərəcəsini aşağı etsinlər, amma əmanətləri qorunan olsun

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Gələn həftədən bağlanmış banklardakı 17 min manatadək qorunmayan əmanətlərin qaytarılmasına başlanılır.

Ləğv prosesində olan "Atrabank" ASC", "Royalbank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, QSC "Bank Standard" KB, "Yunayted Kredit Bank" ASC, "Texnikabank" ASC, "Dəmirbank" ASC və "Gəncəbank" ASC-də fiziki şəxslərin 17 000 manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank" ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq. Fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı "Kapitalbank" ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) Sputnik Azərbaycan-a məlumat verilib.

Кошелек с деньгами - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qorunmayan əmanəti almaq üçün hansı banka müraciət etmək lazımdır?

Əmanətlərin qaytarılması ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, ləğv prosesində olan banklarda 17 min manatadək və yaxud 10 min dollaradək qorunmayan əmanəti olan fiziki şəxslərin pulları qaytarılacaq: "Bu, 17 min manatdan çox olan qorunmayan əmanətlərə aid deyil. Bunun üçün 6 milyon manatdan çox vəsait ayrılıb. Bu da o deməkdir ki, insanların həmin banklarda qalan pulu çox azdır. Məsələn, bu, müflis elan olunan "Bank Standard"da 16 min əmanətçini əhatə edəcək. Fərz edək ki, əgər 6 milyon manatın hamısı ancaq "Bank Standard"ın əmanətçilərinə verilsə, bu, adambaşına 375 manat edir. Elə əmanətçilər var ki, bankda 500 manatı qalıb, 100 manatı qalıb. Bu da banklarda qalan əmanətlərin çox cüzi hissəsini təşkil edir, yəni əksər əmanətlərin məbləği daha çoxdur".

"Amma daha yaxşı olardı ki, hər bir əmanətçiyə 17 min manat və yaxud 10 min dollar məbləğində pul qaytarılsın. Məsələn, fiziki şəxsin bankda 17 min 100 manat əmanəti qalıbsa, ona aid edilmir. Daha ədalətli olardı ki, belə əmanəti qalan fiziki şəxslərin də pulu qaytarılsın. Müflis elan olunan banklarda pulu qalan digər əmanətçilər də pullarının qaytarılması üçün fəal olmalıdırlar", - deyə o bildirib.

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vətəndaşların banklardakı əmanətləri azalır - Ekspert səbəbi açıqladı

Ekspert qeyd edib ki, bank müflis olanda Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri öz hesabına qaytarmalıdır, yəni vətəndaş tam əmindir ki, onun pulu qaytarılacaq: "Amma qorunmayan əmanətlər isə bankın öz hesabına qaytarılmalıdır. Yəni müflis olmuş bankın daşınar və daşınmaz əmlakı satılmalı, onun verdiyi kreditlər qaytarılmalı, yəni bütün aktivləri pula çevrilməli və ondan sonra o bankın bütün kreditorları, o cümlədən qorunmayan əmanətçiləri arasında mütənasib qaydada bölünməlidir. Amma hər bir halda müflis olan bankda qorunmayan əmanət tam qaytarılmır. Çünki müflis olan bankın əmlakı, verdiyi kreditlərin hamısı bütün kreditorların tələblərinə cavab verməyə kifayət etməyəcək, amma müəyyən qədər qaytarmalıdır. Bu zaman ƏSF bankın əmlakını açıq hərraca çıxarmalı, baha qiymətə satmalıdır və s. Və bunun hesabına qorunmayan əmanətləri qaytarmalıdır".

"Beynəlxalq təcrübədə müflis bankın ləğvedicisini o bankın kreditorları özləri təyin edir, onun işinə nəzarət edirlər. Bizdə isə bankların ləğvedicisi ƏSF-dir və bu, sırf banklara münasibətdə belədir. Yəni ölkəmizdə banklar istisna olmaqla digər şirkətlərdə ləğvedicini xarici təcrübəyə uyğun olaraq kreditorlar təyin edirlər",- deyə o qeyd edib.

UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Azərbaycanda problemli kreditlərin həcmi niyə artır - professor danışır

Ekspert vətəndaşlara tövsiyə edib ki, banklarda yalnız qorunan əmanətlər saxlasınlar: "Fərq faiz dərəcəsindədir, yəni faiz dərəcəsini aşağı etsinlər, amma əmanətləri qorunan olsun. Qorunmayan əmanət saxlamasınlar. Amma hazırda əhalinin çoxu banklarda qorunan əmanət saxlayıblar. Qorunmayan əmanət saxlayanlar isə daha böyük faizin ardınca qaçırlar, amma belələri çox deyil".

Ekspert onu da əlavə edib ki, əmanətin qorunma faizləri dəyişirsə, insanlar bunu diqqətdə saxlamalıdırlar.

İqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb ki, ilkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq: "Müflisləşən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi. Təşkilatımız - İqtisadi və Sosial İnkişaf Mərkəzi differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir".

Xəbər lenti
0