Neft buruğu, arxiv şəkli

ABŞ söz verdi: Neft ucuzlaşacaq

15
(Yenilənib 10:05 10.10.2019)
İlin sonuna qədər "Brent" markalı neftin bir barelinin qiyməti 59 dollar səviyyəsində qalacağı, lakin gələn ilin ikinci rübündən etibarən 57 dollara enəcəyi qeyd olunur

BAKI, 10 oktyabr — Sputnik. ABŞ Energetika Nazirliyinin müvafiq departamentinin rəsmi saytında dərc olunan proqnoza görə, qısa müddətdə neftin qiymətlərinin enməsi gözlənilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, ilin sonuna qədər "Brent" markalı neftin bir barelinin qiyməti 59 dollar səviyyəsində qalacağı, lakin gələn ilin ikinci rübündən etibarən 57 dollara enəcəyi qeyd olunur. Nazirlik bu cür dəyişiklikyin səbəbini qara qızılın payının dünya ehtiyatlarında artması ilə izah edir.

Departamentin proqnozuna əsasən, 2020-ci il üçün orta qiymət təxminən 60 dollar təşkil etməlidir.

15
Bağlamalarla dolu torbalar, axiv şəkli

Azərbaycandan ən çox mal Rusiyaya ixrac edilib

6
(Yenilənib 23:30 02.12.2020)
2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı (17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

BAKI, 2 dekabr — Sputnik. 2020-ci ilin oktyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 162,8 milyon ABŞ dolları təşkil edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında deyilir.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib.

Bu ilin oktyabr ayında qeyri-neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 milyon ABŞ dolları), Türkiyəyə (33,5 milyon ABŞ dolları), İsveçrəyə (10,7 milyon ABŞ dolları), Gürcüstana (9,5 milyon ABŞ dolları) və ABŞ-a (5,4 milyon ABŞ dolları) ixrac edilib.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma ( 19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı ( 17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

6
Biznesmen, arxiv şəkli

Özəl sektor üçün yeni investisiya imkanları yaranıb

12
(Yenilənib 00:08 03.12.2020)
Avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub.

BAKI, 2 dekabr — Sputnik. İşğaldan azad edilən şəhər və rayonlarımızda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri inşa olunacaq. Həmçinin texniki qulluqların aparılması sahələri, yanacaqdoldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib: "Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisiya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq.

Bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədləri hazırlanır. Azərbaycan Respublikasında işğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondu, burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır".

12
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT