Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Oqtay Əsədov: "Ölkəmizdə əlverişli investisiya mühiti var"

22
(Yenilənib 16:59 09.10.2019)
"Ölkəmiz onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu böyük olub"

BAKI, 9 oktyabr — Sputnik. Oktyabrın 9-da Milli Məclisin sədri Oqtay Əsədov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, spiker Azərbaycanla İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyib: "Ölkəmiz onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu böyük olub. Hər iki ölkə prezidentlərinin müxtəlif dövrlərdə qarşılıqlı səfərləri, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. İndiyədək ölkələrimiz arasında 23 sənəd imzalanıb".

"Ölkəmizdə əlverişli investisiya mühiti var. 1995-ci ildən bu günədək İsveçrə tərəfindən Azərbaycana 860 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda Azərbaycanda 60 İsveçrə şirkəti fəaliyyət göstərir. Bu ölkənin "Holcim" şirkəti ölkənin daxili bazarında uğurla fəaliyyət göstərir. İsveçrənin "Stadler Rail" şirkəti ölkəmizdə qatar istehsalı və təmiri zavodunun tikintisində iştirak edir", - deyə spiker bildirib.

Sədr qeyd edib ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil edib: "Cari ilin yanvar-avqust ayları ərzində bu göstərici 1 milyard 300 milyondan artıq olub. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin işə düşməsi ilə ölkəmiz həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrilib".

Görüşdə sədr vurğulayıb ki, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımızın qarşılıqlı səfərləri parlamentlər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərir.

Söhbətdə qeyd edilib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz inanırıq ki, bu münaqişə tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında öz ədalətli həllini tapacaq.

Jan-Rene Furniye ölkəmizə ilk səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını söyləyib: "İsveçrə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır. Parlamentlər səviyyəsində münasibətlərin genişlənməsi ümumi məqsədlərə xidmət edir. Bu sahədə əldə edilən uğurlar xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, iqtisadi, mədəni əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir".

Qonaq İsveçrənin Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrini dəstəklədiyini qeyd edərək, ölkənin müstəqillik illərində qazandığı uğurları yüksək qiymətləndirib.

22
Turistlər Bakıda suvenir mağazasında, arxiv şəkli

Azərbaycanın turizm potensialı indi belə tanıdılır

3
(Yenilənib 19:33 04.06.2020)
Azərbaycanın turizm imkanları haqqında olan vebinarlara yüksək maraq göstərildiyindən iyun ayı üçün yeni vebinarlar təşkil olunacaq. Bundan əlavə, xarici bazarlarda olan turizm tərəfdaşları ilə 54 onlayn görüş təşkil olunub.

BAKI, 4 iyun — Sputnik. Azərbaycan Turizm Bürosu tərəfindən dünyada yaranmış cari vəziyyət nəzərə alınaraq Azərbaycan haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi məqsədilə keçirilən onlayn vebinarlar və görüşlər davam etdirilir. May ayı ərzində Azərbaycan Turizm Bürosu tərəfindən Hindistan, Çin, Cənubi Koreya, BƏƏ, İsrail, Rusiya, Belarus, Ukrayna, Polşa, Almaniya, Avstriya, İsveçrə və bir sıra digər Avropa ölkələrindən olan turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə 30 vebinar təşkil edilib.

Beynəlxalq turizm şirkətləri üçün ölkənin turizm məhsulları, yeni marşrutlar, Bakı və regionlarda fəaliyyət göstərən otellər, istirahət mərkəzləri barəsində məlumatların verildiyi vebinarlara 1300-dən çox iştirakçı qatılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Turizm Bürosundan verilən məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycanın turizm imkanları haqqında olan vebinarlara yüksək maraq göstərildiyindən iyun ayı üçün yeni vebinarlar təşkil olunacaq. Bundan əlavə, xarici bazarlarda olan turizm tərəfdaşları ilə 54 onlayn görüş təşkil olunub.

Almaniya, Avstriya, İsveçrə, Böyük Britaniya, İtaliya, Niderland, Polşa, Hindistan, Çin, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan kimi 17 ölkədən olan tur operatorlar və turizm şirkətləri ilə dünya turizm sənayesində olan cari vəziyyət, gələcək əlaqələr, post-pandemiya dövründə atılacaq ilkin addımlar və digər mövzular müzakirə olunub.

Eyni zamanda beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə təlimlər keçilirməsi məqsədini daşıyan Azərbaycan haqqında "E-öyrənmə" onlayn təlim platforması (elearning.tourismboard.az) üzərindən fəaliyyət də davam etdirilir.

Platforma vasitəsilə Almaniya, Avstriya, Belçika, İtaliya, Niderland və bir çox Avropa ölkələri, BƏƏ, Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələri, Hindistan, Şri-lanka, Yaponiya kimi Asiya ölkələri, İsrail, Pakistan və bir sıra Yaxın Şərq ölkələri, Rusiya, Gürcüstan, İran və Azərbaycan da daxil olmaqla indiyədək 32 ölkədən 472 nəfər qeydiyyatdan keçərək "Azərbaycan turizmi üzrə ekspert" statusunu qazanıb və müvafiq sertifikat əldə ediblər.

Təlimlər Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, alman irsi, yəhudi irsi, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, həmçinin ölkənin mədəni irsi kimi bir neçə moduldan ibarət olmaqla müxtəlif mövzuları əhatə edir.

3
Əlaqədar
Yayda otellərdə yer tapılmayacaq? - Söhbət tək pulda və çoxluqda deyil
Mövsüm başlamamış xoş olmayan xəbər özünü yetirib: Turizm xərcləri daha da artacaq
Xaricə çıxış olmayacaq deyə, gözlər daxilə dikilib: Məhdudiyyət tələbatı artıracaq
Onlara şərait yaradılması əlavə turist deməkdir - Və ya İstanbul ola biləcəyikmi
Yeni marşrutlar, sərfəli qiymət, yüksək keyfiyyət - yuxu deyil, Azərbaycanda olacaq
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti neçəyə satılır?

9
"Brent" markalı neftin qiyməti 0,49 dollar geriləyərək 39,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar ucuzlaşaraq 36,59 dollar təşkil edib

BAKI, 4 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,17 dollar artaraq 40,45 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,49 dollar geriləyərək 39,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar ucuzlaşaraq 36,59 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Anna Popova, arxiv şəkli

Rospotrebnadzor-un rəhbəri: "Yeni pandemiya qaçılmazdır"

4
(Yenilənib 23:49 04.06.2020)
Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

BAKI, 4 iyun — Sputnik. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri (Rospotrebnadzor) Anna Popova yeni pandemiya qaçılmaz hesab edir. Bu barədə Sputnik Azərbaycan RBK-ya istinadən xəbər verir.

Popovanın sözlərinə görə, koronavirusla mübarizə təcrübəsi gələcək addımların alqoritmini araşdırmağa imkan verir.

O bildirib ki, yeni növ pandemiyanın meydana çıxması "bu və ya digər formada tamamilə aydındır". Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

Bir sutka ərzində Rusiyanın 84 regionunda 8536 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 178 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 432277-yə çatıb. Rusiyada pandemiya yayılandan 5215 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8972 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 195957-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,3 milyonu keçib, 380 mindən çox adam isə virus səbəbilə ölüb.

4
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir