Pomidor yığımı, arxiv şəkli

Üz ağardan "qırmızı": belə getsə, pomidor nefti geridə qoyacaq

861
(Yenilənib 19:11 08.10.2019)
"Təkcə Rusiyada ildə təxminən 4-5 milyard dollarlıq pomidor satılır. Bu bazardan Azərbaycan ən az 10 faiz pay götürə bilsə, yüz milyonlarla dolların hər il ölkəmizə daxil olmasını təmin etmək olar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. "Azərbaycanda istixana sahələrinin artırılması mövsümdən sonrakı dövrdə pomidor satışını mövsümə uyğun olan qiymətlərlə təmin etmək imkanı verir". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, hazırda ölkəmizdə həm istixana sahələrinin, həm də açıq sahələrin genişləndirilməsi pomidor istehsalının və ixrac həcmlərinin artırılmasına imkan yaradır:

"Ölkədə pomidor mövsümünün iki həftə gec başlanması mövsümün hazırda da davam etməsinə səbəb olub, bu da qiymətlərin aşağı düşməsinə imkan yaradıb. Hazırda qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə 30-40% aşağıdır".

İstixanaların artırılmasının pomidorun qiymətinə təsiri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, məhsulun bol olması daha yaxşıdır: "Əgər Azərbaycanda məhsul bol olacaqsa, deməli, ixracat potensialı da artacaq. Pomidor ölkəmizin qeyri-neft sektoru ixracatında lider rolundadır. İstixanaların artması keyfiyyətli və daha bol məhsulların yetişməsinə səbəb olacaqsa, mövsümdən asılı olmayaraq pomidor ixracatının artmasına da səbəb olacaq".

O bildirib ki, daxili bazarda pomidorun qiymətinin aşağı düşməsi və yaxud tənzimlənməsi yaxşı haldır: "Pomidor əhalinin istehlak etdiyi əsas kənd təsərrüfatı məhsul növlərindən biri olduğu üçün qiymətlərin aşağı düşməsi Azərbaycanda istehlakı da artıracaq. Bu da ticarət dövriyyəsinin və satış həcminin artması baxımından normaldır. Ən əsası, ixracat potensialının artmasına da kömək edəcək. Çünki ətraf ölkələrdə, o cümlədən Rusiya, Orta Asiya bazarlarında, Ukraynada Azərbaycan pomidorlarını kifayət qədər yaxşı tanıyırlar. Biz məhsul bolluğu əldə etsək, ixracatı daha da artırmaq mümkündür".

Ekspert qeyd edib ki, təkcə Rusiyada ildə təxminən 4-5 milyard dollarlıq pomidor satılır: "Buraya Orta Asiyanı, Ukraynanı da əlavə etsək, böyük bazar yaranır. Bu bazardan Azərbaycan istehsalçıları ən azı 10 faiz pay götürə bilsələr, yüz milyonlarla dolların hər il ölkəmizə daxil olmasını təmin etmək mümkün olar".

Yaşamaq əmri: Azərbaycandakı "Pomidor işi" İspaniyada seçkilərə necə təsir edib>>

"Daxili bazarda ciddi şəkildə pomidorun qiymətinin enməsinin şahidi olmadıq. Hətta təxminən noyabr ayından başlayaraq yeni il qabağı qiymətlərin artımını da müşahidə edəcəyik", - deyə o əlavə edib.

İqtisadçı-ekspert Fuad İbrahimov isə Sputnik Azərbaycan-a deyib ki, ixrac olunan pomidorun daxili bazara elə də ciddi təsiri yoxdur:

"İxrac olunan pomidorların yetişdirilməsində fərqli metodlardan istifadə olunur və demək olar ki, daxili bazarlarda istifadəyə getmir. Bu baxımdan ixrac olunan pomidorların qiymət əmələgəlmə prosesinə təsiri yoxdur. Digər tərəfdən, kəndlilər tərəfindən topdansatış mərkəzlərinə gətirilən pomidorun qiyməti stabildir. Bu gün bazarlarda kifayət qədər ucuz pomidor tapmaq olur".

"Marketlər ilə bazarlar arasında pomidorun qiymətində fərq olur. Kəndlilər tərəfindən topdansatış mərkəzlərinə gətirilən pomidorun qiyməti ilə marketə gətirilən məhsulun qiyməti arasında kifayət qədər fərq yaranır. İstənilən məhsul aşağı qiymətlə bazarlarda mövcuddur və məhsulu ucuz qiymətə bazarlardan almaq olar", - deyə o qeyd edib.

861
Teqlər:
qeyri-neft sektoru, ixrac, istixana, pomidor
Əlaqədar
Bazarlarda qiymətlər düşəcək: Köməyə çinlilər gəlir
İqlim dəyişikliyi Azərbaycanı da "vurdu": insanlar üzərində də stres amili güclənib
"Noyabrdan qiymətlərin dəyişməsinin şahidi olacağıq"
"İstixana effekti" bu dəfə iqlimə yox, fermerlərimizin cibinə zərbə vura bilər
Kassir dollarları sayır, arxiv şəkli

Əhalinin dollar ajiotajının səbəbi nədir proses necə nəticələnəcək?

212
(Yenilənib 06:34 05.12.2020)
Ekspert: "Əhalinin nağd dollar alışında ən böyük artım mart-aprel aylarında qeydə alınıb. Yəqin yanvar ayında əhalinin nağd dollar alışında azalma qeydə alınacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Bu ilin oktyabr ayında Azərbaycanda banklar tərəfindən əhaliyə 204 milyon 196 min nağd dollar satılıb. Sputnik Azərbaycan Mərkəzi Bankın statistikasına istinadla xəbər verir ki, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda əhali nağd dollar alışını 31 milyon 543 min dollar və ya 18,3% artırıb. Bu ilin 10 ayında isə əhalinin nağd dollar alışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,7% artıb.

Bəs, nağd dollar alışının artımının səbəbləri nədir və bu proses davam edə bilərmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, əhalinin nağd dollar alışında ən böyük artım mart-aprel aylarında qeydə alınıb: "Həmin vaxt neftin qiymətinin kəskin düşməsi ilə bağlı qonşu ölkələrdə milli valyutalar ucuzlaşmağa başlayıb və bu, Azərbaycanda da gözlənti effekti yaradıb. Həmin dövrdə ölkədə ən böyük valyuta satışı həyata keçirilib və 10 aylıq göstəricilərə ən çox təsir edən mart-aprel aylarında satılan valyutanın həcmi olub. Ona görə də ümumi trend müəyyən gözləntilərlə bağlı olub".

O bildirib ki, noyabr ayında da əhalinin dollar alışında artım qeydə alınacağı gözlənilir: "Bu da yeni il qabağı ticarətin və sifarişlərin canlanması ilə əlaqədardır. Çünki son illərin rəqəmlərinə baxsaq, görəcəyik ki, oktyabr-noyabr aylarında valyuta alışlarında həmişə artım müşahidə olunur. Əvvəllər nağd dollar alışında artım həm də xarici səfərlər ilə əlaqəli idi, lakin indi sərhədlər bağlıdır. Çox güman ki, bu, sifarişlərin artması ilə bağlı olacaq".

Ekspert bildirib ki, yeni il qabağı tələbatın artımına uyğun olaraq ölkəyə gətirilən məhsulların çeşidi və həcmi artır: "İlin sonuna yaxın fiziki və hüquqi şəxslərin valyuta ehtiyacı artır. Son illərin göstəriciləri bunu deməyə əsas verir ki, yəqin yanvar ayında əhalinin nağd dollar alışında azalma qeydə alınacaq. Amma əsas məsələ ondan ibarətdir ki, hələ də manatın gələcək məzənnəsi ilə bağlı gözlənti var. Bu gözləntilər qaldıqca, yəni məzənnənin dəyişmə ehtimalı qaldıqca valyutaya tələbat artacaq və insanların əlində olan valyutanın satışında da azalma müşahidə olunacaq".

"Gələn ilin büdcəsinin xərc hissəsində ciddi artım müşahidə olunacaq. İşğaldan azad edilmiş torpaqların təhlükəsizlik təminatı, minaların təmizlənməsi, infrastrukturun qurulması ilə bağlı əlavə vəsaitə ehtiyac yaranacaq. Əlavə vəsaitin mənbəyi Neft Fondudur. Pandemiya ilə əlaqədar kəskin şəkildə vergi və yaxud gömrük daxilolmalarının artması gözlənilmir. Ona görə də büdcəyə əsas vəsaitin transferti üçün yenə Neft Fondunun vəsaitlərindən istifadə olunacaq" - deyə o əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, nağd dollar alışının artmasının ilk səbəbi psixoloji amildir: "Türkiyədə və digər ölkələrdə devalvasiya gedir və ona görə də likvidlik kimi dollara müraciət edirlər. Nağd dollar alışının artmasının digər səbəbi idxalın artmasıdır. Son dövrlər məsələn, avtomobil idxalı artıb. İdxal artırsa, deməli sosial durumda dirçəlmə var. İnsanların sosial vəziyyəti düzəldikcə idxal olunan məhsullara daha çox müraciət edirlər. Çünki bəzi məhsullar ölkədə istehsal edilmir. Digər tərəfdən neftin qiyməti azalıb. Bundan başqa, yeni il qabağı alış-veriş artır və bu da nağd dollar alışına təsir edir. Bu hal isə sosial vəziyyətin yaxşı olduğunu göstərir".

"Azərbaycanda devalvasiya təhlükəsi yoxdur. Biz artıq ağır dövrü keçdik. Bu gün neftin qiyməti stabildir və hazırda bizim iqtisadiyyatımız daha yaxşıdır" - deyə ekspert bildirib.

Onu da qeyd edək ki, əhalinin banklara satdığı nağd dolların həcmi isə azalıb. Belə ki, bu ilin oktyabr ayında əhalinin banklara satdığı nağd dolların həcmi 86 milyon 252 min dollar olub. Bu da bu ilin sentyabr ayı ilə müqayisədə 32 milyon 761 min dollar və ya 27,5% azdır.

212
Məmur tibbi əlçəklə, arxiv şəkli

Qaydalara əməl etməyən sahibkarlar sahibkarlıq subyektlərinin adları açıqlandı

12
Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Agentlikdən aparılan reydlərlə bağlı Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev ev 90D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus "Kaktus" restoranı, Nizami Rayonu, Qara Qarayev pr. ev.69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus "Ləzzət dönər" evi, Nəsimi rayonu, Alı Mustafayev 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr ev.10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus "Cıdır Düzü" restoranı, Yasamal rayonu, Şərifzadə ev.2 M. ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus "Quzu Təndir" restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev ev.19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus "Nutelland" kafesi, hüquqi şəxs "Nabikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Chef Baku" kafesi, Yeni Günəşli qesəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəs., keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden" kafesi, Həsən Əliyev, ev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəs., R. Allahverdiyev 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid pr. ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "Şaurma №1" restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.24a ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.7 M. ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus "Rəmiş" kafesi;

Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər" kafesi, 9-cu mkr ünvanında yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus "Hicaz Dönər" kafesi, 13-cü mkr ünvanında yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea" kafesi, Səməd Vurğun ev.25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan" çay evi, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad" kafesi, 3 mkr. Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər" kafesi, 34-cü məh. ünvanında yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab" kafesi, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar" kafesi, 40-cı məh. ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar" kafesi;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı" kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə" kafesi, Xırdalan şəh., H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafesi, Buzovna ştq ev.342 M. ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus "Sherlocks" kafesi;

Digər şəhər və rayonlar üzrə:

Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai ev.0 M.0 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi ev.315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana;

Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küç., ev.30 M. ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

12
Teqlər:
Nəsimi rayonu, Bakı şəhəri, sahibkarlıq subyektləri
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

0
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0