Tarlanı şumlayan traktor, arxiv şəkli

Əkinçi çətin durumda: həyat qədər dəyərli nemət zərər verməyə başlayıb

639
(Yenilənib 16:29 05.10.2019)
Şor kanallar lil və yaranmış yaşıl örtükdən təmizlənmədiyinə görə ildən-ilə torpaqlarda şoranlaşma artır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Bərdənin Mustafaağalı kəndində sakinlər qrunt sularının qaynamasından şikayətlənirlər. Buna da səbəb sovetlər dövründə qurulmuş yeraltı drenaj sisteminin mühafizə olunmaması, kortəbii şəkildə həmin qurğuların məhv edilməsi olub. 

Bununla yanaşı, qrunt sularını axıdacaq kanallar da təmizlənmir. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakinləri durumu izah ediblər.

Kənd sakini Əsli Muradova istifadəsində olan 7 ha torpaq sahəsini əkib-becərə bilmədiyini deyir: "İldən-ilə torpağımızın içərisində qaynayan qrunt suyu bir az da artır. Nə əkiriksə, xeyrini görmürük. Ötən illər pambıq əkirdik. Traktor pambıq kollarını becərmək üçün sahəyə daxil olanda batıb, orada qalırdı. Yığımında da belə olurdu. Bu il daha yüngül texnikadan istifadə edərək, ümid bağlayırdıq ki, yonca becərməklə, bəlkə, torpağımızdan istifadə edə bilərik. Ancaq yenə də səpdiyimiz yonca toxumundan bəhrə görmədik. Mart ayında 2000 manat pul verib, yonca toxumu səpmişdik, torpağa. İndi o toxumdan heç nə qalmayıb. Yonca yoxdur. Sahəni şor torpaqda bitən ot-ələf basıb".

Bərdənin Mustafaağalı kəndində əkin sahələrində qrunt suları  qaynayır
© Sputnik / Musa Muradli
Bərdənin Mustafaağalı kəndində əkin sahələrində qrunt suları qaynayır

Şəhid anası Əsli Muradova Bərdədə yerləşən Qarabağ Meşə Meliorasiya İdarəsinə müraciət etsə də, problemin həlli üçün addım atılmayıb.

"Bizim sahələrdə qrunt sularının artması şor kanallarının təmizlənməsi, drenaj quyularının bərpası istiqamətində işlərin görülməməsi ilə bağlıdır. Müraciət etdiyim idarədən gəlib sahəni gəzib, gediblər. Sonra da bir məktub göndəriblər ki, sizin torpağın ərazisində qaynayan qrunt suyunun drenaj kanallarıyla heç bir əlaqəsi yoxdur. Belədirsə, əvvəllər niyə bu problem olmayıb? Ona görə ki, qabaqlar drenaj kanallarında vaxtlı-vaxtında təmizləmə işləri aparılır, qulluq göstərilirdi. İndi isə bu kanalların qarşısını torpaqla doldurub, qrunt sularının axımına mane olmaqla nasoslar vasitəsilə suvarma işləri aparırlar. Belə kortəbii hərəkətlər isə məhsuldar torpaqların məhvinə səbəb olur", - deyə Ə.Muradova bildirib.

Yeni qurum fermerləri ağ günə çıxara biləcəkmi?>>

Kənd sakini Zabil Mehrəliyev də qrunt sularının qaynamasından zərər çəkib: "Belə getsə, bir neçə ildən sonra istifadə etdiyimiz torpağımız əkinə yaramayacaq. İldən-ilə problem dərinləşir. Meliorasiya və Su Təsərrüfatı İdarələri isə heç bir iş görmürlər. Seyrçi mövqe nümayiş etdirirlər. Müraciətlərə cavabları problemin məsuliyyətindən yayınmaqdır. 100-150 metrlik kanalda təmizləmə aparmaqla hesab edirlər ki, üzərlərinə düşən işi görüblər. Ancaq drenaj kanallar şəbəkəsi həmin 100-150 metrlik kanaldan ibarət deyil. Bütünlüklə kanallar təmizlənməlidir. Meliorasiya tələblərinə uyğun zəruri tədbirlər görülsə, heç şübhəsiz ki, qrunt suları qaynamaz".

Digər kənd sakinləri Maarif Seyidov, Zaur Musayev, Azər Mehrəliyev də kanalların təmizlənmədiyini, nəticədə qrunt sularının onların təsərrüfatlarına ziyan vurduğunu bildiriblər.

Şor kanallar lil və yaranmış yaşıl örtükdən təmizlənmədiyinə görə ildən ilə torpaqlarda şoranlaşma artır
© Sputnik / Musa Muradli
Şor kanallar lil və yaranmış yaşıl örtükdən təmizlənmədiyinə görə ildən ilə torpaqlarda şoranlaşma artır

Ekoloq alim, "Ekoloji İnformasiya" İB-nin sədr müavini Xosrov Musayev hazırda qrunt sularının torpağın səthinə çıxmasını torpaqların şoranlaşması üçün ciddi təhlükə adlandırıb: "İldən-ilə bu problem genişlənir. Heç şübhəsiz ki, bu da drenaj kanalları və yeraltı drenaj quyularının sıradan çıxması ilə bağlıdır. Drenaj kanalları təmizlənmədiyindən qrunt suları üst qatdan aşağı doğru sorulub axa bilmir. Suvarma suları torpağa düşdükdə isə özünə yol tapa bilməyən qrunt suyu qaynamağa başlayır. Tərkibi duzlu olduğuna görə torpaqların da şorlaşması baş verir. Bu da tədricən yararlı torpaqların sıradan çıxmasına səbəb olur".

Bazarın dəbə düşən bəlası: otun qiyməti qalxdısa, ətdən əlini üz - FOTO>>

Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Anar Rzayev isə drenaj kanallarının dərin olduğunu, ona görə də təmizlənməsinə ehtiyac olmadığını deyir. O, ərazidə qaynayan suların drenaj kanalları ilə hər hansı bir bağlılığının olmadığı qənaətindədir.

Ümid edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-də yaranmış vəziyyət nəzarətə götürüləcək. Fermerlərə düşdükləri çətin vəziyyətdən çıxmaq üçün əməli yardımlar göstəriləcək. Ərazidəki drenaj sisteminin yenidən qurulması minlərlə hektar torpağın şoran səhralığa çevrilməsinin qarşısını alacaq. Nəticədə isə həm fermerlər, həm də ölkə iqtisadiyyatı qazanacaq. 

639
Teqlər:
su, əkin, kənd təsərrüfatı, fermer
Əlaqədar
Azərbaycanda yeni sığorta növü yaradılır, vəsaiti silməyib gələn ilə saxlayacaqlar
Dəli balanın gözəl anası üçün Şamaxıda xüsusi müəssisə tikirlər - milyonlar gətirəcək
Ucuzlaşmaya doğru addım: Üçündən biri, özü də ən əsası yerli olacaq
İstəyirsən bal-çörək, al əlinə bel, kürək: Cənnət məhsulunun qiymətini necə aşağı salaq
Azərbaycanda kənd təsərrüfatı sahəsində bir ilk həyata keçiriləcək
Ofisdə kişi

İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır

5
(Yenilənib 16:29 08.08.2020)
Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar

BAKI, 8 avqust — Sputnik. Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun nəzdində olan agentlik ilk mərhələ kimi, 2021-ci ildə 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə)  standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla da müzakirələr aparılır.

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.

5
Əlaqədar
Heç kim pulsuz qalmayacaq - İşsizlikdən sığorta fondunun büdcəsi artırılır
Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
Pul kisəsi, arxiv şəkli

Bir manat da xərclənməyib - Şahmar Mövsümov bloklanmış kartlar barədə

15
"Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq"

BAKI, 8 avqust — Sputnik. “190 manatla, xüsusi olaraq, bloklanmış kartlarla bağlı məsələyə cəmiyyət kimi baxmalıyıq”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  deyib.

O bildirib ki, pandemiya dövründə ən ehtiyaclı insanlara yardım etmək nəzərdə tutulub: “Müəyyən seçimlərdən sonra 600 min nəfərə bu ödənişin verilməsi qərara alındı. Biz ehtimal edirdik ki, bu insanlara 190 manat o qədər vacibdir ki, onlar həmin dəqiqə o pulu çıxarıb istifadə edəcəklər. Ancaq bloklanmış kartlardan heç bir manat da xərclənməyib. Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq. Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq. Həkimlərin maaşına, daha çox tibbi texnikanın alınmasına və s.”

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Prezident 190 manatla bağlı göstəriş verdi
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
Nazirlik 190 manatlıq yardımı qarpız partlatmağa xərcləyənlərə münasibət bildirdi – VİDEO
Qərənfil, arxiv şəkli

Azərbaycanda idman assosiasiyasının rəhbəri vəfat edib

0
(Yenilənib 18:17 08.08.2020)
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti professor Xanlar Qurbanov bu gün, 71 yaşında vəfat edib

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri, professor Xanlar Qurbanov dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” ordeninin laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovunun vəfatı yalnız Akademiyaya deyil, idman aləminə böyük itkidir.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Xanlar Qurbanova rəhmət diləyib, ailəsi və yaxınlarına başsağlığı verib.

0