200 manatlıq əskinas

Sahibkarlara külli miqdarda kredit verilib

30
Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb

BAKI, 4 oktyabr — Sputnik. 2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinin tətbiqinə başlanılıb, bu dövr ərzində Fondun dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə (qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı) 41,759,000 manat məbləğində sahibkarlıq kreditlərinin verilməsinə nail olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Qeyd olunub ki, dövr ərzində Fond tərəfindən mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb. Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib. 

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində artıq Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb. 

Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq.   

30
Düyü, arxiv şəkli

Əziyyəti çox, qiyməti baha, gəliri az - Özümüz əkmirik, gətirəndən şikayət edirik

93
(Yenilənib 08:42 15.07.2020)
Ekspert bildirir ki, düyünün əkilməməsi və qiymətinin artmasına bu il ilk növbədə həm də Azərbaycanda quraqlıq olması, suyun çatışmaması səbəb olub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. 2020-ci ilin yanvar-may aylarında Azərbaycan 19 milyon dollar dəyərində 28,7 min ton düyü idxal edib. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon dollar (12,5%) və 8 min ton (38,5%) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

“Çox dadlı və sərfəli” – Düyü unundan halva
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

Qeyd edək ki, ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Lakin Azərbaycanda bu sahənin inkişafı prioritet məsələdir və bu istiqamətdə Dövlət Proqramı da qəbul edilib. Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Ölkəmizin ərazisində keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş "Ağ ənbərbu", "Vilgəri", "Yetim", "Lənkəran sədrisi", "Ağ qılçıqlı" və digər yerli sortlar becərilib. İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olub.

Düyü idxalının artması ilə bağlı iqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu il də Azərbaycanda su problemi yaşanır: "Təkcə düyüdə deyil, bu il qarğıdalı əkinləri də azalıb. Çünki bunların suya tələbatı çoxdur. Ümumiyyətlə bütün çayların sululuğu azalıb, su qıtlığı var. Digər tərəfdən, bizdə çəltik təsərrüfatları əsasən cənub zonasındadır və bu zonada düyü istehsalına maraq da getdikcə azalır, çünki çox əziyyətli işdir. Bunun biçini üçün texnika olmalıdır və s. Bizdə bu iş əllə görülür".

"Fermerləri də anlamaq olar, onlar daha gəlirli və daha asan işlərə meyl edirlər. Bu sahəyə verilən subsidiya artırılsa, bəlkə də bunu stimullaşdırmaq olar. Burada həm iqtisadi səbəblər, həm təbii amillər, həm də insanların özlərinin maddi maraq məsələləri var. Bu il ciddi şəkildə su qıtlığı yaşanır. Məsələn, fermerlər var ki, ikinci əkin kimi yüz hektarlar ilə qarğıdalı əkmək istəyirdilər, amma su yoxdur. Bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir", – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, xaricdə düyünün maya dəyəri çox aşağı başa gəlir: "Ona görə də düyü bizə ucuz qiymətə gəlir. Məsələn, Astara düyüsü Bakıda hər yerdə satılmır, müəyyən yerlərdə olur. Keyfiyyət baxımından bizim düyümüz çox keyfiyyətlidir. Qiyməti də bahadır. 

Adi düyü 2 manatdırsa, Astara düyüsünü 10 manatdan aşağı almaq olmur. Bazar boş qala bilməz, ona görə avtomatik idxal artır. İranda düyü çox ucuz qiymətə satılır".

"Dövlət hansı sahəyə dəstək göstərirsə, o iki ildən sonra özünü biruzə verir. Məsələn, vaxt var idi ki, bizdə qarğıdalı 100 faiz idxal edilirdi, qarğıdalı əkən yox idi. İndi isə hektarlarla qarğıdalı əkilir, çünki dövlət bu sahəyə dəstək verir. Düyü istehsalına da ciddi dəstək mexanizmi olarsa, fermerlər buna maraq göstərəcəklər. Digər bir misal olaraq pambığı göstərək. Pambıq əkilmirdi, dövlət bu sahəyə dəstək göstərdi, indi geniş şəkildə əkilir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəal işlər görür", – deyə o qeyd edib.

Onun sözlərinə görə, fermerlərə bu sahədə daha çox yol göstərmək lazımdır: "Məsələn, bizdə "soğan sindromu" var. 2 nəfər soğan əkib, yaxşı gəlir əldə edirsə, bu səfər hamı soğan əkir. Nəticədə soğanın qiyməti çox ucuzlaşır və onlar ziyana düşürlər. Burada ixtisaslaşma olmalıdır, soğan əkən soğan, pomidor əkən pomidor əkməlidir. Müvafiq qurumlar bunu tənzimləməlidir. Tələbata uyğun əkin aparılmalıdır. Tələbatdan çox əkəndə qiymət düşür, az əkəndə də qiymət qalxır. Bunu tənzimləsələr, düyü, qarğıdalı və digər məhsulların istehsalı da normasına düşəcək".

Qeyd edək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

Qara kürü, arxiv şəkli
© Sputnik / Dmitry Korobeynikov

Azərbaycanda çəltikçiliyin inkişafı dövlət tərəfindən dəstəklənir. Çəltikçilik sahəsi subsidiyalaşmaya cəlb olunub. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə verilir. Bu ildən etibarən çəltik əkən fermerlər hər hektar çəltik sahəsinə görə 280 manat əkin subsidiyası alacaqlar.

Onu da qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4054 hektar sahədə çəltik əkini aparılıb, ölkə üzrə 12 min 413 ton çəltik istehsal olunub. 2017-ci ildə 5,1 min hektarda çəltik əkilib, ölkə üzrə 15,9 min ton məhsul toplanıb. 2016-cı ildə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb.

93
Marketdə monitorinq, arxiv şəkli

Monitorinq keçirilmiş sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

6
(Yenilənib 08:36 15.07.2020)
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir.

BAKI, 15 iyul — Sputnik. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

"Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır", - deyə nazirlikdən bildirilib.

6
ABŞ-da epidemioloji vəziyyət, arxiv şəkli

Ölü sayı durmadan artır Çarə isə tapılmır

0
(Yenilənib 11:21 15.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 738 787 yoluxma qeydə alınıb.

BAKI, 15 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 13 323 530-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 578 628 nəfər vəfat edib, 7399 310 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 431 min 574 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 738 787 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
Çin, ABŞ, Uhan, COVID-19, Koronavirus