100 manatlıq əskinazlar

Vətəndaşların banklardakı əmanətləri azalır - Ekspert səbəbi açıqladı

74
(Yenilənib 19:28 02.10.2019)
Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da, vətəndaşların əmanətində artım qeydə alınmır

BAKI, 2 oktyabr — Sputnik. Vətəndaşların banklardakı depozitləri bu ilin aprel ayıdan bəri ən aşağı həddə düşüb. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-də banklarda 8 milyard 561 milyon manat depozit olub. Bu isə əvvəlki aya nisbətən 19 milyon manat azdır.

Bütövlükdə, aprel ayının əvvəli ilə müqayisədə ötən ayın əvvəlində depozitlərin həcmi 154 milyon manat azalıb. Həmin ay banklarda 8 milyard 715 milyon manat əmanət saxlanılırdı. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə iqtisadçı alim Vüqar Bayramov şərh verib.

O qeyd edib ki, iyul ayına banklar 8 milyard 736 milyon manat, iyuna isə 8 milyard 622 milyon manat əmanətlə daxil olmuşdular. Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da, vətəndaşların əmanətində artım qeydə alınmır. Banklarda əmanətlərin həcminin azalması depozit faizlərinin kifayət qədər aşağı olması və banklara inamın tam bərpa olunmaması ilə bağlıdır.

"Belə ki, aparıcı banklar manatla istehlak kreditlərini 29 faiz, dollar ilə 20 faizlə təklif etsələr də, belə dollar ilə depozitlərə 1 faizdən az divident ödəyirlər. Azərbaycanın aparıcı banklarının əksəriyyətinin internet səhifələrində depozit təkliflərinin təhlili göstərir ki, bəzi banklar 1 illik dollar depozitinə 0.1 faiz, 2 illik üçün 0.3 faiz, 3 illik üçün isə 0.5 faiz ödəyirlər. Bu o deməkdir ki, bankda 10 min dollar yerləşdirən vətəndaş ilin sonunda cəmi 10 dollar divident alır. Aylıq divident gəlirinin məbləği isə heç bir 1 dollar da etmir. Aparıcı banklarda dollar depoziti üzrə ödənişlər 1 faiz ətrafında dəyişir, yalnız riteyl banklarda bu 2.5 faizdir. Bu isə o deməkdir ki, 1 faizlik depozitlə 10 min dollara ildə 100 dollar gəlir vəd edilir və bu da aylıq 8 dollardan bir az çox pul deməkdir. Sistem əhəmiyyətli banklarda depozit gəlirliyinin kəskin azalması pulunu xarici valyutada saxlamaq istəyənlərin əmanət qoyluşlarına marağı azaldır ki, bu da özünü depozit portfelində əks etdirir", – deyə iqtisadçı qeyd edib.

Ekspert bildirir ki, son 1 ildə manat üzrə divident faizləri də orta hesabla 35 faiz azalıb. Digər tərəfdən, passiv pulları aktivləşdirmək üçün banklara olan inamın artırılması istiqamətində də işlərin intensivləşdirilməsinə ehtiyac var.

74
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

3
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

3
Teqlər:
barel, birja, qiymət, neft
Dağlıq Qarabağ, arxiv şəkli

Avropaya baxmağa ehtiyacımız yoxdur: Qarabağın qızılı yenə göz qamaşdıracaq

39
(Yenilənib 23:53 30.11.2020)
"Müasir İtaliya, Fransa zərgərlərinin işlərində biz bu gün Qarabağ zərgərlik məktəbinin nümunələrini görə bilirik. Bu isə o deməkdir ki, Azərbaycanda zərgərlik məktəbinin inikişafı üçün bizim Avropaya baxmağa ehtiyacımız yoxdur"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Ölkə başçısı İlham Əliyev işğaldan azad edilən və ediləcək bölgələrin inkişaf planlarının hazırlanması üçün göstəriş verib.

Ötən əsrin 90-cı illərinin əvvəllərinədək Azərbaycanın mineral su mənbələri, ət ehtiyyatının, eyni zamanda meşə materiallarının bir qismi məhz Qarabağ bölgəsinin hesabına ödənilib. Ermənilərin Azərbaycanın məhz bu torpaqlarına göz dikməsi də əbəs yerə olmayıb. Ərazi həm mineral su yataqları, həm də faydalı qazıntılarla zəngin olub.

Torpaqlarımızın geri qaytarılması Azərbaycanda yerli istehsal sahələrinə, ət tələbatının qarşılanmasına, su qıtlığının aradan qaldırılmasına, iqtisadiyyatımızın daha da dirçəlməsinə səbəb olacaq.

Bu torpaqların perspektivi, potensialı barədə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, professor, BDU-nun  "Faydalı qazıntılar" kafedrasının müdiri Vasif Babazadə Sputnik Azərbaycan-a açıqlamasında danışır:

"İşğal altında olmuş ərazilərimizdə müxtəlif faydalı qazıntı yataqlarımız var. Hesab edirəm ki, torpaqlarımız tam azad olunduqdan sonra xüsusi tapşırıqla bu ərazilərin planlarını, istismar qaydalarını hazırlayacağam. Bizim iqtisadi resurslarımız dəfələrlə artacaq. Çünki həmin torpaqlarımızda əhəmiyyətli qızıl yataqlarımız var.

Kəlbəcər ərazisində Tutxun, Zod, Ağdərə tərəfdə Qızılbulaq, Zəngilanda Veysəli ən zəngin yataqlardandır. Zod yatağı özü Qafqazda ən iri yataqdır. Zod yatağının təxminən 67 faizi Azərbaycan ərazisində Kəlbəcərdə, 33 faizi isə Göyçə mahalında yerləşir. Sovet dövründə də, 90-cı illərdən etibarən də ermənilər artıq Kəlbəcər ərazisindən Zod yatağının istismarına başlayıblar. Ümumiyyətlə, bizim o ərazilərdə xeyli sayda qızıl, mis yataqlarımız da var".

"Təbii su resurslarından danışdıqda isə ilk növbədə Sərsəng su anbarından bəhs etmək lazımdır. Bu su anbarı suvarma işləri üçün böyük əhəmiyyətə malikdir. Bundan başqa, işğal olunmuş ərazilərdə külli sayda mineral su yataqlarımız da var. Məsələn, Kəlbəcərdə İstisu buna nümunədir. Həmin ərazilərdə çoxlu adlı və adsız su yataqlarımız var. Qızılbulağın yaxınlığında yerləşən "Mehmana" yatağı da çox böyükdür. Ermənilər bilərəkdən bizim ən əhəmiyyətli yataqlarımızın yerləşdiyi əraziləri işğal ediblər. Ümumiyyətlə, o zonada, xüsusən də Laçın-Kəlbəcər zonasında uzun illər işləyib, əraziləri addım-adım gəzib tədqiqatlar aparmışam", - deyə o əlavə edib.

Təxminən 40 ilə yaxın bu yataqları tədqiq etmiş mütəxəssis bildirir ki, biz bu yataqları 10 illər ərzində ehtiyatlarımıza sala biləcəyik.

V.Babazadə deyir ki, haqqında söz açdığı torpaqlar həmçinin üzlük daşlar üçün istifadə olunan materiallarla da zəngindir: "Bu əraizlərdə həmçinin müxtəlif rəngli meşə materialları da var. Lakin ermənilər bu meşə materiallarının çoxunu qırıblar".

Qızıl resurslarından danışarkən Qarabağın zərgərlik məktəbini unutmaq olmaz. 30 ildir ki, tənəzzül edən Qarabağ zərgərlik məktəbinin inkişafı üçün indi uyğun zaman yaranıb. Bu işi öz üzərinə götürənlərdən biri isə əslən yəhudi olan Eduard Şamaryayevdir. Azərbaycanda zərgərlik sənətini yaşadanlardan biri olan Şamaryayev Sputnik Azərbaycan-a Qarabağ zərgərlik məktəbi haqda danışır:

"Sovet dövründə Azərbaycan zərgərlik məktəbi, demək olar ki, məhv olmuşdu. O dövrdə zərgərlərə fəaliyyət göstərmək qadağan olunmuşdu. Yalnız biz zərgərlik zavodu fəaliyyət göstərirdi. Yəni, sovet dövründə Azərbaycan zərgərliyi yalnız hökumətin istədiyi formada fəaliyyət göstərirdi. O dövrdə milli ruhda da demək olar ki, bəzək əşyaları hazırlanmırdı. Birinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan zərgərləri yavaş-yavaş dirçəlməyə başladılar. Məsələn, mən 1996-cı ildən fəaliyyətə başladım.

Qarabağ bölgəsindən olan bir neçə zərgəri tanıyıram. Lakin onlar məcburi köçkün olduqdan sonra, demək olar ki, Bakıda, yaxud da qaldıqları digər yerlərdə zərgər kimi çalışmayıblar. İşğalda olan torpaqlarımız alındıqdan sonra, yəqin ki, həmin şəxslər yenidən Qarabağ irsinə əsaslanaraq fəaliyyətlərini davam etdirəcəklər. Lakin sırf Qarabağ zərgərlik məktəbi ilə bağlı olaraq qeyd edim ki, təxminən son 30 ildə bu məktəb böyük zərbə alıb, o qədər inkişaf etməyib".

E.Şamaryayev deyir ki, ümumiyyətlə Qarabağ zərgərlik məktəbinin nümunələrini, təsirlərini Rusiya, Fransa, İngiltərə muzeylərində də görmək mümkündür: "Bu nümunələr qızıl, gümüş və misdən hazırlanırdı. Qarabağ zərgərlik məktəbinin nümunələri əsasən şəbəkə formasında hazırlanır. Ən çox məmulat XVIII-XIX əsrlərdə hazırlanıb. "Şarlı sırğa", "Ay-ulduzlu sırğa", "Piyalə cəng sırğa", "Səbət sırğa" əsasən şəbəkə texnikasına hazırlanıb. Yəni, əsasən məftillərlə işlənərək hazırlanıb. Ancaq qeyd edim ki, Gürcüstanın da Qarabağ məktəbinə böyük təsiri olub. Xüsusi texnika ilə də çoxlu bəzək əşyaları hazırlanıb. Qarasala üsulunda metal kəsmə ilə hazırlanır və onun üzərində xüsusi nəbatat ornament formasında oymalar işlənilir. Məsələn, yarpaqlar, butalar. Sonra isə həmin oyulmuş hissələrə xüsusi qara maddə doldurulur və bişirilir. Bizdə bu nümunələrdən də var".

Qədimlərdən əsas zərgərlik mərkəzlərinin Qarabağ, Şamaxı, Şəki, Naxçıvan, Lənkəran və Bakıda cəmləşdiyini söyləyən zərgər İpək Yolu vasitəsilə bu bəzək əşyalarının bütün dünyaya yayıldığını söyləyir: "Bu səbəbdən müasir İtaliya, Fransa zərgərlərinin işlərində biz bu gün Qarabağ zərgərlik məktəbinin nümunələrini görə bilirik. Bu isə o deməkdir ki, Azərbaycanda zərgərlik məktəbinin inikişafı üçün bizim Avropaya baxmağa ehtiyacımız yoxdur, əksinə, onlar bizdən öyrənsinlər, necə ki, hələ də öyrənirlər".

"Bilirsiniz, Qarabağ zonası həm də xarı-bülbülü ilə tanınır. Xarı-bülbül xüsusən də Şuşa tərəfdə bitir. Bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Qarabağ adına böyük bir iş görüb, "Qobu Park 3" Yaşayış Kompleksində "Xarı-bülbül" təlim mərkəzi açıb. Orada biz qaçqın və məcburi köçkünlərin övladlarına zərgərliyi öyrədirik. Bu məktəbdə "Xarı-bülbül" kolleksiyası da hazırlamışıq. Bizim mərkəzdə Qarabağ zərgərliyinə aid müxtəlif nümunələr var", - deyə o əlavə edib.

Arxeoloq alim: "Tarix bizə səhvlərimizi düzəltmək üçün böyük bir şans verib">>

Həmsöhbətimiz deyir ki, Qarabağ zonasında bəzək əşyası olaraq əsasən qadın və kişi kəmərləri, sırğalar, üzüklər, qolbaqlar, boyunbağılar hazırlanıb: "Bildiyiniz kimi, Qarabağ zonasında müxtəlif daş yataqları var. Firuzə, əqiq və s. daşlar var ki, bəzək əşyalarının hazırlanmasında da onlardan çox istifadə olunub".

Qeyd edək ki, torpaqlarımız işğal olunanadək həmin ərazilərdə 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemzavulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud olub. Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahəsi müəyyən edilib.

Bir sözlə, bu torpaqların həm təbii resurslarla zəngin olması, həm də təbiətinin gözəlliyi postkonflikt dövründə ölkəmizin iqtisadi potensialının daha da artması deməkdir.

39
Teqlər:
yataq, mineral, zərgərlik, qızıl, Laçın, Ağdərə, Kəlbəcər, Qarabağ

Tariximizin Laçın vaxtı! - Ali Baş Komandan bəyan etdi

6
Xalqa müraciətində Prezident İlham Əliyev Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciət AzTV vasitəsilə yayımlanıb.

Xalqa müraciətində Prezident İlham Əliyev Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib.

Laçın rayonu 1992-ci il mayın 18-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılıb. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılmalı idi. Lakin erməni tərəfi daha 10 gün vaxt istəyərək Kəlbəcəri noyabrın 25-də boşaltdı. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

6
Teqlər:
Ermənistan Silahlı Qüvvələri, Vladimir Putin, Üçtərəfli bəyanat, Dağlıq Qarabağ, Azərbaycan, İlham Əliyev, Ali Baş Komandan, Laçının azad olunması, Laçının işğalı