Azərbaycan Mərkəzi Bankı, arxiv şəkli

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

33
(Yenilənib 15:22 02.10.2019)
Avqust ayının sonu ilə müqayisədə sentyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 29 milyon 800 min dollar artıb

BAKI, 2 oktyabr — Sputnik. 30 sentyabr 2019-cu il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6 milyard 34 milyon 100 min dollar təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, avqust ayının sonu ilə müqayisədə sentyabrda valyuta ehtiyatları 29 milyon 800 min dollar artıb.

9 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 408 milyon 400 min dollar artıb.

33