Avtonəqliyyat vasitələrinin texniki baxışı

Xəbəriniz olsun, yanvardan on manat artıq ödəyəcəksiniz

48
(Yenilənib 20:27 30.09.2019)
"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib

BAKI, 30 sentyabr - Sputnik. Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.

Dəyişiklik 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək. Dəyişiklik Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

48
Teqlər:
Milli Məclis, rüsum, texniki baxış, avtomobil