Azərbaycan Mərkəzi Bankı (AMB)

Ehtiyatlı olun: Mərkəzi Bank saxta pullarla bağlı xəbərdarlıq etdi

109
(Yenilənib 13:37 28.09.2019)
Kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, banklar yararlı olmayan əsginasları aparıb Mərkəzi Banka təhvil versinlər

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə olan kommersiya banklarına saxta əsginaslarla bağlı xəbərdarlıq edib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, məktub dövriyyədə saxta pul əsginasların olması ilə bağlı AMB-yə daxil olan şikayətlər əsasında yazılıb.

Məktubda deyilir ki, Mərkəzi Bank bununla bağlı monitorinqlər aparıb və həmin əsginasların kommersiya banklarına məxsus ATM-lərdən çıxdığı aydınlaşıb. Həmçinin bankların bu məsələdə diqqətli olması, yararlı olmayan əsginasları ATM-lərə daxil etməmək tapşırılır.

Kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, banklar yararlı olmayan əsginasları aparıb Mərkəzi Banka təhvil versinlər.

Qeyd edək ki, bu məktub ölkədəki bütün kommersiya banklarına ünvanlanıb.

Xatırladaq ki, Azərbaycan manatlarının mühafizəsi sistemi dörd mərhələdən ibarətdir. 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir:

I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub.

Digər element əsginasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.

Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, “manat” yazısı və su nişanını görmək olar.

Bundan başqa, əsginasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür.

Əsginasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli “YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.

Əsginasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir.

III və IV dərəcəli mühafizə elementlərini yalnız xüsusi avadanlığın köməyi ilə görmək mümkündür. Belə ki, III dərəcəli mühafizə elementi banklar üçün, IV dərəcəli isə yalnız Mərkəzi Bank üçün nəzərdə tutulub.

100 manat nominallı əsginasların uzunluğu 155 mm, eni isə 70 mm-dir.

109
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

22
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

22
Teqlər:
qarğıdalı, fermer, Balakən
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

17
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

79
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

79
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın