Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İstəyirsən bal-çörək, al əlinə bel, kürək: Cənnət məhsulunun qiymətini necə aşağı salaq

© Sputnik / Murad OrujovЕжегодная медовая ярмарка в Баку
Ежегодная медовая ярмарка в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Arı nektarı hansı bitkidən götürürsə, onu gətirib arıxananın ətrafında əkirsən. Bununla həm ekoloji addım atılmış olur, həm də arı uzun məsafə qət etmir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. "Arıçılığın inkişafı ilə bağlı qarşımızda duran ən vacib məsələlərdən biri bu sahənin yem təminatının formalaşdırılması ilə bağlıdır. Nazirlik olaraq, biz təklif edirik ki, Azərbaycanda köçəri arıçılığa son qoyulsun, yəni, arıxanalar bilavasitə yemin yanına aparılmalı deyil. Əksinə, yem arıxananın yanına gətirilməlidir". Bunu Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov mediaya açıqlamasında deyib. 

Bal - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bal yarmarkasına gətirilən keyfiyyətsiz məhsul aşkar edildi

İntensiv arıçılıq ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, heyvandarlıqda əsas məsələ yem təminatıdır və xərclərin 70 faizi yemə görə formalaşır: "Bu gün 30 manata 1 kiloqram balı almağa etiraz edirik. Amma 30 manat nəyin əsasında formalaşır? Arıçılıq heyvandarlıqda xüsusi çətin sahədir. Çünki bizdə arıçılıq əsasən köçəri mədəniyyətə malikdir. Məsələn, yem tapmaq üçün arını Qobustan rayonundan Balakən rayonuna aparmaq lazımdır. Bunu aparmaq üçün xüsusi maşın olmalıdır, yağışa, soyuğa düşür və yolda nə qədər arı ailəsi məhv olur və s. 30 manat bunun fonunda formalaşır. Arı niyə bu qədər məsafə qət etməlidir? Axı, o, buna dözmür. Digər tərəfdən, Qobustan rayonunun iqlimi başqadır, Balakən rayonunu iqlimi başqadır. Nə qədər arı qırğınları baş verir, fermer ziyana düşür".

O bildirib ki, hazırda dünyada intensiv arıçılıq anlayışı var: "Bu anlayışa görə, arıxanalar yemin yanına aparılmalı deyil, yem arıxananın yanına gətirilməlidir. Yəni bunun sadə həll yolu odur ki, arı nektarı hansı bitkidən götürürsə, onu gətirib arıxananın ətrafında əkirsən. Bununla həm ekoloji addım atılmış olur, həm də arı uzun məsafə qət etmir. Goranboy rayonunda yerləşən Arıçılıq Mərkəzində pilot olaraq lavanda və rozmarin bitkiləri yetişdirilir. Bunlar arıların nektar götürdüyü əsas bitki kollarıdır. Amma arı təkcə bu kollardan nektar götürmür".

Ekspert qeyd edib ki, dünya praktikasında harada yaşıllıq zolağı salınırsa, hökmən orada arının nektar götürdüyü ağacları və ya kolları əkirlər: "Yəni arıçılıq bu yolla təbii şəkildə inkişaf etsin. Təəssüf ki, bizdə bu sistem yoxdur, hələlik layihə olaraq bunu öyrənirik. Burada ciddi problemlərimiz var. Məsələn, arıçı öz arıxanasını aparır bilmədən hər hansı bir rayonda, meşə zolağında yerləşdirir, amma həmin ərazidə pambıq əkilibsə və məhsula pestisid vurulubsa, bu zaman arı qırılır. Ona görə də heyvandarlıqda, arıçılıqda qapalı rejimə keçməliyik və bu da intensiv arıçılıq olacaq".

"İntensiv arıçılıq inkişaf etsə, balın maya dəyəri aşağı düşəcək və qiymət ucuzlaşacaq", – deyə ekspert əlavə edib.

Bal yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bal yarmarkasında yenilik - barkod nömrələri olacaq

Qeyd edək ki, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib ki, arıçılar Arıçılıq Mərkəzilə əlaqə saxlayaraq bu sahənin inkişaf etdirilməsində maraqlı olmalıdırlar: "Çünki Azərbaycanın bitki aləminin zənginliyinə baxmayaraq, arıçılığın davamlı inkişafına nail olmaq üçün bu sahənin müvafiq yem təminatı olmalıdır. Növbəti illərdə arıçılıq Azərbaycanda ən vacib və gəlirli sahələrdən birinə çevriləcək və aqrar sahənin inkişafına öz töhfəsini verəcək".

Onu da qeyd edək ki, 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və perspektivlərin olduğunu aydın görürük.

Xatırladaq ki, bu gün Bakıda növbəti Bal Yarmarkası işə başlayıb.

Xəbər lenti
0