İsmayıllı Şərab-2 şərab zavodu

Dəli balanın gözəl anası üçün Şamaxıda xüsusi müəssisə tikirlər - milyonlar gətirəcək

740
(Yenilənib 13:49 17.09.2019)
“Milli brendlərin istehsalı məqsədilə yüksək keyfiyyətli yerli texniki üzüm sortları yetişdirən istehsalçılara subsidiyaların verilməsi məqsədəuyğundur. Bu təcrübə artıq qonşu Gürcüstanda xeyli vaxtdır tətbiq olunur" - Vüqar Səlimov

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. "Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2018-ci ildə 1.6 milyon dekalitri ötüb. Bunun da 660 min dekalitri ixrac edilib. Hazırda dünyada ən çox şərab idxal edən ölkələrdən Çin və Rusiya bazarları Azərbaycan şərabı üçün potensial bazarlar kimi dəyərləndirilir. Belə ki, 2018-ci ildə cəmi ixrac edilmiş şərabın 96.1 faizi məhz bu ölkələrə ixrac edilib. Azərbaycan bu bazarlarda rəqabətqabiliyyətlidir və orada öz payını əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, üzüm ixracının da 5 dəfə genişləndirilməsi hədəflənib".

Bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Vüqar Səlimov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

O, bildirib ki, ölkəmizdə şərabçılıq sahəsinin potensialı daha böyükdür: "Qarşımızda istehsal keyfiyyətinin və ixracın artırılması ilə bağlı ciddi vəzifələr və hədəflər dayanır. Hazırda 19 əsas istehsalçı rayon üzrə potensial məhsuldarlığın 20% yüksəldilməsi, üzüm bağlarının isə 2.5 dəfə genişləndirilməsi məqsədəuyğun hesab edilir. Seçilmiş 19 rayon üzrə 18 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılır. Həmin üzümlüklərdən isə 100 sent/ha orta məhsuldarlıqla 300 min ton üzüm istehsalı gözlənilir ki, bu da hədəflənən istehsal göstəricisindən də yüksəkdir. 2018-ci ildə ölkədə üzüm ehtiyatlarının cəmi 186.1 min ton təşkil edib. Ehtiyatların 90.1%-i və ya 167.6 min tonu ölkə daxilində istehsal olunub, 9.1%-i və ya 16.9 min tonu idxal edilib. Ümumilikdə üzüm üzrə özünütəminetmə səviyyəsi 92.5% təşkil edib. 2018-ci ildə adambaşına 10.2 kq üzüm istehlak edilib".

V.Səlimov deyib ki, üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafına nail olmaq, üzüm və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracının stimullaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir: "Qlobal trendlər nəzərə alınmaqla üzümçülük və şərabçılıq sahələrinin dayanıqlı inkişafı məqsədilə dəyər zəncirinin bütün həlqələrində kompleks yanaşmanı tətbiq etmək, regional ixtisaslaşmanı, istehsal və ixrac coğrafiyasını genişləndirmək, mövcud istehsal potensialından və emal güclərindən tam və səmərəli istifadə etmək hesabına daha yüksək artımlar əldə etmək olar.

Ölkənin şərabçılıq üzrə ixrac potensialının gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilməlidir. Bunlardan biri beynəlxalq standartlara cavab verən yerli şərab brendlərinin yaradılması və ixracıdır. Yerli şərab brendlərinin hazırlanması onun xammal bazasının formalaşdırılmasından asılıdır. Bu baxımdan, Azərbaycanın yerli texniki üzüm sortları geniş potensiala mallikdir.

Ona görə də yerli üzüm sortları bərpa olunmalı, ənənəvi və biotexnoloji üsullardan istifadə edilərək sürətli çoxaldılmalı, onlardan fillokseraya davamlı calaq tinglər istehsal edilib, istehsalçılara təqdim edilməlidir".

Onun sözlərinə görə, fermerlər və şirkətlər bizim yerli üzüm sortlarımızı indiyədək ona görə əkməyə həvəsli deyildilər ki, xaricdən gələn üzüm əkin materialı calaq edilmiş formada gəlir, istehsalçılar filloksera zərərvericisinə davamlı üzüm əkin materialından istifadəyə üstünlük verərək bu zərərvericinin təsirindən bağlarını sığortalayırlar: "Lakin özümüzdə o əkin materialı istehsal edən müəssisənin yaradılması ilə bu problem aradan qalxacaq. Artıq dövlətin dəstəyi ilə bu müəssisə Üzümçülük və Şərabçılıq ET İnstitutunun nəzdində Şamaxı rayonunda tikilir. Müəssisə fəaliyyətə başladıqdan sonra Azərbaycan özü calaq ting üzüm əkin materialı istehsal edəcək. Müəyyən qədər xaricdən idxalın qarşısı alınacaq. Eyni zamanda, Azərbaycanın yerli üzüm sortları qorunub saxlanılacaq, onlar əkiləcək. Xaricdən ting gətirmək sahibkarlara olduqca baha başa gəlir. Respublikaya ilbəil xarici mənşəli tinglərin gətirilməsi yerli sortların sıxışdırılması ilə nəticələnir. Digər tərəfdən, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır. Respublikanın torpaq-iqlim şəraitinə uyğun olan yerli üzüm sortlarından calaq edilmiş tinglərin istehsalını genişləndirməklə xarici mənşəli üzüm tinglərinin idxalının azalmasına və sort probleminin tənzimlənməsinə, Azərbaycana məxsus olan şərab brendlərinin yaradılmasına nail olmaq olar".

Hər cümə bir qədəh şərab...>>

O, bildirib ki, digər tərəfdən, respublikada 18 min hektar yeni üzüm bağlarının salınması nəzərdə tutulduğu üçün 48 milyon ədəd tingə tələbat yaranacaq: "Yeni üzümlüklərin ting tələbatının 50 faizinin idxal hesabına, 50 faizinin isə yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur. Bu tələbatı ödəmək üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Şamaxı rayonunda tikintisinə başlanan fillokseraya davamlı calaq üzüm tingi istehsal edən emalatxananın potensialından səmərəli istifadə ediləcək. Milli brendlərin yaradılması, müvafiq qaydada qeydiyyatının təmin edilməsi, keçmişdə məşhur olan markaların yenidən istehsalına başlanması, şərab turizminin təşviqi və inkişaf etdirilməsi məqsədilə yaradılmış xüsusi zonalara turist səfərlərinin intensivləşdirilməsi, əsas hədəf bazarlarda beynəlxalq əhəmiyyətli təşviqat tədbirlərinin intensivləşdirilməsi və "Made in Azerbaijan" brendi ilə tanınan şərab məhsullarının hədəf bazarlarda tanıdılmasının gücləndirilməsi, həmin ölkələrlə ixrac üzrə xüsusi ticarət əlaqələrinin yaradılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi məqsədəuyğundur".

Onun sözlərinə görə, respublikada üzümçülük və şərabçılığın zəngin tarixini və qədim ənənələrini, qiymətli üzüm sortları və milli şərab brendlərinin zənginliyini təbliğ etmək, üzüm və şərab turizmini inkişaf etdirmək, üzümçülük və şərabçılıq sahəsindəki innovasiyaların mənimsənilməsi və tətbiqi məqsədilə respublikanın qədim üzümçülük bölgələrinin birində "üzüm-şərab muzeyinin" və "Azərbaycanın yerli üzüm sortlarından ibarət canlı üzüm muzeyinin - milli kolleksiyanın" yaradılması məqsədəuyğundur.

"Yerli əhali daha çox tünd alkoqollu içkilərə (əsasən arağa) üstünlük verir. Biz əhali arasında üzüm şərablarının istehlakı istiqamətində təbliğatı gücləndirməliyik, süfrə şərablarının üstünlüklərini əhaliyə çatdırmalıyıq. Məsələn, dünyada güclü şərab istehsal və ixracatçıları olan bir sıra ölkələr (Almaniya, Fransa, İspaniya, İtaliya, ABŞ, Argentina) həm də güclü şərab istehlakçılarıdır", - deyə institutun direktor əvəzi söyləyib.

V.Səlimov deyib ki, ailə təsərrüfatlarının inkişafına xüsusi diqqət yetirmək lazımdır: "Şato tipli fərdi şərabçılığın inkişaf etdirilməsi məqsədilə dövlət dəstəyinin daha da genişləndirilməsi vacibdir. Bir yerli təcrübəni diqqətinizə çatdıraq. Qax rayonunda, demək olar ki, hər kəsin həyətində üzüm yetişdirilir. Bu üzümlər toplanaraq şirəsindən şərab, cecəsindən isə araq çəkilir. Burada şərab əsasən Kaxeti üsulu ilə, yəni şərabın yerə basdırılmış "kvevri" adlanan böyük saxsı gil küplərdə yetişdirilməsi və saxlanması nəticəsində əldə olunur. Bu şərablar həm yerli əhali tərəfindən, həm də xarici ölkələrdən gələn turistlər tərəfindən istehlak olunur. Digər kiçik ailə fermer təsərrüfatlarının da bu təcrübədən yararlanaraq istifadə etməsi, bölgələrin turizm potensialının səfərbər edilməsi, beləliklə, yerli və xarici turist sayının artırılması və ölkədə şərab turizminin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Milli brendlərin istehsalı məqsədilə yüksək keyfiyyətli yerli texniki üzüm sortları (Mədrəsə, Bayanşirə, Şirvanşahı, Həməşərə, Xindoqnı və s.) yetişdirən istehsalçılara subsidiyaların verilməsi və bu sortlardan ibarət istehsal olunan tinglərə verilən subsidiyanın miqdarının artırılması məqsədəuyğundur. Bu təcrübə artıq qonşu Gürcüstanda xeyli vaxtdır ki, tətbiq olunur".

O, bildirib ki, üzümçülük sahəsində köməkçi vasitələrin (dirəklər, sinklənmiş məftil, kimyəvi preparatlar, gübrələr və s.) və şərab məhsullarının istehsalı üçün bir sıra komponentlərin ölkə daxilində istehsalı mühümdür: "Üzümçülük və şərabçılıq sahəsində elmi nailiyyətlərin, standartların, normativ-texniki sənədlərin işlənib hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin, səmərəli innovativ texnologiyaların öyrənilməsi, istehsalata tətbiq olunması və təcrübə mübadiləsi baxımından Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OIV) ilə əlaqələrin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Üzümçülük və Şərabçılıq ETİ, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələri ilə birgə layihələr əsasında elm-təcrübə-biznes sistemlərinin, üzüm və şərabçılıq məhsullarının təşviq, marketinq və turizmi istiqamətlərinin müasir səviyyədə formalaşdırılması, texnologiya və aqraryönümlü ixtisaslar üzrə peşə təhsilli və yüksək ixtisaslı kadrların birgə hazırlanması müsbət nəticələr verər".

"Hazırda üzümçülük və şərabçılıq sahəsində aparılan elmi-tədqiqatların istiqamətləri dövlətin bu sahədəki siyasətinə uyğunlaşdırılır, aparıcı xarici elm mərkəzləri ilə əlaqələr genişləndirilir, birgə elmi layihə və proqramlar həyata keçirilir, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması istiqamətində işlər aparılır", - deyə o, diqqətə çatdırıb.

Qeyd edək ki, ölkədə şərab istehsalının stimullaşdırılması üçün son illər bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Prezidentinin 2018-ci il 3 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı" respublikada üzümçülük və şərabçılığın inkişafına dair dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcək.

740
Teqlər:
brend, istehsal, turizm, müəssisə, üzüm, şərab
Əlaqədar
İtalyanlar Azərbaycan yeməklərinə valeh oldular: "Adam əlini də yeyər" – VİDEO
Göyçayda keçirilən "Nar bayramı" payızın ən maraqlı festivalları siyahısında
Beş min illik ənənə: Azərbaycan şərabı necə ərsəyə gəlir
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Mehri

Şuşadan Çinədək: Bu həftə Azərbaycanın iqtisadi həyatında baş verib?

694
(Yenilənib 12:16 20.06.2021)
Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycana səfərə icazə verilməsi, Azərbaycanın qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi, İqtisadi Şuranın iclası - Sputnik Azərbaycan bu həftənin ən mühüm iqtisadi hadisələrindən bəhs edir.

BAKI, 20 iyun — Sputnik. Bu həftə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması Azərbaycanda ən mühüm hadisə olub.

Şuşa Bəyannaməsinin iqtisadi təfərrüatları

İqtisadçıların fikrincə, Şuşa Bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türkiyə 2020-ci ildə 1,8 faiz iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 faizdən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türkiyə iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər.

Ekspertlərə görə, Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır. Xüsusən də, Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi ilə BP, "Signify" kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir.

Bəyannamədə Zəngəzur dəhlizinə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir. Təkcə bu il ixrac həcmini 15-20 faiz artırmağı planlaşdıran Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə Zəngəzur dəhlizindən istifadə edəcək. Hətta Zəngəzur dəhlizi Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. İxracyönümlü Türkiyə iqtisadiyyatı üçün Zəngəzur dəhlizi ixrac marşrutlarının şaxələndirilməsi deməkdir.

İqtisadçılara görə, bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Bu Saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq üçün yeni imkanlar yaradacaq.

Daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycana səfər etməsinə icazə veriləcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, iyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə səfər etməsinə icazə veriləcək.

Məlumata görə, ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib. Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə səfər etməsinə icazə verilir: ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər.

Ərdəbil-Rəşt yolu Azərbaycanla İranın mərkəzi vilayətləri arasında nəqliyyat əlaqəsi yaradacaq

İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami deyib ki, Astara (İran) - Astara (Azərbaycan) - Bakı magistral yolunun Ərdəbil-Rəşt avtomobil yoluna birləşməsi istiqamətində işlər davam edir. Bir il ərzində yolları birləşdirəcəyik və yeni marşrutla yük maşınlarının Bakıya tez və təhlükəsiz çatması təmin olunacaq. İran ilə Azərbaycanı birləşdirən magistral yol Rusiyaya qədər uzanacaq və yük maşınları Rusiyadan Avropaya qədər hərəkət edə biləcəklər. Eyni zamanda, bu yol İranla Azərbaycanın tranzit imkanlarını və gəlirlərini artıracaq.

Nazir deyib ki, Azərbaycan tərəfi ilə Astaraçay üzərindəki körpünün də yenidən tikilməsi məsələsi razılaşdırılıb. Layihə 4,5 milyon avro dəyərindədir. İnşaat işlərinə xərclənəcək vəsaitin 50 faizini İran, 50 faizini isə Azərbaycan tərəfi ödəyəcək.

Qeyd edək ki, Astara-Bakı yolunun Ərdəbil-Rəşt yolu ilə birləşməsinin nəticəsində Azərbaycan ilə İranın yalnız Gilan və Mazandaran vilayətləri deyil, eləcə də Ərdəbil və digər mərkəzi vilayətləri arasında nəqliyyat əlaqəsi yaranacaq.

İqtisadi Şuranın iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib. İclasda mövcud iqtisadi vəziyyət, 2021-2025-ci illər üzrə ilkin makroiqtisadi proqnozlar və digər məsələlər müzakirə olunub.

Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.

Nazir qeyd edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

Bu həftə Azərbaycanın bu il qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

Energetika Nazirliyinin məlumatına görə, yanvar-may aylarında ölkə üzrə elektrik enerjisinin ixracı 569,9 milyon kilovat/saat təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ixrac 47,7 milyon kilovat/saat artıb. İrana 14,4 milyon kilovat/saat, Türkiyəyə 12,7 milyon kilovat/saat, Rusiyaya 39,4 milyon kilovat/saat, Gürcüstana isə 503,4 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Beş ay ərzində elektrik enerjisinin idxalı 76,6 milyon kilovat/saat olub. İrandan 14,4 milyon kilovat/saat, Rusiyadan 39,3 milyon kilovat/saat, Gürcüstandan isə 22,9 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.

Ölkəmiz Çində keçirilən sərgidə iştirak edir

Çinin Heyloncian vilayətinin paytaxtı Harbin şəhərində 31-ci Beynəlxalq İqtisadiyyat və Ticarət Sərgisi başlayıb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə "Fəxri qonaq ölkə" statusunda iştirak edir.

Pandemiya ilə əlaqədar Harbin şəhərində tətbiq edilən məhdudiyyətlər səbəbindən, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan üçün 1810 kv/m-lik 3D formatda onlayn "Made in Azerbaijan" vahid ölkə stendi hazırlanıb. Stenddə 20-dən çox şirkətin xalçaçılıq, qida və içki sənayesinə aid məhsulları nümayiş etdirilir. Bununla yanaşı, onlayn stenddə ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı nümayiş etdirilir.

Sərgidə məhsullarımız təşkilatçılar tərəfindən sərgi ilə yanaşı, müxtəlif onlayn platformalarda da reklam olunur.

Qeyd edək ki, 1990-cı ildən keçirilən Beynəlxalq İqtisadiyyat və Ticarət Sərgisi Heyloncian əyalətinin ən önəmli beynəlxalq sərgisi hesab edilir.

694
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Şuşa Bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir”

9
(Yenilənib 17:36 18.06.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, “Şuşa Bəyannaməsi” Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır
Vüsal Qasımlı: “Bu, Türkiyə-Rusiya əlaqələrinin güclənməsinə imkanlar aça bilər”

“Bəyannamə ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Türkiyə 2020-ci ildə 1,8 % iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 %-dən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər. “Şuşa Bəyannaməsi” Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır. Xüsusən də, bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi ilə BP, “Signify” kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqələrinin də güclənməsinə imkanlar aça bilər” – deyə o bildirib.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

9
Nikol Paşinyan, arxiv şəkli

Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı: Paşinyanın partiyası qalibdir

2121
(Yenilənib 08:50 21.06.2021)
Seçkilərdə əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunurdu.

Ermənistanın baş nazirinin səlahiyyətlərini cra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası erkən parlament seçkilərində bütün 2008 seçki məntəqəsindən səslərin sayılmasından sonra qalib gəlib.

Ermənistan MSK-nın məlumatına görə, 1 milyon 281 min 911 bülletenin sayılmasından sonra Paşinyanın partiyası 53,92% (687 251), Ermənistanın eks-prezidenti Robert Koçaryanın "Ernənistan" bloku  21,04% (268 165) səs toplayıb.

Daha bir keçmiş prezident Serj Sarqsyanın "Şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.

İlkin nəticələr

Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.

Qeyd edək ki, bunlar ilkin nəticələrdir. Hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.

Ermənistanın Mərkəzi Seçki Komissiyası bu keçirilən növbədənkənar parlament seçkilərdə elektron səsverməyə də yekun vurub. Elektron sistem üzrə səs vermək hüququna malik olan vətəndaşların ümumi sayı 650 nəfər təşkil edir. Səsvermədə 500 seçici iştirak edib, 45 bülleten etibarsız sayılıb. Bu səsvermədə Paşinyanın partiyası 163 səs toplayıb. İkinci yerdə 135 səslə Koçaryanın "Ermənistan" (Hayastan) bloku qərarlaşıb. Elektron səsvermə hüququna malik vətəndaşların 43-ü "Erməni Milli Konqresi"nin lehinə səs verib.  

23:23

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb. Ümumi seçki bülletenlərinin 5%-ni əhatə edən bu nəticələrə görə, ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 58% səslə irəlidədir.

Onun əsas rəqibi, sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku isə 22% səslə ikinci yerdə gedir. 

22:30

Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində seçici iştirakı 49,4% təşkil edib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib. O deyib ki, 1 281 174 insan seçkilərdə səs verib.

20:20

Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilərində səsvermə başa çatıb. Məlumata görə, saat 20:00-da ölkənin 2 008 seçki məntəqələrinin hamısı bağlanıb. Məntəqə komissiyalarının üzvləri səsləri saymağa başlayıblar.

Seçkilərdə fəallığın aşağı olduğu bildirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatlarına görə, saat 17:00-a seçici fəallığı 38,17% olub - 989 972 nəfər iştirak edib. MSK-nın rəhbəri Tiqran Mukuçyan seçkilərdə iştirakın ilkin nəticələrini saat saat 21:00-da elan edəcək.

Müşahidəçilər seçkilərin sakit şəraitdə keçdiyini bildiriblər. Pozuntuların əksəriyyəti texniki xarakter daşıyıb.

18:06

Ermənistanın Baş Prokurorluğu bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat alıb. Bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib.

"Saat 08.00-dan başlayaraq, saat 13.00-a qədər biz (pozuntular haqqında-red) 64 məlumat aldıq, onlardan 26-ı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb", - Arsenyan deyib.

Qeyd edək ki, Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib. "Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb

15:24

Ermənistanda keçirilən parlament seçkilərində bir çox qanun pozuntuları qeydə alınıb. 

Ermənistan polisi rəsmən elan edib ki, parlament seçkilərində qanun 21 pozuntusu aşkar edilib. Hətta onlardan yeddisi cinayət əməli hesab olunur.

Ermənistan polisinin Baş Qərargah rəisi Armen Mkrtçyanın sözlərinə görə, yeddi hadisədən dördü yenidən səsvermədə iştirak etmə cəhdidir.

Eyni zamanda MDB müşahidəçiləri missiyasının başçısı İlhom Nematov Ermənistanda seçkilərdə qanun pozuntularının qeydə alındığını vurğulayıb.

O, qeyd edib ki, parlament seçkiləri zamanı qeydə alınan qanun pozuntuları sistemli deyil və nəticələrə təsir edə bilmir.

14:26

Ermənistanın Ararat əyalətinin Azataşen kəndində seçki məntəqəsində silahlı insident baş verib. Sputnik Azərbaycan xəbər verir ki, ölkədə keçirilən parlament seçkiləri başladıqdan yarım saat sonra silah səsləri eşidilib. Bununla bağlı hüquq mühafizə orqanlarına məlumat daxil olub. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının nümayəndələri arasında insident yaşandığını öyrənib.

Hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb. Hadisə ilə bağlı istintaq tədbirləri başladılıb, silah müsadirə olunub.

11:10

"Ermənistanın Mərkəzi Seçki Komissiyası bir gün əvvəl "Vətəndaş müqaviləsi" Partiyasına və Nikol Paşinyana seçkiöncəsi sükut gününün pozulması ilə bağlı xəbərdarlıq edib".
Ermənistan mətbuatının yazdığına görə, bu barədə "Ermənistan" seçki blokunun bəyanatında deyilir.

“Qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniya zamanı göstərilən təbdir yalnız bu partiyaya tətbiq edilib. Dünəndən müxtəlif yerlərdə "Ermənistan" seçki blokunun liderlərinin ünvanına təhqiredici və nifrətdolu materialları yaymağa başlayıblar. Bizim məlumatlarımıza görə, bu biabırçı proses hakimiyyətdən gedən hökumətin icazəsi ilə Soros kimi təşkilatlar tərəfindən təşkil edilib. Bundan başqa, bu dövrdə "Respublika" Partiyasının plakatları açıq qanun pozuntusu ilə yerləşdirilib.

Biz həmçinin dünəndən indiyə qədər "Ermənistan" blokunun ərazi qərargahları üzvlərinin polis tərəfindən yanlış xəbərçiliklər üzrə, şübhəsiz əsaslarla saxlanılmaları barədə informasiya aldıq. Bu xəbərçiliklərin məhz Soros təşkilatı tərəfindən təşkil edilməsini güman etməyə əsaslar var.

Ermənistanın tarixində belə seçki pozuntuları olmayıb. Biz bütün beynəlxalq təşkilatların davam edən qanun pozuntularuna seyrçi missiyalarına diqqət yetiririk", - bəyanatda bildirilir.

Blok rəhbərliyi polisə müraciət edərək, baş verən qanun pozuntularını aradan qaldırmağa çağırıb.

“Əks təqdirdə hesab edəcəyik ki, proses hakimiyyət tərəfindən təşkil edilib və yönəldilib", - bəyanatda deyilib. 

10:15

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Spunik Ermənistan xəbər verir ki, Ermənistan özünü müstəqil respublika elan etdikdən sonra sayca 8-ci dəfə keçirilən bu seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb və saat 20:00-da başa çatacaq.

Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.

Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.

Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.

Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.

Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.

Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Ermənistan parlamentinə növbədənkənar seçkilər ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir. 

Seçkilərdən sonra vətəndaş müharibəsi olacaq?

Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.

“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu", - Paşinyan deyib.

Bu halda "Vətəndaş müqaviləsi" Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.

2121