Onlayn alış-veriş edən şəxs, arxiv şəkli

"İri alış-veriş mərkəzləri tarixə qovuşacaq"

360
(Yenilənib 16:37 14.09.2019)
Ölkəmizdə bu işin sistemli hala gəlməsi üçün yeni qaydalara ehtiyac var. Bu, həm dövlət, həm vətəndaşlar, həm də şirkətlər üçün xeyirli olmalıdır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. "Onlayn alış-veriş dünyada geniş yayılıb və kifayət qədər böyük dövriyyəyə malikdir. Azərbaycanda isə yeni-yeni bu sahədə işlər görülür, şirkətlər yaranır. Məsələn, Rusiyada pərakəndə satışlarda onlayn ticarət dövriyyəsi 20 faizə çatıb. Onlayn alış-veriş kifayət qədər sərfəlidir". Bunu iqtisadçı-ekspert Natiq Cəfərli onlayn alış-verişdən danışarkən Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, bu tipli şirkətlər əlavə xərclərdən, yəni ofis tutmaq, mağaza açmaq, icarə haqqı vermək, kommunal xərcləri ödəmək və s.-dən azad olur. Ona görə də həmin şirkətlər sərfəli qiymətlər təklif edə bilir.

Ekspert bildirib ki, onlayn alış-veriş üçün ayrıca 18 faiz ƏDV nəzərdə tutulub: "Hələlik bununla bağlı problem yoxdur, həmin şirkətlərin narazılığı olmayıb. Bu, həm vətəndaşlar, həm də şirkətlər üçün sərfəli alış-veriş üsuludur. Azərbaycanda da bunun ciddi perspektivləri var. Sadəcə, vergi məsələsi həll olunmalıdır ki, vergidən yayınma olmasın. Və vergiləri vaxtında ödəyən şirkətlər önə çıxsın. Hələlik Azərbaycanda onlayn alış-veriş azdır. Pərakəndə ticarət dövriyyəsinin 90 faizə yaxını hətta nağd şəklində aparılır. Bizdə kartla ödənişlər hələ geniş yayılmayıb. Azərbaycan bazarı kifayət qədər perspektivli bazardır. Ölkəmizdə də bunun yayılması gələcəkdə onlayn alış-verişin həcminin kifayət qədər artmasına səbəb olacaq".

O qeyd edib ki, vergidən yayınma yolları ilə bağlı müxtəlif şirkətlər fərqli addımlar atır: "Məsələn, böyük həcmdə yox, kiçik həcmdə, yəni çanta üsulu ilə ölkəyə mallarını gətirirlər. Bu da ümumiyyətlə vergidən yayınmaya səbəb olur. Ölkəmizdə bu işin sistemli hala gəlməsi üçün yeni qaydalara ehtiyac var. Bu, həm dövlət, həm vətəndaşlar, həm də şirkətlər üçün xeyirli olmalıdır. Bunun üçün birgə formul yaradılmalıdır. Onsuz da onlayn alış-veriş gələcəkdə geniş yayılacaq. Müvafiq qurumların indidən bununla bağlı normal qaydalar hazırlayıb təqdim etməsində yarar var. Çünki bir neçə ildən sonra bu, artıq kifayət qədər geniş yayılmış biznes növünə çevriləcək. Onlayn alış-veriş ilə alıcılar daha ucuz qiymətə mal alırlar, ən azı 20-25 faiz fərq var".

"Hətta bu yaxınlarda ABŞ-da araşdırma aparılıb ki, cəmi 10 ildən sonra böyük mollar, iri alış-veriş mərkəzləri tarixə qovuşacaq. Artıq mağazaya getməyə ehtiyac da qalmır. Kamera şəxsin parametrlərini sistemə yükləyir və sistem həmin parametrlərə uyğun ölçüləri də müəyyən edir", - deyə N.Cəfərli əlavə edib.

Qeyd edək ki, son dövrlərdə Türkiyədən onlayn alış-veriş etmək trendə çevrilib. Bu sahədə xidmət göstərən şirkətlərdən birindən deyiblər ki, Türkiyədən onlayn alış-veriş etməklə ailələr öz büdcələrinə 50-70%-dək qənaət etmiş olurlar.

360
Teqlər:
ticarət mərkəzi, alver, onlayn sifariş, onlayn, internet
Əlaqədar
Ucuz dollar, güclü Amerika – Dolların devalvasiyası yeni müharibə vəd edir
Ən ucuz internetə sahib ölkələrin adları açıqlandı
Geriləmək sürətimiz internetin sürətindən daha çoxdur - reytinq açıqlandı
İnternet boşluğundan şikayət: Daş dövründən yaxa qurtara bilmirik
Quş ferması, arxiv şəkli

Estoniyadan Azərbaycana quşçuluq məhsulları gətirilməsi dayandırıldı

8
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen "quş qripi" xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

8
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

9
(Yenilənib 14:13 26.02.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 66,98 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

"Brent" markalı neftin qiyməti 0,59 dollar geriləyərək 66,29 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 62,89 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0