Kredit razılaşması, arxiv şəkli

Bank kreditləri ilə bağlı rəqəmlər açıqlandı

28
(Yenilənib 23:40 12.09.2019)
Azərbaycanda ən çox pul xərcləmələri ilə bağlı məlumatlar açıqlandı

BAKI, 13 sentyabr — Sputnik. 2019-cu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilib, sərf edilən vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,0 faizi xidmət sahələrinə, 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9 faiz, büdcə vəsaitləri 27,7 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

28
Əlaqədar
"Bu təcrübə Azərbaycanda tətbiq edilsə, həm satan qazanacaq, həm alan"
Banklarla əhali arasında yarış gedir - finiş borc quyusunun dibindədir
Dünya uçurumun astanasında - ABŞ-da ipoteka borcları rekord həddə çatdı
Pul çox olanda da pisdir, az olanda da - Ən yaxşısı görünməməsidir
Millət vəkilinin kreditlərlə bağlı təklifi əhalinin ürəyincə olacaq