Kalkulyator, arxiv şəkli

Bəzi şəxslərin orta aylıq nominal əməkhaqqı artıb

27
(Yenilənib 15:34 10.09.2019)
2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 587,7 manat olub

BAKI, 10 sentyabr — Sputnik. 2019-cu il avqustun 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 1613,8 min nəfər olub. Sputnik Azərbaycan Statistika Komitəsinə istinadla xəbər verir ki, onlardan 902,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 711,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 587,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

27
Mingəçevir SES , arxiv şəkli

Susuzluqdan qaranlığa gedən yol: iki qurum isti havanı da misal gətirdi

14
(Yenilənib 21:36 07.07.2020)
Hava hərarətinin getdikcə yüksəlməsi fonunda çox sayda insanın evdə qalaraq kondisioner işlətməsinə görə elektrik enerjisinə olan təlabatı əvvəlki günlərlə müqayisədə bir qədər də artıb

BAKI, 7 iyul — Sputnik. 24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, ötürülməsini, paylanmasını və idarəedilməsini dayandırmayan “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri, tabeliklərindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji təminatı üçün bütün lazımi addımları atırlar. Bu barədə "Azerenerji" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Baxmayaraq ki, son dövrlər çaylarda su səviyyəsinin azalması enerjinin istehsalına təsir edib, hava hərarətinin getdikcə yüksəlməsi fonunda çox sayda insanın evdə qalaraq kondisioner işlətməsinə görə elektrik enerjisinə olan təlabatı əvvəlki günlərlə müqayisədə bir qədər də artıb.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq “Azərenerji” və “Azərişıq” işə çıxan əməkdaşlarının sayını kəskin azaldılıb. Lakin şənbə, bazar və bayram günlərində də növbəli şəkildə fasiləsiz olaraq iş başında olan əməkdaşlar necə böyük məsuliyyət daşıdıqlarını başa düşərək, əvvəlki karantin rejimi vaxtlarında olduğu kimi bu dəfə də istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsini həyata keçirəcəklər. 

14
Əlaqədar
Həyəcan təbili: Azərbaycanın əsas çayı necə yox olur
Umayra Tağıyeva proqnozu açıqladı: "Əsas səbəb quraqlıqla bağlıdır"
Quraqlıq dövrünün xilaskarı: "Bizim Xəzərimiz var, biz susuz qalmarıq..." – REPORTAJ
Kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyası hazırlanacaq
Su elektrik stansiyaları

Kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyası hazırlanacaq

6
(Yenilənib 15:06 07.07.2020)
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var.

BAKI, 7 iyul — Sputnik. Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair "SNC-Lavalin"s Atkins" şirkətinin yekun hesabatının onlayn formatda təqdimatı keçirilib. Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, "Azərnerji" ASC, "SNC-Lavalin"s Atkins", BP və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, mövcud kiçik su elektrik stansiyalarının səmərəliliyinin qiymətləndirilməsinə, beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin təkmilləşdirlməsinə, eləcə də son illərdə müşahidə olunan quraqlıq da nəzərə alınmaqla yeni su elektrik stansiyalarının tikintisinin məqsədəuyğunluğunun araşdırlmasına zərurət yaranıb. Bu məqsədlə 2018-ci ilin 19 oktyabr tarixində Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış "Niyyət məktubu" çərçivəsində nazirlikdə aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılaraq və layihənin icrasına "SNC-Lavalin"s Atkins" şirkəti cəlb edilərək tədqiqatlar aparılıb. Layihə çərçivəsində 5 kiçik su elektrik stansiyası və yeni stansiyalar üçün seçilmiş 6 sahəyə səfərlər edilib və qiymətləndirmə aparılıb.

"SNC-Lavalin"s Atkins" şirkətinin nümayəndələri Rodrigo Freire De Macedo və Matt Skidmorenin təqdimatında ölkəmizdə mövcud kiçik su elektrik stansiyalarının, eləcə də seçilmiş ərazilərdə inşası planlaşdırılan stansiyaların səmərəlilik aspektindən qiymətləndirilməsi, texniki-iqtisadi göstəriciləri, dağ çaylarının potensialı və tövsiyələr diqqətə çatdırılıb.

Energetika naziri Pərviz Şahbazov iki il müddətinə həyata keçirilən bu layihənin əhəmiyyətini və layihəyə BP şirkəti, eləcə də digər qurumların dəstəyini yüksək qiymətləndirib. "Bu hesabat əsasında ölkəmizdə elektrik enerjisi istehsalı ehtiyaclarını, su potensialını və su qıtlığını nəzərə alaraq, kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyamızı işləyib hazırlayacağıq. Bu sahənin özəl sektorun cəlbi ilə inkişafı isə əsas hədəflərdən biridir", - deyə nazir əlavə edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons isə bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var. Bununla belə hökumətin enerji keçidi ilə bağlı siyasəti təqdirəlayiqdir.

6
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

0
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

0
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar