Bal yarmarkası, arxiv şəkli

Nazirlikdən sərt qərar: daha əsl bal üçün dağa-daşa dırmanmağa gərək yoxdur

441
(Yenilənib 13:36 09.09.2019)
"Çox təəssüf ki, keçmiş Kənd Təsərrüfatı Nazirliyi bu yarmarkanı öz şəxsi mənfəətləri üçün "bazara" çevirmişdi"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanda bu il keçiriləcək Bal yarmarkasında ötən il saxta bal gətirənlərin iştirakına icazə verilməyəcək.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, bununla belə, yarmarkaya nəzarət Kənd Təsərrüfatı Nazirliyinin yeni qurumu olan Aqrar Tədarük və Təchizat ASC-yə həvalə olunduğundan, arıçılara bəzi güzəştlər ediləcək: "Ötən il keçirilən Bal yarmarkasına gətirdiyi məhsulun az hissəsi keyfiyyətsiz çıxan arıçılar bu il yarmarkada iştirak edə biləcəklər. Amma 100 faiz saxta bal gətirənlər yarmarkada iştirak üçün qeydiyyatdan keçə bilməyəcəklər. Bal yarmarkasına il-ildən nəzarət gücləndirilir.

Çox təəssüf ki, keçmiş Kənd Təsərrüfatı Nazirliyi bu yarmarkanı öz şəxsi mənfəətləri üçün "bazara" çevirmişdi. Buna görə də yarmarkada satılan balların keyfiyyətinə alıcılarda haqlı olaraq şübhə yaranmışdı. Amma bir neçə ildir ki, bu istiqamətdə əhəmiyyətli dərəcədə dönüş yaranıb.

Bizim Assosiasiyanın Bal yarmarkasının təşkili ilə bağlı Aqrar Tədarük və Təchizat ASC-yə inamı böyükdür. İnanırıq ki, bu il bal satışı üçün ən ideal yarmarka keçiriləcək".

Assosiasiya sədri onu da qeyd edib ki, yarmarkaya nəzarət zamanı iştirakçılara davranışlarına və balın saxta çıxmasına görə adlarının qara siyahıya salınmasından qabaq sarı və qırmızı kart (xəbərdarlıq və sərgidən kənarlaşdırma) sistemi tətbiq ediləcək: "Ötən il (2018-ci ildə) qayda pozuntularına görə "neqativ rəy toplayan" iştirakçılar bu il keçirilən (2019-cu ildə) yarmarkaya buraxılmayacaqlar. Saxta bal (şəkərdən bişirilmiş və arının ağzına dəyməmiş şirələr) aşkarlandığı halda dərhal aktlaşdırılması, məhsulun məhv edilməsi və saxta mal satanın məsuliyyətə cəlb olunması üçün aidiyyəti orqanlara (polis və sanitar epidemiologiya nəzarəti) təqdim olunur, eyni zamanda həmin iştirakçının növbəti ildə də yarmarkada iştirakına qadağa qoyulur, iştirakçı ikinci dəfə bu hərəkəti təkrar edərsə, birdəfəlik yarmarkada iştirak hüququndan məhrum edilə bilər.

 Yarmarkanın gedişatı zamanı alıcılar istədikləri vaxt əldə etdikləri məhsulları ödənişli əsaslarla AQTA laboratoriyalarında təkrar yoxlada bilərlər. Alıcı tərəfindən məhsulda hər hansı əsaslı şübhə yaranarsa (keyfiyyət, mənşə və s.), məhsul laboratoriyaya təkrar yoxlama üçün təqdim olunur və labaratoriyanın nəticəsinə əsasən, problem barəsində qərar qəbul olunur".

B.Həsrətovun sözlərinə görə, saxta bal satanların qarşısını almaq üçün bəzi yeni qaydalar da müəyyənləşib: "Yarmarkaya gələ bilməyən fermer işçi komissiyasının rəyi əsasında başqa şəxsə etibarnamə verə bilər, lakin həmin şəxsin adı qara siyahıda olmamalıdır və həmçinin 2 sarı vərəqə alan şəxs olmamalıdır. Eyni zamanda həmin şəxs ailə üzvü olmalıdır.

Fermer yarmarkada şəxsən iştirak etməli, istisna hallarda sərgiyə gələ bilməyən arıçı sərgidə onun balını satmaq üçün yalnız bir nəfərə etibarnamə verə bilər. Həmçinin bir rayonun iştirakçıları digər rayonun adından yalandan istifadə etməsi, balının digər rayonun ərazisinə məxsus olduğunu elan etməsi qəti qadağandır. Bu qaydalar pozularsa, sarı kart göstərilərək xəbərdarlıq ediləcək. Xəbərdarlıq 2 dəfə göstəriləcək. 3-cü dəfə qırmızı kart göstərilib sərgidən uzaqlaşdırılacaq və növbəti ilin sərgisinə də buraxılmayacaq.

Xüsusi ağır xətalar törədən iştirakçı birbaşa qırmızı kart alıb sərgidən uzaqlaşdırılacaq və adı qara siyahıya salınaraq növbəti yarmarkaya buraxılmayacaq".

Xatırladaq ki, Bal yarmarkasında iştirak etmək istəyən fermerlər sentyabrın 6-dan 11-nə kimi "kendden.az" saytında onlayn qeydiyyatdan keçməlidirlər. Məhsulların yarmarkanın anbarına qəbulu 13 sentyabr tarixindən 24 sentyabr tarixinə qədər hər gün olmaqla həyata keçiriləcək. Bal məhsullarının keyfiyyətinin yoxlanılması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə həyata keçiriləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq vətəndaşa bildiriləcək. Yalnız nümunələri standartlara uyğun olan istehsalçıların məhsullarının satışına icazə veriləcək, nümunələrin nəticələri müsbət olmayan bal məhsulları yarmarkanın son gününə qədər satışına icazə verilməyəcək, Aqrar Tədarük və Təchizat ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq. Bal yarmarkası sentyabrın 28-dən oktyabrın 18-dək davam edəcək.

441
Teqlər:
Kənd Təsərrüfatı Nazirliyi, Bakı, yarmarka, bal
Əlaqədar
Arı sancması hansı fəsadlara səbəb olur?
"Balın qiyməti istehlakçının cibinə uyğun deyil"
Bakıda bal yarmarkası keçiriləcək – Qeydiyyat başlayıb
Neft buruğu, arxiv şəkli

Neft ucuzlaşır

7
(Yenilənib 12:11 13.07.2020)
Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 1,61% artıb. Azərbaycan neftinin qiyməti həftə ərzində orta hesabla 44,15 dollara bərabər olub.

BAKI, 13 iyul — Sputnik. Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,29 dollar geriləyərək 42,95 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 40,24 dollar təşkil edib.

Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 1,61% artıb. Azərbaycan neftinin qiyməti həftə ərzində orta hesabla 44,15 dollara bərabər olub.

7
Neftçilər, arxiv şəkli

Neftin qiyməti yenə dəyişəcək: müttəfiqlər yeni müzakirə aparacaqlar

18
"Neftin qiymətinin saxlanması naminə bundan sonra da hasilatın azaldılması OPEC üçün “sui-qəsd” olar"

BAKI, 12 iyul — Sputnik. OPEC+ ölkələri və müttəfiqlər neft razılaşmasında dəyişikliklər etmək üçün videoformatda müzakirələr aparmaq istəyirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Wall Street Journal alyansdakı mənbələrinə istinadən yazıb.

Məlumata görə, təşkilatın bir çox iştirakçıları, o cümlədən Səudiyyə Ərəbistanı və Rusiya, avqustda neft hasilatını artırmaq fikrindədirlər. Tərəflər bazarın tədricən dirçəlməsini nəzərə alaraq belə addım atırlar. 

Mənbələrdən biri deyib ki, Səudiyyə Ərəbistanı OPEC+-un digər iştrakçılarına avqustda hasilatı 9.7 mln deyil, 7,7 mln barelədək azaltmağı təklif etmək fikrindədir. Çünki, onun fikrincə, neftin qiymətinin saxlanması naminə bundan sonra da hasilatın azaldılması OPEC üçün “sui-qəsd” olar.

Neft bazarında təlatüm martın 6-da başlayıb. Həmin vaxt OPEC+ ölkələri yekdil rəyə gələ bilməmişdilər. Razılaşma iflasa uğrayandan sonra neft qiymətləri 30% düşdü. May ayında OPEC+ yenidən toplandı və üzv ölkələr may-iyun aylarında hasilatı sutkada 9.7 mln, ikinci yarımildə 7,7 mln və 2022-ci il aprelin sonunadək 5,8 mln barelədək azaltmaq barədə razılığa gəldilər. Bundan sonra neft qiymətləri artmağa başladı.

18
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Səudiyyə Ərəbistanından gözlənilməz addım: neftin qiyməti indi fərqli olacaq
Neftimizin qiyməti yenə bahalaşır
Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
Səudiyyə Ərəbistanı yeni müharibə ilə hədələdi, neft qiymətləri kəskin düşə bilər
Neftin qiymətləri kəskin artacaq – Bank rəhbəri
Sergey Lavrov, arxiv şəkli

Lavrovdan Azərbaycan Ermənistana atəşkəs çağırışı

0
(Yenilənib 19:17 13.07.2020)
Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub

BAKI, 13 iyul – Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışıqlarına dair məlumatında bildirilir. 

Qeyd olunub ki, iyulun 13-də Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub. Lavrov tərəfləri dərhal atəşkəsə, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, habelə ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkinli olmağa çağırıb.

Rusiyanın istər milli, istərsə də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində həm Bakı, həm də İrəvanla təmaslarda vasitəçilik missiyasını yerinə yetirməyi davam edəcəyi vurğulanıb. Minsk Qrupunun bütün üzvlərinin mövcud vəziyyəti qiymətləndirərkən gərginliyin daha da artmasına səbəb ola biləcək bəyanat və hərəkətlərdən çəkinməklə məsuliyyətli yanaşma sərgiləməsinin vacibliyi də qeyd olunub.

0