Əkin

Varlanmaq istəyənlər torpaqlarını birləşdirməli olacaqlar

341
(Yenilənib 13:43 05.09.2019)
Ekspert: "Daha çox subsidiya almaq istəyən, daha rentabelli iqtisadi fəaliyyət göstərmək istəyən kəndlilərimiz kooperasiyalarda birləşməli olacaqlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində "Torpaqların konsolidasiyası üzrə milli strategiyanın və torpaqların konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək" layihəsi üzrə icma inkişafına dair yekun seminar keçirib. 

Sputnik Azərbaycan xəbər verir ki, layihənin nəticəsi olaraq Torpaqların konsolidasiyası üzrə Dövlət Proqramı, Milli Strategiya və "Kənd təsərrüfatı torpaqlarının birləşdirilməsi haqqında" qanun layihəsi hazırlanaraq müzakirə və uyğunlaşma üçün hökumətə təqdim edilib.

Kooperasiyaların yaradılması ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, hazırda iki istiqamətdə təşkilatlanma gedir: "Birincisi, istehsalçıların assosiasiyalarda birləşdirilməsidir. Bu, istehsalçıların bazara, dövlət orqanlarına çıxışını stimullaşdıracaq. İkinci istiqamət isə regionlarda 1 hektardan 3 hektaradək olan torpaqların kooperasiyalarda birləşdirilməsidir. Bu, çox uzun bir prosesdir və mürəkkəb mexanizm var. Burada əvvəlcə kooperasiya modelləri tapılmalıdır. Çünki bizdə regional amillərə görə ixtisaslaşma müxtəlifdir. Məsələn, Şamaxıda daha çox üzümçülük, Beyləqanda daha çox heyvandarlıq yayılıb. Hazırda bu ixtisaslar üzrə xırda-xırda kooperasiyaların yaranması prosesi aparılır. Sonra bu kooperasiyalar rayon prizmasında, region prizmasında təşkilatlanmalıdır".

Onun sözlərinə görə, bu, qaçılmaz bir prosesdir: "Artıq "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanun qəbul edilib. Bu, 2020-ci ildən zəruri bir mexanizm olaraq qarşımıza çıxacaq. Çünki daha çox subsidiya almaq istəyən, daha rentabelli iqtisadi fəaliyyət göstərmək istəyən kəndlilərimiz kooperasiyalarda birləşməli olacaqlar. Bunun üçün zəruri amillər var. Belə ki, bu gün 1-3 hektar arasında olan torpaqlardan səmərəli istifadə ürəkaçan səviyyədə deyil. İkincisi, fermer həmin torpaqlardan heç nə qazana bilmir, 1-2 hektarda iqtisadi fəaliyyət qurmaq mümkün deyil. Üçüncüsü, bu gün regionlarda resurslar dağılmış vəziyyətdədir. Bu sahədə faydalı fəaliyyət qurmaq üçün kooperasiyalarda birləşmək qaçılmaz məsələdir".

O deyib ki, dövlət fermerlərə kooperasiyalarda birləşmək ilə bağlı 2 istiqamətdə dəstək verir: "Birincisi, kooperasiyalar 2020-ci ildən başlayaraq 10 faiz daha çox subsidiya ala biləcəklər. Yəni fermerlər 50 hektarın üzərində birləşərsə, onlar 10 faiz daha çox subsidiya alacaqlar. İkincisi, kooperasiyalar dövlətdən, iri şirkətlərdən sifarişlər ala bilərlər. Hazırda bu təcrübə Sabirabad rayonunda həyata keçirilir. Artıq Sabirabadda yaradılmış kooperasiya toxum istehsalı ilə bağlı kənardan sifarişlər götürür. Bu da kooperasiyaların bazarlara çıxışına, ölkədə tədarük sisteminin qurulmasına ciddi təkan verə bilər. Məsələn, supermarketlərdə yerli məhsullar azlıq təşkil edir. Biz nail olmalıyıq ki, supermarketlər birbaşa kooperasiyalara sifarişlərini versinlər. Beləcə, həm vəsait ölkədə qalacaq, həm də regionlarda iqtisadi fəaliyyət stimullaşacaq".

Çağırılmayan qonağa süpürülməmiş yer və ya Turist kəndin dadını necə çıxarsın?>>

Ekspertin fikrincə, kooperasiyada birləşmə asan məsələ deyil: "Bu sahədə ciddi maarifləndirmə işləri aparılmalıdır. Sabirabadda, Qaxda artıq 4-5 istiqamət üzrə ixtisaslaşmış kooperasiya qurulub. Dövlət həmin kooperasiyaların infrastruktur layihələrini həyata keçirib, yol, işıq çəkilib, kanallar qurulub və s. Digər tərəfdən, subsidiya və güzəştli kredit dəstəyi olacaq. Əgər fermerlər birləşsələr, öz markaları ilə birbaşa bazara məhsul çıxarda biləcəklər. İnfrastruktur xərclərini dövlət üzərinə götürür. Fermerlərə subsidiyalar daha çox veriləcək. Daha rahat şəkildə texnikaları əldə edə biləcəklər. Fermerlər kooperasiyalarda birləşsələr, bütün bu üstünlükləri əldə edəcəklər".

"Kooperasiyada birləşəndə hər bir fermer öz əmlakı, texnikası üzərində hüququnu qoruyur və birgə fəaliyyət həyata keçirir. Burada kiminsə əmlakını almaqdan söhbət getmir. Bu, birgə iqtisadi fəaliyyətdir", - deyə o əlavə edib.

Xatırladaq ki, nazirliyin məlumatına görə, sözügedən layihənin ilkin mərhələsində Salyan rayonunun Şorsulu kəndi pilot ərazi kimi seçilərək burada texniki-iqtisadi əsaslandırma aparılıb.

 Şorsulu kəndində 608 torpaq mülkiyyətçisi arasında torpaqdan istifadə, torpaq mülkiyyətinin qeydiyyatı ilə bağlı çətinliklər, alqı-satqı, mübadilə və ya icarə yolu ilə torpaqların konsolidasiyasında iştirak niyyətlərini öyrənmək üçün sorğu aparılıb. Fermerlərin 88%-i torpaq sahələrinin birləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tədqiqatın nəticələrinə əsasən, pilot kənd üçün torpaqların yenidən bölüşdürülmə planı tərtib edilib. "Kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqqında" qanun qəbul edildikdən sonra bu proses tam yekunlaşdırılıb həyata keçirilə bilər və yeni torpaq sahələri qeydiyyata alına bilər.

Qeyd edək ki, 2016-cı ildə qüvvəyə minən "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanuna görə, kənd təsərrüfatı kooperasiyası - kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə kənd təsərrüfatı kooperativləri və onların ittifaqları vasitəsilə həyata keçirilən könüllü birgə fəaliyyətdir.

341
Teqlər:
Azərbaycan, subsidiya, gəlir, konsolidasiya, torpaq, fermer
Əlaqədar
Dövlət xidməti fermerlərə xəbərdarlıq etdi
Fermerlərin harayı: Minlərlə ağac məhv olma təhlükəsi ilə üz-üzədir
Dövlət qurumundan fermerlərə "güzəştli" xəbər
Fermerlərin gübrə alması asanlaşdı - xüsusi sənədləşmə lazım olmayacaq
Edvgerial saytın istifadəçisi

ƏDV-nin qaytarılmasında nüanslar: daha tez mümkündürmü?

123
(Yenilənib 21:47 16.05.2021)
Bu ilin ilk rübündə çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. İqtisadçılar ƏDV-nin geri qaytarılması məsələsindən danışıblar.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Həmin dövrdən 2021-ci ilin 1-ci rübünün sonunadək istehlakçılara 60,2 milyon manat geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bəs maraqlıdır, hansı mal və məhsullara ƏDV tətbiq edilmir? Vətəndaşa ƏDV-nin 1 ay içərisində deyil, daha tez geri qaytarılması mümkündürmü?

İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, kənd təsərrüfatı məhsulları, çörək, un və digər bir sıra məhsullar ƏDV-dən azaddır:

"Xüsusilə yeni nəsil kassa aparatlarında hər bir məhsul növü üzrə ƏDV ayrıca hesablanır. ƏDV-nin hesablanması 0-18 faiz arasında aparılır. Ola bilər ki, vətəndaşın marketdən aldığı məhsulların bir çoxu ƏDV-dən azaddır və belə olan halda az ƏDV geri qaytarılır. Ümumiyyətlə, ticarət müəssisələrinin ƏDV-nin hesablanması prosesi ilə heç bir əlaqəsi yoxdur".

Ekspertin fikrincə, ƏDV-nin daha tez geri qaytarılması mümkün deyil: "1 ay ərzində Vergi Xidməti yoxlamalar aparır. Bu proses kütləvi şəkildə olduğu üçün burada 1 ay vaxt lazım olur".

İqtisadçı Radil Fətullayev də Sputnik Azərbaycan-a deyib ki, bütün məhsullar ƏDV-yə cəlb edilmir: "Məsələn, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, heyvan və quş ətinin satışı, kəpəyin istehsalı və satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr, külçə, sikkə və ya qranula şəklində qızılın və gümüşün satışı ƏDV-dən azaddır".

ƏDV-nin daha tez geri qaytarılması məsələsinə də toxunan iqtisadçı bildirib ki, qanuna görə, 15 gün ərzində vətəndaşın məhsulu və ya malı mağazaya geri qaytarmaq hüququ var: "Ona görə də ƏDV-nin vətəndaşa geri qaytarılması 15 gündən tez ola bilməz və bu proses 1 ay çəkir. Ola bilər, vətəndaş 15 gün ərzində mağazadan aldığı malı geri qaytarsın".

O bildirib ki, yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır:

"Onsuz da yanacaqdoldurma məntəqələri kassa çekini vururdular. Burada əsas hədəf kassa çekini vurmayan müəssisələri buna təşviq etməkdir. Başqa sözlə, bu istiqamətdə ictimai nəzarəti artırmaqdır".

Xatırladaq ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Eləcə də oxuyun: 

* ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisi artıb

Banklar Assosiasiyasından vətəndaşların narazılığına səbəb olan məsələ ilə bağlı açıqlama

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk"

123
Teqlər:
müddət, qaydalar, qaytarılma, vətəndaş, ƏDV

Pulu əldən ələ verilməsi, arxiv şəkli

Azərbaycanda ÜDM azalıb

16
(Yenilənib 19:35 16.05.2021)
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,1 faiz artıb.

BAKI, 16 may — Sputnik. 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25078,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,1 faiz artıb.

ÜDM istehsalının 41,1 faizi sənaye, 10,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2506,2 manata bərabər olub.

Eləcə də oxuyun: 

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb

Ekspert Asiya İnkişaf Bankının Azərbaycanla bağlı proqnozlarını şərh edir

Professor süni intellektin gələcək ticari proseslərə təsir imkanlarını şərh edir

 

16
Teqlər:
azalma, Azərbaycan, Ümumi Daxili Məhsul (ÜDM), ÜDM
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

0
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

0
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski