Bank əməliyyatı, arxiv şəkli

Millət vəkilinin kreditlərlə bağlı təklifi əhalinin ürəyincə olacaq

861
(Yenilənib 20:11 04.09.2019)
Deputatın fikrincə, vergi islahatları korrupsiya və inhisarçılıqla bağlı neqativlərin aradan qaldırılmasını tələb edir

BAKI, 4 sentyabr — Sputnik. "Ölkədə həyata keçirilən sistemli iqtisadi islahatlar qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafına təkan verəcək". Bunu millət vəkili Əli Məsimli "Moody` s Investors Service" reytinq agentliyinin Azərbaycanla bağlı hesabatını "vergiler.az"-a şərh edərkən deyib.

Millət vəkili bildirib ki, həllinin sürətləndirilməsi vacib olan məsələ təkcə vergi qanunvericliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlərin qeyri-neft sektorunun bundan sonrakı inkişafını da stimullaşdırılmasına yönəldilməsi deyil: "Bu, çox zəruridir, amma məsələyə kompleks yanaşılmalıdır. Məsələn, vergi islahatları ilə bağlı həyata keçirilən işlər korrupsiya, inhisarçılıq və ondan qaynaqlanan, ölkənin sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılmasına yönələn işlərin genişləndirilməsini tələb edir. Bunun əsas yolu islahatları dərinləşdirməkdən, iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılmasından, "kölgə iqtisadiyyatı"nın dairəsinin məhdudlaşdırılmasından və s. bu kimi məsələlərin həllindən keçir".

Ə.Məsimli xüsusən qeyri-neft sektorunun inkişafına əlavə təkan vermək üçün bankların real sektorla əlaqəsinin gücləndirilməsi məsələsinin xüsusi önəm daşıdığını vurğulayıb: “Bu məsələnin həlli, digər şərtlərlə yanaşı, bank faiz dərəcələrinin istehsalla məşğul olan sahibkarlar üçün əlçatan səviyyəyə qədər aşağı salınmasından, əlverişli biznes mühitinin yaradılmasından və s. zəruri şərtlərdən çox asılıdır”.

Son illərdə kredit qoyuluşlarının artmağa başladığını deyən millət vəkili yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verildiyini bildirib: "2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ də tam aradan qaldırılmayıb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var. Sadalanan amillərin sistemli şəkildə həyata keçirilməsi qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafına təkan vermiş olar. Bu da həm idxal etdiyimiz məhsulların xeyli hissəsinin Azərbaycanda istehsalını mümkün edər, həm də qeyri-neft sektorunun ixrac potensialını yaxın illərdə 2-3 dəfə artırmağa imkan verər. Nəticədə həm yerli istehsal genişlənər, həm də Azərbaycana neftdən əlavə digər sahələrdən də xeyli valyuta daxil olması təmin edilər. Eyni zamanda, "manatın taleyinin neftdən asılılığı" kimi təhlükəli problemi aradan qaldırmış olarıq".

İqtisadçı-ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan hökuməti 2014-2016-cı illərin iqtisadi və maliyyə böhranı fonunda ölkə iqtisadiyyatının neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmağı hədəfləyən ciddi islahat yolu seçib: "Bu gün Azərbaycanda aparılan islahatlar idarəetmənin sadələşdirilməsinə və biznes mühitinin münbitləşdirilməsinə önəmli şərait yaradır. Bunu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri də öz hesabatlarında xüsusi qeyd edirlər. Bir qədər öncə Dünya Bankının hesabatında ölkəmizdə aparılan islahatlara yüksək qiymət verilmişdi. Azərbaycan bu gün həyata keçirilən islahatların səviyyəsinə görə MDB ölkələri arasında birincilər sırasındadır. Bu günlərdə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında da son illər ərzində iqtisadi islahatların aparılması sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyi qeyd olunur".

F.Yusifov qeyd edib ki, inkişaf yolunda atılan addımlar içərisində ən önəmlisi, bəlkə də birincisi vergi islahatlarıdır: "Bu islahatların fəlsəfəsi biznesin vergi yükünü azaltmaqla onun "kölgədə" olan hissəsinin leqallaşdırılmasına nail olmaq və bununla da vergi ödəyicilərinin sayını əsaslı şəkildə artıraraq büdcəyə daha çox vəsaitin daxil olmasına şərait yaratmaqdır. Böhrandan ötən müddət ərzində vergi islahatlarının qarşısında qoyulan bu vəzifələr nəzərdə tutulan nəticələri verdi. Bunu vergi daxilolmalarında qeyri-neft sektorunun payının getdikcə artması aydın şəkildə sübut edir. Vergi yükünün optimallaşdırılması bütün zamanlarda sürətli iqtisadi inkişaf yolu seçmiş ölkələrin qarşısında dayanan bir nömrəli problem olub. Məhz bu problemi düzgün çözə bilən ölkələr inkişafın yüksək sürətlə getməsinə nail ola biliblər. Ortada onlarla belə təcrübə var. Bu səbəbdən də Azərbaycanda biznesin vergi yükünün azaldılması və vergiyə cəlb etməklə bağlı proseslərin iş adamlarının xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir”.

“Bu gün sahibkar-vergi əməkdaşı münasibətləri yeni bir müstəvidə qurulub. Bu münasibətlərdə vergi daxilolmalarının təmin edilməsi üçün inzibatçılıqdan daha çox qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya üstünlük verilir. Bu isə vergi ödəyiciləri üçün olduqca mühüm bir məsələdir"- deyə o, bildirib.

Qeyd edək ki, bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.

Hesabatda qeyd olunub ki, xarici və daxili çağırışlar, həmçinin 2014-2016-cı illərdə MDB ölkələrində baş verən siyasi hadisələr sürətli institusional islahatlara və dövlət idarəetməsinin səmərəliliyinə səbəb olan böhran hadisələrinin aradan qaldırılmasına yönəlmiş bir sıra hökumət təşəbbüslərinin katalizatoru olub.

"Moody's Investors Service" hesab edir ki, Özbəkistanda (B1, "sabit") və Ukraynada (Caa1, "sabit") islahatların praktiki tətbiq edilməsində çətinliklər, Qırğızıstanda (B2, "sabit") və Moldovada (B3, "sabit") daxili siyasi əngəllər, Qazaxıstanda (Baa3, "müsbət") və Azərbaycanda isə (Ba2, "stabil") stabil vəziyyət hökm sürür.

861
Mingəçevir SES , arxiv şəkli

Susuzluqdan qaranlığa gedən yol: iki qurum isti havanı da misal gətirdi

15
(Yenilənib 21:36 07.07.2020)
Hava hərarətinin getdikcə yüksəlməsi fonunda çox sayda insanın evdə qalaraq kondisioner işlətməsinə görə elektrik enerjisinə olan təlabatı əvvəlki günlərlə müqayisədə bir qədər də artıb

BAKI, 7 iyul — Sputnik. 24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, ötürülməsini, paylanmasını və idarəedilməsini dayandırmayan “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri, tabeliklərindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji təminatı üçün bütün lazımi addımları atırlar. Bu barədə "Azerenerji" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Baxmayaraq ki, son dövrlər çaylarda su səviyyəsinin azalması enerjinin istehsalına təsir edib, hava hərarətinin getdikcə yüksəlməsi fonunda çox sayda insanın evdə qalaraq kondisioner işlətməsinə görə elektrik enerjisinə olan təlabatı əvvəlki günlərlə müqayisədə bir qədər də artıb.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq “Azərenerji” və “Azərişıq” işə çıxan əməkdaşlarının sayını kəskin azaldılıb. Lakin şənbə, bazar və bayram günlərində də növbəli şəkildə fasiləsiz olaraq iş başında olan əməkdaşlar necə böyük məsuliyyət daşıdıqlarını başa düşərək, əvvəlki karantin rejimi vaxtlarında olduğu kimi bu dəfə də istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsini həyata keçirəcəklər. 

15
Əlaqədar
Həyəcan təbili: Azərbaycanın əsas çayı necə yox olur
Umayra Tağıyeva proqnozu açıqladı: "Əsas səbəb quraqlıqla bağlıdır"
Quraqlıq dövrünün xilaskarı: "Bizim Xəzərimiz var, biz susuz qalmarıq..." – REPORTAJ
Kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyası hazırlanacaq
Su elektrik stansiyaları

Kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyası hazırlanacaq

6
(Yenilənib 15:06 07.07.2020)
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var.

BAKI, 7 iyul — Sputnik. Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair "SNC-Lavalin"s Atkins" şirkətinin yekun hesabatının onlayn formatda təqdimatı keçirilib. Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, "Azərnerji" ASC, "SNC-Lavalin"s Atkins", BP və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, mövcud kiçik su elektrik stansiyalarının səmərəliliyinin qiymətləndirilməsinə, beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin təkmilləşdirlməsinə, eləcə də son illərdə müşahidə olunan quraqlıq da nəzərə alınmaqla yeni su elektrik stansiyalarının tikintisinin məqsədəuyğunluğunun araşdırlmasına zərurət yaranıb. Bu məqsədlə 2018-ci ilin 19 oktyabr tarixində Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış "Niyyət məktubu" çərçivəsində nazirlikdə aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılaraq və layihənin icrasına "SNC-Lavalin"s Atkins" şirkəti cəlb edilərək tədqiqatlar aparılıb. Layihə çərçivəsində 5 kiçik su elektrik stansiyası və yeni stansiyalar üçün seçilmiş 6 sahəyə səfərlər edilib və qiymətləndirmə aparılıb.

"SNC-Lavalin"s Atkins" şirkətinin nümayəndələri Rodrigo Freire De Macedo və Matt Skidmorenin təqdimatında ölkəmizdə mövcud kiçik su elektrik stansiyalarının, eləcə də seçilmiş ərazilərdə inşası planlaşdırılan stansiyaların səmərəlilik aspektindən qiymətləndirilməsi, texniki-iqtisadi göstəriciləri, dağ çaylarının potensialı və tövsiyələr diqqətə çatdırılıb.

Energetika naziri Pərviz Şahbazov iki il müddətinə həyata keçirilən bu layihənin əhəmiyyətini və layihəyə BP şirkəti, eləcə də digər qurumların dəstəyini yüksək qiymətləndirib. "Bu hesabat əsasında ölkəmizdə elektrik enerjisi istehsalı ehtiyaclarını, su potensialını və su qıtlığını nəzərə alaraq, kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyamızı işləyib hazırlayacağıq. Bu sahənin özəl sektorun cəlbi ilə inkişafı isə əsas hədəflərdən biridir", - deyə nazir əlavə edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons isə bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var. Bununla belə hökumətin enerji keçidi ilə bağlı siyasəti təqdirəlayiqdir.

6
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

0
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

0
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar