Zərgərlik məmulatı, arxiv şəkli

Ekspert: Zərgərlik məmulatları sərmayə vasitəsi hesab oluna bilməz

39
(Yenilənib 19:44 30.08.2019)
"Xanımınız üçün hər hansı bir gözəl zərgərlik məmulatı alarkən anlamalısınız ki, əslində dəyərindən bir neçə dəfə artıq ödəyirsiniz"

BAKI, 30 avqust — Sputnik. Zərgərlik bəzək əşyaları böhrana qarşı sərmayə vasitəsi hesab oluna bilməz, çünki onları alarkən biz əlavə dəyərə görə də ödəniş edirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə "Sova Capital" investisiya şirkətinin rəhbəri Sergey Suxanov deyib.

Suxanov bildirib ki, bəzək əşyasının dəyərinin gələcəkdə artacağı fakt deyil.

"Bildiyim qədəri ilə (Rusiyanın – red.) zərgərlik əşyaları bazarında əlavə dəyər maya dəyərindən 5-8 dəfə çoxdur. Yəni öz xanımınız üçün hər hansı bir gözəl zərgərlik məmulatı alarkən anlamalısınız ki, əslində (dəyərindən – red.) bir neçə dəfə artıq ödəyirsiniz. Buna görə də məmulatın dəyərinin artıb-artmayacağı bəlli deyil", - Suxanov zərgərlik məmulatlarının böhran əleyhinə investisiya vasitəsi kimi hesab edilməsi məsələsini şərh edərkən deyib.

Ekspertin fikrincə, sərmayə kimi bəzək əşyalarını yox, cilalanmış almaz və ya digər qiymətli daşları almaq lazımdır, belə ki, onlar məmulat kimi yox, daş kimi satılırlar və buna görə də onları birbaşa istehsalçıdan almaq və bununla da əlavə dəyərə görə pul ödəməkdən qaçmaq olar.

Lakin Suxanov bildirib ki, bu tip investisiya yatırımının da öz qanunları var və burada çox ehtiyatlı olmaq və riskləri düzgün qiymətləndirmək üçün ekspertlərlə məsləhətləşmək lazımdır.

39
Teqlər:
qiymətli daş, almaz, investisiya, zərgərlik məmulatı, zərgərlik

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

6
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6
Bağlamalarla dolu torbalar, axiv şəkli

Azərbaycandan ən çox mal Rusiyaya ixrac edilib

7
(Yenilənib 23:30 02.12.2020)
2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı (17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

BAKI, 2 dekabr — Sputnik. 2020-ci ilin oktyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 162,8 milyon ABŞ dolları təşkil edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında deyilir.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib.

Bu ilin oktyabr ayında qeyri-neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 milyon ABŞ dolları), Türkiyəyə (33,5 milyon ABŞ dolları), İsveçrəyə (10,7 milyon ABŞ dolları), Gürcüstana (9,5 milyon ABŞ dolları) və ABŞ-a (5,4 milyon ABŞ dolları) ixrac edilib.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma ( 19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı ( 17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

7
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

0
(Yenilənib 11:06 03.12.2020)
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 48,88 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,19 dollar geriləyərək 48,06 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
barel, qiymət, neft