Pomidor

Pomidor qızılı da qabaqladı

55
(Yenilənib 17:00 30.08.2019)
7 ayda pomidor Azərbaycana 141,2 mln dollar gətirib

BAKI, 30 avqust — Sputnik. 2019-cu ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 85 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (82,2 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin avqust sayına istinadən xəbər verir ki, ümumiyyətlə, 2019-cu ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 119,4 milyon, pambıq lifi ixracı 83 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 62,8 milyon, kimya sənayesi məhsullarının ixracı 57,2 milyon, elektrik enerjisinin ixracı 56,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 17,4 milyon, pambıq ipliyi ixracı 17,3 milyon, şəkər ixracı 16,5 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pambıq lifinin ixracı 83,6 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 40,9 faiz, pambıq ipliyinin ixracı 39,5 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50,6 faiz, meyvə-tərəvəzin ixracı 14,6 faiz, şəkər ixracı 10,7 faiz artıb.

55
Teqlər:
ixrac, bazar, pomidor
Əlaqədar
Yaşamaq əmri: Azərbaycandakı "Pomidor işi" İspaniyada seçkilərə necə təsir edib
Pomidorun baha olmasının səbəbi açıqlandı - Azı bir həftədən sonra...
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 44 dolları keçdi

2
(Yenilənib 11:27 07.07.2020)
"Brent" markalı neftin qiyməti 0,31 dollar geriləyərək 42,79 dollar, "Light" markalı neftin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 40,30 dollar olub.

BAKI, 7 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 44,36 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,31 dollar geriləyərək 42,79 dollar, "Light" markalı neftin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 40,30 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

2

Vüqar Hüseynov: “Fermerlər icazə üçün yerli icra hakimiyyətinə müraciət etməlidirlər”

313
(Yenilənib 10:14 07.07.2020)
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, fermerlərin rayonlararası hərəkətinin təşkili isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən tənzimlənəcək
Vüqar Hüseynov: “Bundan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahələrə çıxa bilərlər”

“Sərt karantin rejimində fermerlərin hərəkətinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən “Elektron hökumət” və icazə.e-gov.az portalı üzərindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, kənd təsərrüfatı, o cümlədən taxıl biçini ilə məşğul olan fermerlər icazə üçün yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər:

“Yerli icra hakimiyyəti orqanları fermerlərin adını icazə portalına daxil edəcək və bundan sonra həmin şəxslər sərbəst şəkildə kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahələrə çıxa bilərlər. Fermerlərin rayonlararası hərəkətinin təşkili isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən tənzimlənəcək. Rayonlararası hərəkət etmək üçün fermerlər icazə məqsədilə sərt karantin rejimi tətbiq olunan rayondakı Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etməlidirlər. Onların adları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində olması əsas götürülərək icazə portalına daxil ediləcək”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

313
Koronavirus vaksini, arxiv şəkli

Sonun başlanğıcı Koronavirus vaksininin vurulduğu könüllülər ilk dəfə danışdılar

0
(Yenilənib 12:30 07.07.2020)
Bütün könüllülər daimi olaraq tibbi işçilərinin nəzarəti altındadırlar: onlar gündəlik olaraq sorğu-sual edilir, təzyiqləri, nəbzləri, temperaturu ölçülür, preparatın vurulduğu yer yoxlanılır.

BAKI, 7 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyinin Qameli adına Epidemiologiya və Mikrobiologiya Milli Araşdırma Mərkəzi ilə birgə koronavirus əleyhinə peyvəndi sınaqdan keçirdiyi ikinci qrupun vəziyyəti sabit, yaxşıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bütün könüllülər daimi olaraq tibbi işçilərinin nəzarəti altındadır: onlar gündəlik olaraq sorğu-sual edilir, təzyiqləri, nəbzləri, temperaturu ölçülür, preparatın vurulduğu yer yoxlanılır. Lazımı sınaqlar protokoluna uyğun olaraq bütün laboratoriya və instrumental tədqiqatların spektri həyata keçirilir.

Könüllülər özlərini yaxşı hiss edirlər. Belə ki, müqavilə ilə xidmət edən hərbçi İvan bəyan edib ki, hazırda özünü yaxşı hiss edir, lakin vaksinin vurulduğu ilk gündə onun orqanizmində dəyişikliklərin olmaması onu narahat edirdi.

Digər könüllü isə, Sevastopoldan olan hərbi həkim Stanislov öz vəziyyətini əla olaraq dəyərləndirib: "Temperatur normaldır, şikayət üçün heç bir səbəb yoxdur. Əhvalım yaxşıdır və hər gün daha da yaxşılaşır. Çünki mən anlayıram ki, öz sevimli həyat yoldaşım və uşaqlarımın yanına qayıdacağam".

Sınaqların daha bir iştirakçısı etiraf edib ki, "yorulub", lakin vurğulayıb ki, bunda "qorxulu heç nə yoxdur": "İynədən sonra heç yerim ağrımır, nə temperaturum var idi, nə də təzyiqim qalxdı. Hər şey yaxşı idi. Mən çox təccüblənmişdim və buna sevindim. Sınaqlardan iki həftə keçəndən sonra da mənim vəziyyətim çox yaxşıdır və heç nə ilə fərqlənmir".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda, demək olar ki, bütün dünyanı əhatə edən virusa yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Rusiyada indiyədək 686 mindən çox insan koronavirusa yoluxub, 10,2 nəfər isə virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.

0
Teqlər:
Çin, Rusiya, vaksin, Koronavirus, COVID-19