Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Vergi Məcəlləsində dəyişiklik edildi

37
(Yenilənib 18:29 28.08.2019)
Bu dəyişikliklə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir

BAKI, 28 avqust — Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sputnik Azərbaycan bildirir ki, sənədə əsasən, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilir.

Bu dəyişikliklə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

37
Teqlər:
ƏDV, Vergi Məcəlləsi, kənd təsərrüfatı