Dəri, arxiv şəkli

Özgə dərisində axsamaq - evdəkini çürüdürük, xaricidən "kral" düzəldirik

897
(Yenilənib 16:20 24.08.2019)
"Hər ton üçün 500 dollar gömrük rüsumunun verilməsi bu sahə ilə məşğul olanlara kifayət qədər ciddi problem yaradır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. "Azərbaycanda gön-dəri istehsalı üçün böyük potensial var. Amma bir neçə il bundan öncə xam dəri məmulatlarının ixrac gömrük rüsumunda artım olub və hər ton üçün 500 dollar gömrük rüsumu tətbiq olunandan sonra bu sahədə müəyyən geriləmə müşahidə edilir".

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli ölkəmizdə gön-dəri istehsalının vəziyyətindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, o vaxt xam dəri məmulatlarını ixrac rüsumuna cəlb etməklə dərilərin ölkədə aşılanmasını təşviq etməyə və yerli emal müəssisələri yaratmağa çalışırdılar: "Amma investorların çatışmazlığı, bu sahəyə marağın o qədər də böyük olmaması və rəqiblərin güclü olmasına görə ətraf bazarlar uğrunda mübarizə aparmaq çox çətin idi. Məsələn, Türkiyənin gön-dəri istehsalı sahəsində böyük təcrübəsi var. Yəni birgə müəssisələrin yaradılması, birgə investisiyaların həyata keçirilməsindən sonra gömrükdə dəyişikliklərin olması daha məqsədəuyğun ola bilərdi".

O bildirib ki, bu qərardan sonra dəri ixracatı ilə bağlı ciddi axsamalar müşahidə olunur: "Hər ton üçün 500 dollar gömrük rüsumunun verilməsi bu sahə ilə məşğul olanlara kifayət qədər ciddi problem yaradır və bu, iş adamlarına sərf etmir. Bu qərar verilərkən gözləntilər də hələlik özünü doğrultmayıb. 

Yəni yerli emal müəssisələrinin yaradılması, son məhsulun Azərbaycanda istehsal olunması ilə bağlı ciddi dəyişiklik müşahidə olunmur. Sovetin son dönəmində, təxminən 1985-1986-cı illərdə Bərdə və Ağdamda dəri aşılanması və son məhsulun tikilməsi ilə bağlı bir sıra işlər görüldü, amma Dağlıq Qarabağ müharibəsi bu işi də yarımçıq qoydu".

Onun sözlərinə görə, hazırda bu sahədə Dövlət Proqramının qəbul edilməsinə ehtiyac var: "Gön-dəri istehsalı sahəsində dövlətin uzunmüddətli və faizsiz kredit kampaniyası elan edilə bilər. Və yaxud da xarici investorlar, o cümlədən türkiyəli investorlar ilə birgə müəssisələr yaradıla bilər. Dövlət investisiyaları ilə bu məsələ həll oluna bilər. Amma sonradan bu müəssisələr özəl sektora, özəl biznesə uzunmüddətli icarəyə verilə bilər ki, dövlət büdcəsinə əlavə yük kimi düşməsin. Belə bir prinsip ilə Dövlət Proqramının qəbul olunmasına ehtiyac var və kifayət qədər perspektivli sahədir".

"Azərbaycanda həm mal əti, həm qoyun əti kifayət qədər çox istifadə olunur və mal-qaranın dərisi də zay olmamalı, çürüməməlidir. Ondan xammal kimi istifadə etmək üçün imkanları sona qədər dəyərləndirmək lazımdır", - deyə o qeyd edib.

Ekspert deyib ki, indiki şəraitdə sərf edir deyə xaricdən gətirilən ayaqqabılar və dəri məmulatları üstünlük təşkil edir: "Amma xammal bazasının yaradılması, mütəxəssislərin yetişdirilməsi, xüsusilə MDB ölkələrində bazarların tapılması ilə yerli istehsalı ciddi şəkildə inkişaf etdirmək mümkündür. Bunun üçün yeni avadanlıqlar, istehsal sahələrinin qurulması lazımdır və təşviq proqramlarına ehtiyac var".

Professor ixrac rüsumlarının qaldırılmasının önəmindən danışır>>

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli isə Sputnik Azərbaycan-a deyib ki, elə məhsullar var ki, onları xaricdən gətirmək daha ucuz başa gəlir və bunlardan biri də gön-dəri məmulatlarıdır: "Bu gün Türkiyədə, Çində gön-dəri sənayesi kifayət qədər inkişaf edib və bu ölkələrin sözügedən istiqamətdə resursları çox zəngindir. Bu ölkələrdə məhsulun maya dəyəri ucuz başa gəlir. Belə bir rəqabət mühitində yerli istehsalı qurmaq çox ciddi dəstək tələb edir. Bizdə dəri tullantıları o qədər də çox deyil və emalı qurmaq üçün xammal bazası azdır".

897
Teqlər:
Azərbaycan, dəri, rüsum, ixrac, istehsal
Əlaqədar
Ətin bahalaşmasının obyektiv və subyektiv səbəbləri
Yeni fərman ölkənin ixrac potensialını artıracaq
"Gürcüstanın qərarını Azərbaycana qarşı addım kimi qiymətləndirmək düzgün deyil"
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

17
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

17
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti neçəyə satılır?

6
(Yenilənib 11:43 27.11.2020)
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 48,28 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,14 dollar geriləyərək 47,66 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,87 dollar ucuzlaşaraq 44,84 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0