CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şad xəbər gəldi – Artıq pensiya üçün yığdığınız pul “öz-özünə” artacaq

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidPensiyaçı, arxiv şəkli
Pensiyaçı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “Pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. "Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdiriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bu, dövlət başçısının təsdiqlədiyi "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Bankomatın ekranında çekin bitməsi barədə xəbərdarlıq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Faizsiz pensiya problemi: "Bütün bankomatları prosesə cəlb etmək lazımdır"

Yenilik ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, hazırda əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə 1 dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir: “Dəyişikliyə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə 1 dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. Təxminən 3-5 faiz arasında indeksləşmə gözlənilir”.

“Bu yenilik vətəndaşların xeyrinədir. Çünki 2006-cı ildən bu sistemə keçilib və artıq bəzi vətəndaşların fərdi hesabında minlərlə manat vəsait toplanıb. Bunların da hər il 3-5 faiz indeksləşməsi olsa, bu, çox müsbət nəticəyə gətirib çıxarda bilər. Yəni, təqaüdə çıxana qədər vətəndaşın topladığı vəsaitdə ciddi artım müşahidə oluna bilər. Beləliklə, vətəndaşların pensiyaya çıxarkən daha yüksək təqaüd almaları ehtimalı yaranacaq” – deyə ekspert bildirib.

Onun sözlərinə görə, ilk dəfə tətbiq olunmasına baxmayaraq, bu, indiyədək yığılmış kapitalların da üzərinə əlavə faizlərin gəlməsinə səbəb olacaq: “Sanki vətəndaş Dövlət Sosial Müdafiə Fonduna yığdığı vəsaiti banka qoymuş kimi olacaq. Yəni banklar depozitlərə necə faiz verirlərsə, fərdi hesabda yığılmış vəsaitin üzərinə də əlavə vəsait gələcək”.

İqtisadçı-ekspert Vüqar Bayramov da "Facebook" səhifəsində yazıb: “Ötən il əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqıdakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik. Eyni zamanda rəsmi illik inflyasiya dərəcəsinin hesablanması mexanizm və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik. Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur. Nəticədə, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə inflyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi”.

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Özəl fondlar gəlir: Pensiya yaşına çatmadan təqaüd almaq mümkün ola bilər

“Təbii ki, bəzi illərdə nominal orta aylıq əmək haqqındakı artım inflyasiya səviyyəsindən çox ola bilər. Amma strateji olaraq inflyasiya səviyyəsi əməkhaqqı artımından daha çox olur və bu indeksasiya məbləğinə təsir göstərir. Məsələn, 2017-ci ildə inflyasiya səviyyəsi 12.7 faiz, nominal orta aylıq əməkhaqqıda artım 5.7 faiz olmuşdu” – deyə ekspert qeyd edib.

O bildirib ki, dəyişikliyə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq: “Məsələn, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq”.

“Beyin mərkəzi olaraq bu istiqamətdə islahatların davam etdirilməsi və daha iki təklifin nəzərə alınmasını təklif edirik. Əvvəla, əmək pensiyasının sığorta hissəsi ya inflyasiya səviyyəsinə, ya da əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunsun. İkincisi və ən əsası, inflyasiyanın hesablanması mexanizmi təkmilləşdirilsin. Rəsmi inflyasiya dərəcəsinin real olaraq qəbul olunması çox vacibdir. Bu indeksasiya məbləğinə birbaşa təsir göstərən meyardır” – deyə ekspert əlavə edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda əksini tapan tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 29-cu maddəsinə (Əmək pensiyalarının indeksləşdirilməsi) dəyişiklik edilib. Dəyişikliyə görə, 29.1-ci maddədə "və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı" sözləri çıxarılıb və aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilib: 

Çəlikli qoca qadın əli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İqtisadçı: “Bütün yaşlı şəxslər pensiya ala bilməyəcək”
“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

Mövcud 29.1-ci maddəyə görə isə əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Dövlət başçısının təsdiqlədiyi qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti
0