Neft nasosu

Azərbaycan nefti bahalaşıb

6
(Yenilənib 16:01 14.08.2019)
Dünya bazarlarında təbii qaz da cüzi bahalaşıb

BAKI, 14 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 2,78 dollar bahalaşaraq 64,09 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,46 dollar ucuzlaşaraq 60,84 dollar, "Light" markalı neftin qiyməti isə 0,61 dollar azalaraq 56,49 dollar olub.

Qeyd edək ki, dünya bazarlarında təbii qaz da cüzi bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,33% artaraq 2,15 ABŞ dolları təşkil edib.

6
Teqlər:
"AzeriLight" markalı neft, qiymət artımı, qiymət, neft